Icma.az
close
up
RU
Suriya “Azadlıq günü”nü qeyd edir

Suriya “Azadlıq günü”nü qeyd edir

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Dekabrın 8-i Suriyada “Azadlıq günü”dür. Həmin günü ölkə əhalisi 61 illik Baas rejimindən qurtuluşun rəmzi kimi bayram edir. Budur, sabiq dövlət başçısı Bəşər Əsədin ölkəni tərk etməsindən artıq bir il keçir. Bu bir il ərzində Suriya yeni hakimiyyətin fəaliyyəti nəticəsində sabitləşməkdə və təhlükəsizliyini möhkəmləndirməkdə davam edib.

Artıq ölkə sakinləri də əmindirlər ki, Əsəd rejiminin devrilməsindən sonra həyatın bütün sahələrinə sirayət etmiş çətinliklər keçmişdə qalıb. Onların fikrincə, yeni rəhbərlik ölkəni xüsusilə azadlıq, iqtisadiyyat və təhlükəsizlik baxımından daha yaxşı gələcəyə aparır və xalqı qarşıda daha parlaq günlər gözləyir.

Əhali inanır ki, yeni rəhbərlik bir tərəfdən sosial-iqtisadi islahatlar aparır, digər tərəfdən isə, vətəndaşların gündəlik həyatına birbaşa təsir edən qərarlar qəbul edir. Məsələn, iyun ayında prezidentin sərəncamı ilə dövlət qulluqçularının maaşları 200 faiz artırılıb. Bununla da orta əmək haqqı 250 min Suriya lirəsindən 750 min lirəyə yüksəlib.

Eyni zamanda, 14 illik bombardmanlar nəticəsində ciddi zədələnmiş elektrik şəbəkəsində təmir-bərpa işləri aparılır. Energetika Nazirliyindən bildirilib ki, Türkiyənin dəstəyi və Azərbaycandan təbii qaz tədarükü sayəsində əsas elektrik stansiyalarında təmir işləri aparmaq və hasilatı artırmaq mümkün olub. Əsəd dövründə gündə cəmi bir neçə saat elektrik enerjisi verilirdisə, indi bu rəqəm sürətlə gündə 12-14 saata yüksəlib.

Hələb, Höms və Dəməşq kimi böyük şəhərlərdə son 15 ildə ilk dəfə gecə-gündüz elektrik enerjisi sınaq rejimində təmin edilib. Cəmiyyətin ürək ağrısına çevrilmiş Sednaya, Mezzeh həbsxanaları və Xətib şöbəsi həmişəlik bağlanıb.

“Azadlıq günü” ərəfəsində Türkiyənin “Anadolu” agentliyinə danışan suriyalılar bildiriblər ki, ölkə böyük bir fəlakətdən xilas olub. Belə ki, əvvəlki rejimin dövründə nəqliyyatın işi, demək olar ki, bərbad vəziyyətə düşüb, yanacaq çatışmazlığı səbəbindən insanlar saatlarla mikroavtobus gözləyiblər. İndi yanacağın mövcudluğu sayəsində həyat normallaşıb. İnfrastruktur və xidmətlər nəzərəçarpacaq dərəcədə yaxşılaşıb. Yollar təmir olunur, insanlar pul üçün deyil, ölkəni ayağa qaldırmaq üçün çalışırlar.

Dəməşq sakinləri bildiriblər ki, təhlükəsizliyin hazırkı səviyyəsi keçmişlə müqayisəolunmazdır. Tibbi yardım almaq kifayət qədər əlçatan olub. Bəziləri hətta atılan addımlar sayəsində Suriyanın normal bir ölkəyə bənzəməyə başladığını deyiblər. Bir çoxları qeyd ediblər ki, ölkə həbsxanadan təhlükəsizlik, hörmət və ləyaqət məkanına çevrilib. İqtisadi vəziyyət yaxşılaşıb. Dolların kursu 17 min lirədən 12 minə düşüb. Bir sözlə, Suriya irəliləyir, yüksəlir. Xalq bu mühüm dəyişikliklərin mühərrikidir. Vətəninə qayıdan hər kəs ölkənin yenidən qurulmasına töhfə vermək üçün çalışır.

Məhz buna görədir ki, son bir il ərzində ölkəyə qayıdan suriyalı qaçqınların sayı da artmaqdadır. Türkiyənin xarici işlər naziri Hakan Fidanın noyabrın sonlarında verdiyi məlumata görə, təkcə onun ölkəsindən Suriyaya 550 mindən çox qaçqın qayıdıb. Bu isə o deməkdir ki, son beş ildə Türkiyədə məskunlaşmış suriyalı qaçqınların sayı 25,8 faiz azalıb.

Türkiyənin xarici işlər naziri bu günlərdə Qətərin paytaxtında keçirilən 23-cü Doha Forumu çərçivəsində Suriya XİN başçısı Əsəd Həsən əl-Şeybani ilə görüşü zamanı Suriya xalqını və həmkarını 8 dekabr – “Azadlıq günü” münasibətilə təbrik edib. Türkiyə diplomatik idarəsindəki mənbələrdən verilən məlumata görə, görüşdə Fidan ölkəsinin Suriyada sabitlik, təhlükəsizlik və rifahın bərqərar olması üçün səyləri dəstəkləməyə davam edəcəyini vurğulayıb.

Suriyalıların vətənlərinə dönüş prosesi davam etməkdədir. Bir müddət əvvəl Türkiyənin daxili işlər naziri Əli Yerlikaya da suriyalı qaçqınların fəal şəkildə qayıtdıqlarını bildirmişdi. Nazirin məlumatına görə, Suriyada hakimiyyət dəyişikliyindən sonra (2024-cü il dekabrın 8-dən etibarən) qonşu ölkəyə könüllü əsasda 474 mindən artıq suriyalı geri dönüb. Ümumilikdə isə, 2016-cı ildən bu göstərici 1 milyon 213 min 620 nəfərə çatıb.

Yerlikaya Türkiyə hakimiyyətinin qaçqınların Suriyaya könüllü və ləyaqətli şəkildə qayıdışına dəstək verməyə hazır olduğunu vurğulayıb.

Paşa ƏMİRCANOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:217
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Dekabr 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see317

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see308

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see303

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see276

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see259

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see192

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see192

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see176

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri