Məhkəmə ipoteka işlərində hansı məqamlara diqqət yetirməlidir? Açıqlama
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 14 aprel, AZƏRTAC
İpoteka mübahisələri üzrə məhkəmə işlərində diqqət yetirilməli əsas məqamlar açıqlanıb.
Bu barədə AZƏRTAC-a Ali Məhkəmədən bildirilib.
Qeyd olunub ki, bununla bağlı Naxçıvan Ali Məhkəməsinin Kommersiya kollegiyasının sədri Səxavət Bəylərli məlumat verib.
Onun sözlərinə görə, ipoteka ilə bağlı mübahisələrdə ən vacib şərtlərdən biri ipoteka saxlayanın (iddiaçının) ipoteka qoyana əmlaka tutmanın yönəldilməsi barədə bildiriş təqdim etdiyini sübut etməsidir. Bu sübut məhkəməyə təqdim olunmalıdır.
Səxavət Bəylərli bildirib ki, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarında bir sıra mühüm məlumatlar öz əksini tapmalıdır.
Bunlara ilk növbədə, ipoteka predmetinin mühafizəsi və satışı ilə bağlı xərclər istisna olmaqla, həmin əmlakın dəyərindən ipoteka saxlayana ödəniləcək məbləğ daxildir. Bundan əlavə, qərarda ipoteka predmetinin ətraflı təsviri verilməlidir. Yəni vətəndaşa məxsus mənzilin yerləşdiyi ünvan, sahəsi və digər vacib göstəricilər qeyd olunmalıdır.
Eyni zamanda, ipoteka predmetinin bazar dəyəri də müəyyənləşdirilməlidir. Bu dəyər tərəflərin razılaşması əsasında və ya məhkəmə tərəfindən cəlb edilən qiymətləndirici təşkilat vasitəsilə təyin olunur.
Qeyd edilib ki, zərurət yarandığı hallarda ipoteka predmetinin satışınadək onun mühafizəsinin təmin edilməsi ilə bağlı tədbirlər də məhkəmə qərarında göstərilməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 14 Aprel 2026 10:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















