Icma.az
close
up
RU
Natiq Şirinovun vəkilindən məhkəmə çəkişməsi barədə açıqlama

Natiq Şirinovun vəkilindən məhkəmə çəkişməsi barədə açıqlama

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xalq artisti Natiq Şirinovun hüquqlarını qoruyan vəkili, hüquq üzrə fəlsəfə doktoru Mübariz Yolçiyev açıqlama verərək, "Ritm" qrupunun keçmiş üzvü Ramil Cahangirovla baş verən məhkəmə çəkişməsinə aydınlıq gətirib.

Qaynarinfo-nun məlumatına görə, vəkilin açıqlamasında qeyd olunur ki, Sumqayıt Apelyasiya Məhkəməsinin Natiq Şirinovun "Qaval daş nağara” əsərinə dair qərarı tamamilə deyil, yalnız qismən ləğv edilib. Əsərin müəlliflik hüquqları ilə bağlı önəmli hissə hələ də qüvvədədir.

Açıqlamada deyilir:

"Əqli mülkiyyət hüququ xalq artistimiz hörmətli Natiq Şirinova məxsus olan "Qaval daş nağara” ilə bağlı buğun Azərbaycan Respublikası Ali Məhkəməsinin verdiyi qərarın nəticə hissəsinə və vəkil Gülşən Salmanovanın verdiyi məlumatlara istinad edilərək bir çox sosial şəbəkələrdə, internet mediasında və digər KİV orqanlarında yayılmış informasiyanın yanlış olduğunu, Natiq Şirinovun və bir çox başqa şəxsin hüquqlarını, işgüzar nüfuzunu pozduğunu bildirmək üçün bu açıqlamanı ictimaiyyətin diqqətinə çatdırmağı özümüzə borc bildik. 

Bildirmək istərdim ki, Sumqayıt Apelyasiya Məhkəməsinin qətnaməsi ilə Natiq Şirinovun iddiasını rədd etmiş Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək yeni qətnamə çıxarıldı və Natıq Şirinovun, cavabdehə qarşı olan iddiası qismən təmin edildi. 

Sumqayıt Apelyasiya Məhkəməsinin qətnaməsi ilə iddia tələbinin təmin edilən hissəsi aşağıdakı kimidir: 

"Cavabdeh tərəfindən iddiaçı Şirinov Natiq Bahadur oğluna məxsus "Qavaldaş nağara” əsərinin qanunsuz istifadə etməsi barədə və "Qavaldaş nağara” əsərinin iddiaçıya məxsus olması barədə təkzibin cavabdehə məxsus sosial şəbəkə hesabında verilsin. Cavabdeh yazılı şəkildə, habelə cavabdehə məxsus sosial şəbəkə hesabında iddiaçıya məxsus "Qavaldaş nağara” əsərindən qanunsuz istifadə etdiyinə görə iddiaçıdan üzr istəsin. Cavabdeh sahibliyində olan qaval daşı məhv edilsin. Cavabdeh tərəfindən qaval daşının istifadəsi ilə bağlı məlumatlar (video, foto və s.) ona məxsus sosial şəbəkə hesablarından silinsin. Cavabdeh tərəfindən iddiaçının müəlliflik hüquqlarını pozmaqla tətbiqi sənət əsərindən qanunsuz istifadə edilməsi ilə əlaqədar cavabdehdən iddiaçı Şirinov Natiq Bahadur oğlunun xeyrinə 10000 (on min) manat məbləğində mənəvi zərər tutularaq iddiaçıya ödənilsin. Məhkəməyə müraciət etmək üçün ödənilmiş 844,9 (səkkiz yüz qırx dörd manat doxsan qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçı Şirinov Natiq Bahadur oğluna ödənilsin”.

Bu qətnamədən cavabdeh tərəf Azərbaycan Respublikası Ali Məhkəməsinə kasasiya şikayəti verdi və bu gün Ali Məhkəmə öz qərarının nəticə hissəsini elan etdi, yəni Ali Məhkəmənin qərarının tam mətni hələ hazır deyil. 

Həmin nəticə hissəsində deyilir ki, "Sumqayıt Apelyasiya Məhkəməsinin qətnaməsi qismən ləğv edildi və yeni qərar qəbul edilərək iddia rədd edildi”. 

Göründüyü kimi, Sumqayıt Apelyasiya Məhkəməsinin qətnaməsi tamamilə deyil, qismən ləğv edilib, yəni bir qımı hələ də qüvvədədir.  Lakin KİV-in, cavabdehin vəkili Gülşən Salmanovanın verdiyi məlumatlara istinad edərək yaydığı məlumatda "Sumqayıt Apelyasiya Məhkəməsinin qətnaməsinin tamamilə ləğv edildiyi” deyilir. Bu yanlışdır. 

Məlum olduğu kimi Sumqayıt Apelyasiya Məhkəməsinin qətnaməsi Ali Məhkəmə tərəfindən qismən ləğv edilib, yəni qətnamənin bir qismi hələ də qüvvədədir. Biz hələlik, qətnamənin hansı qisminin qüvvədə qaldığını və hansı qisminin isə ləğv edildiyini tam olaraq bilmirik. Hesab edirik ki, qətnamənin Natiq Şirinovun hüquqlarının təmin olunduğu önəmli hissəsi hələ də qüvvədədir.  

Bundan başqa onu da qeyd edək ki, Ali Məhkəmə bu işə yazılı icraat qaydasında baxıb. Yəni tərəflər yayılmış məlumatda deyildiyi kimi "dinlənməyib”, təkcə "yazılı sənədlərə” baxaraq öz qərarını verib. Belə olan halda hamıya aydın olur ki, yayılan məlumatda ki, "bu gün Ali Məhkəmə tərəfləri yenidən dinləyib və apellyasiya instansiyasının qərarını qanunsuz hesab edib və tamamilə ləğv edib” – ifadəsi də tamamilə yanlış məlumatdır. Çünki tərəflərin dinləndiyi belə bir məhkəmə iclası Ali Məhkəmədə keçirilməyib.

Bundan başqa yayılan məlumatda yer alan "Hakim bəyan edib ki, "qavaldaş daşı”dan istənilən nağaraçı istifadə edə bilər və bu halda "mənə məxsusdur” ifadəsi əsassız sayılmalıdır” – ifadəsi də tamamilə yanlış, eyni zamanda həm Natiq Şirinovun, həm də Hakimin hüquqlarını pozan, o cümlədən ictimaiyyəti əqli mülkiyyət hüquqlarına dair qanunvericiliyi pozmağa çağıran məlumatdır. 

Hesab edirik ki, bu məlumatı KİV-ə vəkil Gülşən Salmanova verməyib. Belə ki, heç bir vəkil daha tam mətni çıxmayan bir qərarın təkcə "Sumqayıt Apelyasiya Məhkəməsinin qətnaməsi qismən ləğv edildi və yeni qərar qəbul edilərək iddia rədd edildi” formasında olan nəticə hissəsinə baxaraq bələ bir çağırış etməz. Çünki bu açıq aydın əqli mülkiyyət hüququnun pozulmasına çağırışdır. 

Bundan başqa bunu "hakim bəyan etdi” deyərək, Ali Məhkəmə hakiminin adından bunu deməsi də qəbul edilən deyil, çünki bu da ayrıca qanun pozuntusudur.

Sonda qeyd etməliyik ki, hal hazırda yayılmış məlumat həm natamam, həm yanlış, həm də Natiq Şirinovun və digər şəxslərin hüquqlarını pozan məlumatdır. Ona görə də xahiş edirik ki, həmin məlumatlar dərhal silinsin və Ali Məhkəmənin qərarının tam mətinin elan edilməsi səbirlə gözlənilsin. 

Bəli Sumqayıt Apelyasiya Məhkəməsinin qətnaməsi qismən ləğv edilib, lakin bir qismi hələ də qüvvədədir. Biz bu qüvvəsində qalan qismini yaxın günlərdə, yəni Ali Məhkəmə öz qərarının tam mətnini elan etdiyi zaman öyrənəcəyik. Hesab edirik ki, qətnamənin Natiq Şirinovun hüquqlarının təmin olunduğu önəmli hissəsi hələ də qüvvədədir.  

Ona görə də xahiş edirəm ki, heç kim, "Hakim bəyan edib ki, qavaldaşdan istənilən nağaraçı istifadə edə bilər və bu halda "mənə məxsusdur” ifadəsi əsassız sayılmalıdır” – məlumatına istinad edərək əqli mülkiyyət hüququ xalq artistimiz Natiq Şirinova məxsus olan qavaldaş nağaradan icazəsiz heç kim istifadə etməsin. Bu hüquqi məsuliyyət meydana gətirə bilər".

Qeyd edək ki, Xalq artisti Natiq Şirinovla "Ritm" qrupunun keçmiş üzvü Ramil Cahangirov arasında uzun zamandır davam edən məhkəmə çəkişməsinə Ali Məhkəmə son qoyub. Ali Məhkəmə apellyasiya instansiyasının qərarını qanunsuz hesab edib. Hakim bəyan edib ki, "qavaldaş daşı"ndan istənilən nağaraçı istifadə edə bilər və bu halda "mənə məxsusdur" ifadəsi əsassız sayılmalıdır.

Xatırladaq ki, Natiq Şirinov keçmiş qrup üzvünü məhkəməyə vermişdi. O, Ramil Cahangirovu ona məxsus "qavaldaş nağara" əsərindən qanunsuz istifadə etməkdə ittiham edirdi. İşə Sumqayıt Şəhər Məhkəməsində baxılıb və məhkəmə iddianı əsassız sayaraq rədd edib. 

Sonra iş Sumqayıt Apellyasiya Məhkəməsinə gedib. Məhkəmə Natiq Şirinovun iddiasını qismən təmin edib. Qərara əsasən, cavabdeh üzr istəməli, onda olan qavaldaş məhv edilməli və Ramil Cahangirov Natiq Şirinova mənəvi ziyana görə 10 min manat ödəməli idi.

Ramil bu qərarla razılaşmayıb, bu əsasla kassasiya şikayəti verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 11 Oktyabr 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see497

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see386

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see381

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see273

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see262

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see259

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see255

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see250

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see243

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see234

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see231

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see227

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see221

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see220

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see208

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see204

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see200

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see190

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see188

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri