Icma.az
close
up
RU
Məhkəməsi “David Seliverstov”un şikayətini qəbul etmədi

Məhkəməsi “David Seliverstov”un şikayətini qəbul etmədi

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

Məşhur satira ustaları İlya İlf və Yevgeni Petrovun qələmə aldığı “On iki stul” və “Qızıl dana” romanlarının üzərindən əsrə yaxın vaxt keçməsinə baxmayaraq, baş qəhrəman Ostap Benderin “dələduzluq sənəti” haqda sitatları bu gün də öz aktuallığını itirməyib.

Zaman, texnologiya və üsullar dəyişsə də, insan psixologiyası və onun zəifliklərindən istifadə edən fırıldaqçılıq mexanizmləri demək olar ki, eyni qalıb. “Təşkilatımız sizə kömək edəcək” kimi saf inamı istismar edən hiylələr bu gün də işləkdir.

Ostap Bender kimi bunlar da özlərini adi dələduz deyil, qanunun boşluqlarından istifadə edən “mülki böyük kombinator” hesab edirlər. Özünü “beynəlxalq hüquq müdafiəçisi” elan edən “David Seliverstov” – Kazım Abbasov Müdafiə Nazirliyinin idarə rəisinin qardaşından 90 min dollar alıb və “təşkilatımız sizə kömək edəcək” vədi verib. 8 ay vədə əməl etməyib və məsələyə hüquq müdafiəçisi Çingiz Qənizadə müdaxilə edəndən, məsələ ictimailəşəndən cəmi 3 gün sonra pulu son qəpiyinə qədər qaytarıb. Özü də əməli barəsində, əsl kimliyi, kriminal keçmişi haqda ilk xəbər çıxandan dərhal sonra “beynəlxalq tədbirdə iştirak” adı ilə Azərbaycandan qaçıb. Toyuqlu pizza

Qaçaq “beynəlxalq hüquq müdafiəçisi” ilk günlər avqustun 20-də ölkəyə qayıdacağı haqda bəyanatlar versə də, sentyabr sona çatmasına baxmayaraq, hələ də “tədbir”dədir, ölkəyə öz xoşu ilə qayıdana da oxşamır.

Ölkədə olmasa da, əməllərini ifşa edən hüquq müdafiəçisi Çingiz Qənizadəni xüsusi ittiham qaydasında məhkəməyə verib. “Beynəlxalq hüquq müdafiəçisi”nin planı kənardan mükəmməl görünür, bir balaca “xırdalıq” nəzərə alınmasaydı – qanunun tələbinə görə xüsusi ittihamçı olaraq məhkəməyə gəlmək lazımdır...

Bu gün, Binəqədi rayon Məhkəməsində vəkillər, hüquq müdafiəçisi Çingiz Qənizadə iştirak edib. Hakimin “bəs xüsusi ittihamçı haradadır” sualına vəkili ölkədə olmaması cavabını verib. Məhkəmə xüsusi ittihamçının iştirakı olmadan işin icraata qəbul olunmasını yolverilməz hesab edib. Qanunun aliliyini rəhbər tutaraq işi icraata qəbul etməkdən imtina edib.

Beləliklə, əvvəllər narkotik, dələduzluq və s. cinayət əməllərinə görə dəfələrlə məhkum olunmuş “David Seliverstov” - Kazım Abbasovun Çingiz Qənizadəyə və mətbuata qarşı “möhtəşəm həbs ssenarisi” tam iflasa uğrayıb.

Uzaqdan məhkəmə simulyasiyası qurmaqla insanları aldatmaq fantastik filmlərdə belə artıq keçmir!

Musavat.com


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 28 Sentyabr 2026 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see393

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see378

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see309

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see308

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see302

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see229

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see227

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see209

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see205

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see186

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see182

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see177

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see171

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see167

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see167

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri