Icma.az
close
up
RU
Məhkəmə hökmü olmayanlar amnistiyaya düşə bilərmi?

Məhkəmə hökmü olmayanlar amnistiyaya düşə bilərmi?

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Deputat Aqil Abbas Milli Məclisdə bugünkü çıxışında amnistiyanın həbsdəki jurnalistlərə də şamil olunmasını istəyib:

“Düzdür, günahları, cinayətləri var, amma çox istərdim ki, amnistiya onlara da şamil olunsun. Bir daha cinayət törətməsinlər və ora qayıtmasınlar”.

Hüquqşünas Çingiz Qənizadə Musavat.com-a açıqlamasında bildirib ki, Amnistiya Aktı qanundur. O qeyd edib ki, qanun fərdi şəxslərə tətbiq olunmur:

“Kriteriyalar Amnistiya Aktının preambulasında göstərilir. Milli Məclisdə müzakirələr zamanı amnistiyanın kimə şamil olunacağı bəlli olacaq. Amnistiyanın ixtisas, sənət, siyasi baxışa görə şamil olunma halları yoxdur. Tələb olunan müəyyən qaydalar var, o qaydalara uyğun gələn şəxslər də amnistiyaya düşəcəklər. Lakin budəfəki amnistiya aktı istintaq və məhkəmədə olan şəxslərə də şamil ediləcək. Əvvəllər bu yox idi. Bu dəfə isə bu hal da nəzərdə tutulub. Çox mütərəqqi və humanist addımdır ki, barələrində hökm çıxarılmamış, işləri məhkəmə və istintaqda olan və amnistiya aktının təsir dairəsinə düşən şəxslər barəsində də amnistiya tətbiq ediləcək”.

Ç.Qənizadə vurğulayıb ki, jurnalistlər əfv sərəncamının təsiri altına düşə bilərlər, lakin məhkəmə prosesi davam etdiyi üçün indiki vəziyyətdə bu mümkün deyil:

“Jurnalist fəaliyyəti ilə bağlı həbs olunmuş şəxslər arasında xanımlar, xəstələr var, bunu nəzərə alaraq, onların əfv olunmasını arzulayarıq. Cənab Prezident əfv sərəncamı imzalayacaqsa, gələcəkdə onların əfv fərmanının təsiri altına düşməsini istəyirik. Lakin nəzərə almaq lazımdır ki, əfv sərəncamı, haqqında hökm qanuni qüvvəyə minmiş şəxslərlə şamil edilir. Bir çox jurnalistin hazırda məhkəmə prosesləri gedir. Məhkəmə prosesi zamanı onların əfv sərəncamının təsiri altına düşməsi mümkün deyil. Amma yaxın günlərdə əfv sərəncamının verilməsi gözlənilmir. Amnistiya Aktı 20 mindən artıq şəxsə şamil ediləcəksə, Cənab Prezident tərəfindən əfv sərəncamının verilməsi yəqin ki, 2026-cı ildə reallaşa bilər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:222
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 Dekabr 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri