Icma.az
close
up
RU
Məhkəmə qərarı niyə icra olunmur? “Azəriqaz”dan açıqlama

Məhkəmə qərarı niyə icra olunmur? “Azəriqaz”dan açıqlama

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Məhkəmənin qərarı olsa da, “Azəriqaz” Ağdaş rayonu, Kükəl kəndində fəaliyyət göstərən istixana təsərrüfatının təbii qazla təchizatını bərpa etməyib”​.

“Qafqazinfo” Sfera.az-a istinadən xəbər verir ki, bu barədə sözügedən təsərrüfatın rəsmiləri iddia ilə çıxış ediblər.

2025-ci ilin dekabrın 24-də Bakı Kommersiya Məhkəməsi sözügedən iddiaya uyğun olaraq mübahisəli məsələyə baxıb və adıçəkilən təsərrüfatın qaz təchizatının bərpa edilməsi haqqında qərardad qəbul edib. Bildirilib ki, Qərardadın qəbul edilməsindən 20 gündən artıq vaxt keçməsinə baxmayaraq, “Azəriqaz” məhkəmə qərardadını icra etmək istəmir: “Məhkəmə qərardadında qeyd edilir ki, qaz təchizatının dayandırılması obyektin normal fəaliyyətinə ciddi maneə yaradır və bu hal sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxs üçün borcun məbləği ilə müqayisədə daha ağır iqtisadi zərərlə nəticələnə bilər.

Hakim vurğulayıb ki, belə vəziyyət istehlakçının hüquqlarının əhəmiyyətli dərəcədə məhdudlaşdırılmasına səbəb olur və mütənasiblik prinsipinə ziddir. Qərardadda açıq şəkildə bildirilir ki, bu cür məhkəmə qərardadları dərhal icra edilməlidir”.

“Məhkəmənin qərardadına baxmayaraq, “Azəriqaz”ın aidiyyəti qurumları qaz təchizatının bərpa edilməsi ilə bağlı heç bir tədbir görməyib. Qazın bərpa edilməməsi təsərrüfatın fəaliyyətinin demək olar ki, dayanmasına, çoxlu sayda insanın işsiz qalmasına, eləcə də məhsul istehsalında problemlərin yaranmasına səbəb olub.

Təsərrüfat istixanadan ibarətdir və burada meyvə yetişdirilir. Burada daimi işlə təmin edilənlərin sayı 10 nəfərdən çoxdur. Bundan başqa, çoxlu sayda insan təsərrüfatın fəaliyyəti ilə əlaqədar olaraq gəlir əldə edir. Qaz təchizatının dayandırılması həmin insanlara birbaşa və dolayı zərər vurub”, - deyə təsərrüfat rəsmiləri qeyd ediblər. 

Məsələ ilə bağlı “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiya şöbəsinin rəisi Eldəniz Vəliyev “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, sahibkarlara sayğaclar onların öz maddi hesabına alırlar: “Tətbiqini biz həyata keçiririk. “Azəriqaz” İB-nin müvəqqəti sayğacı həmin zavodda istifadə olunub və dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, onlar öz hesablarına almalı olduqları sayğacı almayıblar. Məhkəmə qərarının icrasının həyata keçirilməməsinin yeganə səbəbi sahibkarın həmin sayğacı alıb quraşdırmamasıdır. Əgər bu proses icra olunarsa həmin zavoda qazın verilişində heç bir problem olmayacaq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:268
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 15 Yanvar 2026 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri