Məhkəmə Trampın vətəndaşlıqla bağlı əmrini dayandırdı
Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.
Vaşinqton ştatının Sietl şəhərində federal hakim ABŞ Prezidenti Donald Trampın doğum hüququ ilə vətəndaşlığı məhdudlaşdıran sərəncamını müvəqqəti olaraq dayandırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Məhkəmə Vaşinqton, İllinoys, Oreqon və Arizona ştatlarının baş prokurorlarının iddialarına baxıb. Onlar iddia edirdilər ki, Trampın sərəncamı 150 mindən çox uşağı seçki hüququndan məhrum edəcək və onlardan bəzilərini vətəndaşlıqsız saxlayacaq.
“Bu, açıq-aşkar konstitusiyaya zidd bir qərardır”, - hakim Con Koenur deyib.
Xatırladaq ki, Donald Tramp yanvarın 20-də Ağ Evə qayıtdıqdan sonra onlarla icra sərəncamı imzalayıb ki, bunlardan biri də vətəndaşlığın doğuşla dayandırılmasına yönəlib. Bu prinsipə görə, ölkənin ərazisində doğulan hər bir şəxs avtomatik olaraq onun vətəndaşı olur. Bu hüquq ABŞ Konstitusiyasına 14-cü Düzəlişlə təmin edilir.
Trampın əmrinə əsasən, əgər anası ölkədə qeyri-qanuni olubsa və atası Amerika vətəndaşı deyilsə və ya ölkədə qanuni olaraq daimi yaşamırsa, ABŞ-də doğulmuş uşaq avtomatik olaraq vətəndaşlıq ala bilməyəcək.
Bu mövzuda digər xəbərlər:Məhkəmə Trampın vətəndaşlıqla bağlı fərmanını blokladı
08 Avqust 2025 14:04
Məhkəmə Səfər Mehdiyevin əmrini ləğv etdi
04 Aprel 2025 15:47
Məhkəmə Trampın sərəncamını yoxlayacaq
06 Dekabr 2025 08:13
Məhkəmə Trampın daha bir qərarının icrasını dayandırdı Vətəndaşlığın qadağan olunması ilə bağlı
14 Fevral 2025 13:15
Baxış sayı:103
Bu xəbər 24 Yanvar 2025 00:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















