Icma.az
close
up
RU
Mehriban Ələkbərzadənin haqsızlıqlarına səssiz qalmayın

Mehriban Ələkbərzadənin haqsızlıqlarına səssiz qalmayın

Shownews portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Əməkdar artist Mehriban Xanlarova ilə Azərbaycan Dövlət Akademik Milli Dram teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə arasında qalmaqal daha da böyüyüb.

Axşam.az xəbər verir ki, aktrisa Milli Teatr Günündə aktyorlara səslənib. O iddia edib ki, M.Ələkbərzadə aktyorlara haqsızlıq edir:

"Dəyərli həmkarlarım və səhnənin əsl sahibləri! Bu sənət sizin ürəyinizdə, ruhunuzda yaşayır. Teatr yalnız səhnə deyil, həm də haqqın, ədalətin səsidir. Siz bu müqəddəs sənətin daşıyıcılarısınız, illərlə qurub-yaratdığınız səhnə irsi sizin zəhmətinizin və istedadınızın nəticəsidir. Heç kim bu əvəzsiz dəyəri kölgədə qoya bilməz.

Lakin son dövrlər teatrımızın bədii rəhbəri Mehriban Ələkbərzadənin fəaliyyəti siz dəyərli aktyorlara qarşı haqsızlıqlarla müşayiət olunur. Əməkdaşlara qarşı ədalətsiz münasibət, haqsız qərarlar teatrımızın ruhuna, onun təməl prinsiplərinə ziddir. Səssiz qalmayın! Heç nədən qorxmayın. Siz bu teatrın sütunusunuz, səhnəni yaşadan gücsünüz. Haqsızlığa göz yummaq, susmaq bu sənətə, teatrın müqəddəsliyinə xəyanət olar".

M.Xanlarova aktyorları birlik olmağa səsləyib:

"İndi birlik vaxtıdır. Sənətimizi qorumaq, səhnəmizi yaşatmaq üçün daha güclü olmalıyıq. Birlikdə güclüyük. Ədalətin yanında dayanaraq, haqqımızı tələb edərək teatrımızın layiq olduğu şəraiti təmin etməliyik. Sənət yaşamalıdır, amma ədalətli bir mühitdə".

Qeyd edək ki, Mehriban Xanlarova Kulis.az-a müsahibəsində teatrla bağlı danışarkən bunları demişdi:

“Mənim hazırda teatrla, Mehriban Ələkbərzadə ilə bağlı heç bir problemim yoxdur. Onun mənə hörməti var, mənim də ona. Ancaq məni incidən bir məsələ var. 1998-ci ildən bu teatrda işləyirəm. Mənə yer eləyən kənar teatrlardan aktrisa dəvət olunmağıdır. Bizdə hər yaşdan kifayət qədər peşəkar aktrisa var. Niyə kənardan kimsə çağırılmalıdır? İsrafil İsrafilovun vaxtında kənardan heç kim çağırılmırdı. İndi niyə çağırırlar? Şəxsən mən heç kimdən əskik aktrisa deyiləm. Bu, haqsızlıqdır".


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://shownews.az
archiveBu xəbər 10 Mart 2025 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri