Icma.az
close
up
RU
Cibgir “Canavar Rauf”un oğlu “David Seliverstov”un kimlik sirləri Yeni detallar

Cibgir “Canavar Rauf”un oğlu “David Seliverstov”un kimlik sirləri Yeni detallar

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Özünü “David Seliverstov” adı ilə təqdim edən Kazım Elşən oğlu Abbasovun kimliyi ətrafında suallar bitmək bilmir.
Demokrat.az xəbər verir ki, Musavat.com-un əvvəlki araşdırmalarından sonra onun keçmişi, müxtəlif dövrlərdə aldığı məhkumluqlar və sonradan “David Seliverstov” adı ilə formalaşdırdığı ictimai obraz ciddi müzakirə mövzusuna çevrilib.
İndi isə redaksiyaya onun ailə bağları və “Elşən oğlu” kimi qeyd edilən ata adı ilə bağlı yeni məlumatlar daxil olub.
Ortaya çıxan iddialar təsdiqlənərsə, “David Seliverstov” bir şəxsin sonradan özünə xarici ad-soyad seçməsi məsələsi kimi yox, tam bir kimlik zənciri kimi araşdırılmalı olacaq. Redaksiyaya daxil olan məlumatlara görə, “David Seliverstov” kimi tanınan Kazım Abbasovun bioloji atasının adı Raufdur. Məlumata görə, Kazımın sənədlərdəki “Elşən oğlu” ata adı isə onun bioloji atasına deyil, xalası əri olan Elşən adlı şəxslə bağlıdır.
Başqa sözlə, ortaya çıxan məlumatların rəsmi sənədlərlə təsdiqlənməsi halında çox ciddi sual meydana çıxır.
Kazım Abbasov niyə öz bioloji atasının adı ilə deyil, xalası ərinin adı ilə rəsmiləşdirilib?
Əgər təqdim edilən məlumatlar təsdiqlənərsə, Kazım Abbasovun həyatında “ad dəyişiklikləri”nin və fərqli kimliklərdən istifadənin yalnız “David Seliverstov” mərhələsi ilə başlamadığı barədə daha geniş araşdırma aparılmalıdır. Bir tərəfdə Raufun oğlu Kazım, digər tərəfdə sənədlərdə Kazım Elşən oğlu Abbasov var. Bu da son deyil - sonra isə ictimaiyyət qarşısına çıxarılan “David Seliverstov” evolusiyası da mövcuddur.
Bu zəncirin hansı hissəsinin hansı hüquqi sənədlə formalaşdığına aydınlıq gətirilməsi artıq ictimai maraq doğuran məsələdir.
Redaksiyaya daxil olan digər məlumatlar isə Kazım Abbasovun bioloji atası olduğu bildirilən Rauf adlı şəxsin keçmişi ilə bağlıdır. Mənbələrin bildirdiyinə görə, həmin şəxs kriminal çevrələrdə daha çox “Canavar Rauf” ləqəbi ilə tanınıb. Redaksiyaya təqdim olunan məlumatlarda “Canavar Rauf”un cibgirliklə məşğul olduğu və bu əməllərə görə müxtəlif dövrlərdə dəfələrlə məhkum edildiyi iddia olunur. Bu iddiaları hələlik müvafiq arxiv sənədləri və məhkəmə hökmləri ilə təsdiqləmək mümkün olmasa da, məsələ araşdırılmalıdır. Əgər həmin məlumatlar rəsmi arxiv sənədləri ilə təsdiqlənərsə, “David Seliverstov” kimi tanınan şəxsin ailə keçmişi ilə bağlı tamamilə yeni faktlar ortaya çıxacaq.
Burada məqsəd heç kəsi atasının və ya yaxın qohumunun əməlinə görə məsuliyyətə cəlb etmək deyil. Cinayət məsuliyyəti fərdidir. Amma öz keçmişi, kimliyi və ictimai təqdimatı ilə bağlı çoxsaylı suallar doğuran bir şəxsin bioqrafiyasının araşdırılması zamanı onun özünü hansı ailə və kimlik məlumatları ilə təqdim etməsi, bu məlumatların sənədlərlə nə dərəcədə uyğun gəlməsi əlbəttə ki, ictimai əhəmiyyət daşıyır.
Musavat.com-un daha əvvəl dərc etdiyi, məhkəmə sənədlərinə əsaslanan araşdırmalarda “David Seliverstov” adı ilə tanınan şəxsin Kazım Elşən oğlu Abbasov olduğu göstərilib. Həmin araşdırmalarda Kazım Abbasovun müxtəlif cinayət işləri üzrə məhkumluqları və onunla bağlı məhkəmə hökmləri ictimaiyyətə təqdim olunub. Beləliklə, artıq söhbət yalnız sosial şəbəkələrdə yayılan iddialardan getmir. Məhkəmə sənədlərində Kazım Elşən oğlu Abbasov var, bir də özünü ictimaiyyətə “David Seliverstov” kimi təqdim edən Kazım var. İndi isə Kazımın bioloji atasının Rauf, “Elşən” adının isə xalası əri ilə bağlı olduğu iddiası da ortadadır.
Kazımın əsl ailə kimliyi necədir? Onun “Elşən oğlu” kimi rəsmiləşdirilməsinin hüquqi əsası nə olub? Bioloji atası Rauf idisə, bu məlumat doğum sənədlərində necə əks olunub? “Elşən” adı hansı əsasla onun rəsmi ata adı kimi müəyyənləşib? Kazım Abbasovun “David Seliverstov” kimliyinə keçidi əvvəlki kimlik zəncirinin davamıdırmı?
“David Seliverstov” məsələsində diqqət çəkən əsas məqam təxəllüs deyil. Əsas ictimaiyyət üçün uydurulan bu ad-soyaddan hansı məqsədlər üçün istifadə olunmasıdır. Bu ad-soyadla yaradılan obrazın kimə lazım olmasıdır. Onun keçmişi, adı, soyadı, atasının adı, ictimai fəaliyyəti və müxtəlif dairələrdə formalaşdırdığı imic ətrafında bir-birini tamamlayan ciddi suallar yaranıb.
İndi bu zəncirə “Canavar Rauf” adı ilə tanındığı iddia edilən bioloji ata və “Elşən” adlı xalası əri ilə bağlı məlumatlar da əlavə olunur. Əgər bu faktlar rəsmi sənədlərlə təsdiqlənərsə, qarşıda çox maraqlı mənzərə ortaya çıxacaq - “Canavar Rauf”un oğlu Kazım, sənədlərdə Elşən oğlu, ictimaiyyətdə isə “David Seliverstov”!
Bu, bir şəxsin real bioqrafiyası ilə ictimaiyyətə təqdim olunan bioqrafiyası arasında mümkün fərqlərin araşdırılması məsələsidir. Əsas sual da budur ki, bu fərqlər niyə yaradılıb? “Canavar Rauf”un oğlu Kazım Abbasov necə “Elşən oğlu” oldu, sonra isə “David Seliverstov”a çevrilib “beynəlxalq hüquq müdafiəçisi” qismində ortalığa çıxarıldı? “Canavar Rauf”un özündən beşbetər kriminal keçmişli oğlunu Azərbaycan ictimai rəyinə kimlər və hansı məqsədlə pərçimləyib? Məqsəd nə olub?
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 31 Avqust 2026 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see378

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see343

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see297

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see273

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see270

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see261

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see250

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see243

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see242

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see229

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see221

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see220

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see216

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see213

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see212

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see208

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see208

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see202

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see202

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri