Icma.az
close
up
RU
Məhkəmə “Kösü”nü həbs etdi

Məhkəmə “Kösü”nü həbs etdi

Azpost saytına istinadən Icma.az xəbər verir.

Gəncə Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Rafiq Əliyevin barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya protesti qismən təmin edilib, Şəmkir Rayon Məhkəməsinin 1 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması (elektron qolbaq) hökmü cəzaya aid hissədə dəyişdirilib. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə 6 ay müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə iclas zalından həbsə alınıb.

İttihama görə, hadisə 01 iyul 2024-cü il tarixdə, saat 17 radələrində Şəmkir rayonu Qədimqala kəndində qeydə alınıb.

Belə ki, Rafiq Əliyev zərərçəkmiş Rufulla Məcidovu (soyadı şərtidir) təsadüfən görüb onunla bir neçə gün əvvəl yaşadığı kənddə yerləşən uşaq bağçasının müəllimlərinin ünvanına söyüş söyməsinə görə mübahisə edib və sonra yaşadığı evə gedib. Daha sonra o, mübahisəni aydınlaşdırmaq məqsədi ilə evinin qarşısına gələn zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində yenidən mübahisə edib. Bu zaman Rafiq mişar daşını götürüb xüsusi amansızlıq göstərərək, Rufullanın arvadı və övladının gözləri önündə qəsdən onun sol ayağına zərbə ilə vuraraq, sağlamlığa az ağır zərər yetirib.

Hadisədən sonra Rafiq Əliyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

O, məhkəmə ifadəsində bildirib ki, əsl adı Rafiq olsa da, kənd camaatı onu “Kösü” ləqəbi ilə tanıyır.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://azpost.info
archiveBu xəbər 13 May 2025 08:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see586

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see539

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see495

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see398

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see310

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see289

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see271

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see260

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see250

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see247

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see245

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see210

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri