Icma.az
close
up
RU
Məhkəmədə prokurorların təklifi: Arayik Harutyunyan və daha 4 nəfərə ömürlük, digərlərinə 20 ilə qədər azadlıqdan məhrum edilsin!

Məhkəmədə prokurorların təklifi: Arayik Harutyunyan və daha 4 nəfərə ömürlük, digərlərinə 20 ilə qədər azadlıqdan məhrum edilsin!

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlərdə, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırım, terrorçuluq və s. çoxsaylı əməllərdə ittiham olunan Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərindən ibarət 15 nəfərin işi üzrə məhkəmə istintaqı tamamlanıb.

Bizimyol.info xəbər verir ki, noyabrın 13-də Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamını müdafiə edən prokurorlar çıxış edərək, təqsirləndirilən şəxslərə cəzalar istəyib.

Məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin vəkillərlə təmin olunub. İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri də iştirak edib.

İttiham çıxışı zamanı Baş prokurorun köməkçisi Tuqay Rəhimli təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamlar üzrə cinayət əməllərinin tövsifinə münasibət bildirib. O, qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri hərbi təcavüz nəticəsində Azərbaycanın suveren ərazilərinin işğal edildiyini, bununla da Ermənistanın ölkəmizə qarşı təcavüzkar müharibə apardığını təsdiqləyib. Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüzkar müharibə aktiv hərbi əməliyyatların aparılmadığı dövrdə də faktiki dayandırılmayıb. Ermənistan silahlı qüvvələri atəşkəsi dəfələrlə pozmaqla Azərbaycan Silahlı Qüvvələrinin üzvlərini, mülki şəxsləri, onların əmlaklarını, mülki təyinatlı dövlət obyektləri, dini, təhsil, elm, tibb obyektlərini, xəstə və yaralıların yerləşdiyi yerləri, habelə mühüm strateji əhəmiyyətə malik obyektləri, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft kəmərini hücum obyektinə çevirib.

Prokuror bildirib ki, Ermənistan silahlı qüvvələri tərəfindən verilən işgəncələrin sistematik xarakter daşıması və geniş coğrafiyada yayılması işgəncənin tətbiqinin Ermənistan dövlətinin siyasətini əks etdirdiyini sübut edir.

Vurğulanıb ki, Cenevrə Konvensiyalarına I Əlavə Protokol “işğal edən dövlətin öz vətəndaşlarının bir hissəsini işğal etdiyi əraziyə köçürməsini” cinayət sayıb. Lakin məhkəmədə Arayik Harutyunyan, Arkadi Qukasyan və Bako Sahakyan ifadələrində Azərbaycanın işğal altında olan bölgələrinə, xüsusən də Laçın rayonuna Ermənistandan əhalinin köçürüldüyünü təsdiqləyiblər.

Bundan başqa, Ermənistanın hərbi təcavüzünün təkcə Azərbaycan Silahlı Qüvvələrinin üzvlərinə yönəlmədiyi, ən böyük şəhər və rayonlarımızdan olan Gəncə, Bərdə, Ağcabədi, Yevlax, Mingəçevir, Zərdab, Kürdəmir, Qəbələ və s. ərazilərin də hücum obyekti kimi müəyyənləşdirildiyi ittiham nitqində qeyd olunub.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev və Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramov çıxışlarında təqsirləndirilən şəxslərin ittiham olunduqları hər bir cinayət əməlinə görə təyin edilməli cəzaya dair təkliflərini səsləndiriblər.

Həmçinin vurğulanıb ki, təqsirləndirilən Arkadi Qukasyan, Bako Sahakyan və Madat Babayanın ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutan cinayətləri törətməsi məhkəmə istintaqı zamanı sübuta yetirilməsinə baxmayaraq, onlara bu cəza təyin oluna bilməz. Səbəbinə gəlincə, prokurorlar izah edib ki, hökm çıxarılanadək həmin təqsirləndirilən şəxslər 65 yaşına çatdıqları üçün Azərbaycan Cinayət Məcəlləsinin tələblərinə əsasən onlara ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilə bilməz.

Təklif olunub ki, Harutyunyan Arayik Vladimiri təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, soyqırım, əhalini məhv etmə, işgəncə, müharibə qanunlarını və adətlərini pozma, qəsdən adam öldürmə, qanunsuz sahibkarlıq, terrorçuluq, aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər, hakimiyyəti zorla ələ keçirmə və s. cinayətlərdə təqsirli bilinsin və ömürlük azadlıqdan məhrum edilsin.

Təqsirləndirilən şəxslər Mnatsakanyan Levon Henrixi, Manukyan David Azati, İşxanyan Davit Rubeni, Babayan David Klimini barəsində də eyni cəza təklifi irəli sürülüb. Prokurorlar bu təqsirləndirilən şəxslərin də sülh və insanlıq əleyhinə olan onlarla cinayətdə iştirakının sübuta yetirildiyini bildirib və onların da azadlıqdan məhrum olunmasını təklif ediblər.

Digər təqsirləndirilən şəxslərdən Qukasyan (Ğukasyan) Arkadi Arşavirin də eyni cinayətləri törətməkdə təqsirli bilinməsi, lakin 20 il azadlıqdan məhrum edilməsi istənilib. Prokuror təklif edib ki, Arkadi Qukasyan 20 illik cəzasının ilk 10 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin.

Sahakyan Bako Sahaki, Babayan Madat Arakeli, Paşayan Melikset Vladimiri barəsində də tamamilə eyni cəza təklifi səsləndirilib – onların hər biri 20 il azadlıqdan məhrum edilsin, cəzalarının ilk 10 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksinlər.

Martirosyan Qarik Qriqori üçün isə 19 il müddətinə azadlıqdan məhrum etmə cəzası təklif olunub.

Allahverdiyan Davit Nelsoniyə dair təklifdə isə göstərilib ki, o, 18 il müddətinə azadlıqdan məhrum edilsin.

Balayan Levon Romiki barədə təklifdə bildirilib ki, onun 17 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi məqsədəuyğun hesab olunur.

Prokurorlar Beqlaryan Vasili İvani, Stepanyan Qurgen Homerosi, Qazaryan Erik Robertinin hər birinin 16 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini istəyiblər.

Müddətli cəza təklif olunan təqsirləndirilən şəxslərin hamısının cəzasının ilk 10 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi təklif olunub.

Bundan başqa, cinayət işi üzrə maddi sübutlar barədə qanunun tələblərinə uyğun şəkildə qərar qəbul edilməsi məhkəmədən xahiş olunub.

Məhkəmədə zərərçəkmişlərin nümayəndələri də təqsirləndirilən şəxslərə qarşı irəli sürülən ittihamların bir ilə yaxın müddətdə davam edən məhkəmə istintaqında tədqiq olunan sübutlar, araşdırılmış materiallar, dindirilmiş şahid və zərərçəkmişlərin ifadələri, habelə ekspertiza rəyləri və digər dəlillərlə sübuta yetirildiyini bildiriblər.

Zərərçəkmişlərin nümayəndələr dövlət ittihamını müdafiə edən prokurorların cəzaya dair təklifləri ilə razı olduqlarını və buna uyğun hökm çıxarılmasını məhkəmə kollegiyasından xahiş ediblər.

Məhkəmə prosesi noyabrın 27-də davam etdiriləcək.

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 14 Noyabr 2025 08:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see358

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see240

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see229

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see193

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see178

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see173

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see163

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see156

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see155

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see153

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see152

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see141

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see137

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see137

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see136

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see135

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see133

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see133

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri