Icma.az
close
up
RU
Məhkəmə Rövşən Lənkəranskinin tərəfdarı ilə bağlı qərarı elan etdi

Məhkəmə Rövşən Lənkəranskinin tərəfdarı ilə bağlı qərarı elan etdi

Icma.az, Pravda.az portalına istinadən məlumat yayır.

Ali Məhkəmədə adam oğurluğunda təqsirləndirilən, kriminal aləmdə “Ciqan Bəhruz” kimi tanınan Bəhruz Rəfiyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.     

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.  

Qərara əsasən, şikayət təmin edilməyib.
 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəhruz Rəfiyev 12 il müddətə azadlıqdan məhrum edilib. 
 

İttihama görə, B.Rəfiyev tanışı olan bir neçə nəfərlə yetkinlik yaşına çatmayan şəxsi oğurlayaraq hədə qorxu ilə ümumilikdə 35 min dollar pul alıblar. Belə ki, təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Əlinin (ad şərtidir) maddi imkanının yaxşı olması, davamlı olaraq yüksək məbləğdə pullar xərcləməsi və dostları üçün bahalı hədiyyələr alması barədə eşidib. Bundan sonra adam oğurluğu və xeyli miqdarda əmlak əldə etmək üçün tanışları ilə birləşərək onu oğurlamağa qərar veriblər. Onlar Əlini və tanışını Xətai rayonu, Babək prospekti 62/2T ünvanında yerləşən “Sultanlar” çay evinə çağırıblar. Çay evində Əlini və dostunu şillə ilə vurublar. Hər ikisini sərbəst buraxmaq üçün 25 min dollar pul tələb ediblər. Əli onların tələbi ilə razılaşıb. Təqsirləndirilən şəxs və qrup üzvləri Əlini taksi ilə mənzillərinə aparıblar. Əli evə qalxaraq seyfdən atasının 42 min 500 manat təşkil edən 25 000 ABŞ dollar pul vəsaitini götürüb qrup üzvlərinə verib. İttihama görə, bundan başqa Əliyə ikinci dəfə cinayətkar dəstə tərəfindən hədə-qorxu gəlinib. Ondan 10 min dollar pul tələb olunub. O da qorxduğu üçün həmin məbləği dəstə üzvlərinə verib. Bəhruz Rəfiyevin cinayət işi digər qrup üzvlərindən ayrı icraatda araşdırılıb. Məhkəmədə ifadə verən Bəhruz Rəfiyev özünü təqsirli bilməyib. Nə zərərçəkəni, nə də onun ailəsini tanımadığını və heç vaxt görmədiyini bildirib. Məhkəmədə dindirilən şahidlər isə ifadələrində Bəhruz Rəfiyevin bu cinayət əməlini törətmədiyini, lakin istintaq dövründə təzyiqlə sənədlərə qol çəkdiklərini deyiblər. 

 
Qeyd: Bəhruz Rəfiyevin bundan əvvəl də məhkumluğu var. Belə ki, o əvvəllər xuliqanlıqda, sağlamlığa zərər vurmada təqsirləndirilərək məhkumluq yaşayıb. 2016-cı ildə Səbail rayonu, Badambar qəsəbəsində yerləşən “Bulaq” restoranında kriminal “razborka” zamanı yaralanıb və təqsirləndirilən şəxs kimi məhkum edilib. Mətbuatda həmin “razborka”nın "Lotu Qulu" ləqəbli Nadir Səlifovun və "Rövşən Lənkəranski"nin tərəfdarları arasında baş verdiyi qeyd edilib.  "Rövşən Lənkəranski"nin tərəfdarlarından sayılan “Astaralı Fuad”la birlikdə “Bulaq” restoranına gələn “Ciqan Bəhruz”, “Lotu Quli” tərəfdarı olan “Ayqam Samir” və digərləri ilə mübahisə edib. Məhz restoranda atışma olub. Nəticədə, “Astaralı Fuad” və “Ciqan Bəhruz” güllə yarası alıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə “Astaralı Fuad” 8 il, “Ciqan Bəhruz” 4 il, “Ayqam Samir” 10 il azadlıqdan məhrum ediliblər. Bakı Apelyasiya Məhkəməsində isə “Ayqam Samir”in cəzası 15 ilə, “Astaralı Fuad”ın isə cəzası 10 ilə qaldırılıb. “Ciqan Bəhruz”un isə cəzası dəyişdirilmədən saxlanılıb. Bəhruz cəzasının bir hissəsini çəkdikdən sonra azadlığa çıxıb. O, "Rövşən Lənkəranski"nin tərəfdarlarından hesab olunur. Onun "qanuni oğru" "Hacı Beyləqanski" ilə, tanınmış avtoritet "Emin Naxçıvanski" ilə yaxın münasibətlərinin olduğu bildirilir. 

Kamal Məmmədov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://pravda.az
archiveBu xəbər 13 Dekabr 2024 08:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see166

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see148

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see134

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see133

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see133

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see131

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see130

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see129

Cənubi Koreyada seçkilərə şok qərar: namizədlərdən biri geri çəkildi

01 İyun 2025 19:55see129

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see128

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see127

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see126

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see126

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see125

“Çox sevdiyim bir “uşağ”ım var” Xanımından iş adamına

01 İyun 2025 23:26see125

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see123

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see122

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see120

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see117

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri