Icma.az
close
up
RU
Məhkəmədən Xoşqədəm Hidayətqızıya qadağa Yeni Çağ Media

Məhkəmədən Xoşqədəm Hidayətqızıya qadağa Yeni Çağ Media

Icma.az bildirir, Yenicag portalına istinadən.

Teleaparıcı Xoşqədəm Hidayətqızı və “ARB Media Qrup”a qadağa qoyulub.

Yenicag.az “Unikal”a istinadən xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsi qərar qəbul edib.

Belə ki, Xumar Məzahir qızı Quliyeva məhkəməyə ərizə ilə müraciət edərək bildirib ki, Xoşqədəm Hidayətqızı tərəfindən şərəf və ləyaqətinin, işgüzar nüfuzunun ləkələnməsinə səbəb olan məlumatların yayılması hərəkətlərinə məruz qalıb.

Şikayətçi qeyd edib ki, bu hal itkin düşən qardaşlar Mahir və İldırım Cəbrayılovlar barəsində danışılan verilişlərdə baş verib. Belə ki, Mahir 1997-ci ildə, İldırım isə 2004-ci ildə Litvanın paytaxtı Vilnüs şəhərində itkin düşüblər. Bu günə qədər aqibətləri məlum deyil. X.Quliyev onlardan yalnız Mahiri uzaq qohumu olan Rəna xanımın vasitəsilə tanıyıb.

1991-ci ildə Mahir öz dostları ilə bərabər onun oğlu Cavidanın kiçik toy məclisində iştirak edib. Həmin vaxtdan etibarən Mahirlə yaxın əlaqəsi, mütəmadi ünsiyyəti olmayıb. Bütün bunlara baxmayaraq, Xoşqədəm Hidayətqızı onun oğlunun kiçik toy məclisini əks etdirən videogörüntüləri sırf Mahirin və onun həmin videoda görünməsi səbəbi ilə X.Quliyevanın razılığı olmadan efir vasitəsilə yayımlayıb.

Səbail Rayon Məhkəməsində hakim Mədinə Bağırovanın sədrliyi ilə keçirilən iclasda bu barədə birtərəfli efir müzakirələrinin aparılmasının 1 ay müddətinə “ARB” TV-yə və “Səni Axtarıram” adlı verilişin lahiyə rəhbəri və aparıcısı Xoşqədəm Hidayət qızı Baxşəliyevaya qadağan edilməsi ilə bağlı qərar verilib. Müvəqqəti təminat tədbiri 11.01.2025-ci il tarixdən qüvvədən düşür.

www.yenicag.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 11 Dekabr 2024 21:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see339

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see248

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see214

Sinəsi ilə penaltini qaytarandan sonra öldü

05 Sentyabr 2025 01:25see171

Ölümcül xəstəliyin çarəsi

03 Sentyabr 2025 23:31see151

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see143

İşçiləri əmək müqaviləsiz çalışdırırmış...

04 Sentyabr 2025 11:10see138

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see138

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see136

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see133

Övladına toy edən şəxsin evi yandı

03 Sentyabr 2025 22:57see128

ABŞ hakimiyyəti Marsa ilk astronavtları 2030 cu ildə göndərməyi planlaşdırır

05 Sentyabr 2025 01:47see126

ABŞ də matça çayının gözlənilməz fəsadı ortaya çıxdı

04 Sentyabr 2025 14:46see126

Dövlət Departamenti Fələstinin üç hüquq müdafiə təşkilatına qarşı sanksiya tətbiq edib

05 Sentyabr 2025 03:46see122

Analitik Mərkəz: “İran rejimi son dəqiqələrini oynayır”

04 Sentyabr 2025 11:16see121

Bakı qoçusu Qafar Nağıyevin 1902 ci ilə aid mülkü

04 Sentyabr 2025 22:13see121

Kanadada bıçaqlı hücum: Bir nəfər ölüb, səkkiz nəfər...

05 Sentyabr 2025 01:25see121

İşıqlar sönəndə sadəcə bunu sınayın

04 Sentyabr 2025 23:05see117

Fənərbaxça ya İtaliyanın keçmiş baş məşqçisi gətirilə bilər

05 Sentyabr 2025 01:16see116

“Azərbaycan millisi İslandiya mətbuatının diqqətindədir” VİDEO

04 Sentyabr 2025 21:11see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri