Icma.az
close
up
RU
Ziyalılar Mehriban Ələkbərzadənin müdafiəsinə qalxdı AKTUAL

Ziyalılar Mehriban Ələkbərzadənin müdafiəsinə qalxdı AKTUAL

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Onun ümumiyyətlə həyat kredosu, yaşam tərzi və var olma səbəbi məhz elə milli dəyərlərə xidmət etməkdir

Akademik Milli Dram Teatrı (AzDrama)  Bədii rəhbəri Mehriban Ələkbərzadə ilə aktrisa Məsmə Aslanqızı arasında ciddi qalmaqal yaşanıb. İddialara görə, Akademik Milli Dram Teatrının bədii rəhbəri tərəfindən 20 Yanvar şəhidlərinin xatirəsinə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən və ümummilli mənəvi dəyərlərimizlə ziddiyyət təşkil edən fikirlər səsləndirilib. Bu cür məsuliyyətsiz çıxışların dövlət statuslu sənət ocağının ruhuna, xalqımızın milli yaddaşına və şəhid ailələrinin mənəvi dünyasına ciddi zərbə olduğunu düşünən sənət adamları və  mədəniyyət ictimaiyyətinin nümayəndələri bu məsələ ilə bağlı ciddi narahatlıq keçirib və həmin şəxsə qarşı hüquqi və inzibati tədbirlərin görülməsini, eyni zamanda bu cür hallar üçün məsuliyyət mexanizmlərinin gücləndirilməsi üçün  Ölkə prezidenti İlham Əliyevə və Mədəniyyət Naziri Adil Kərimliyə müraciət ediblər.

"Mən susdum... Çox susdum. Dişimi-dişimə sıxıb düz bir il susdum. Düz bir ildir boğazımda düyün-düyün ilişib qalan sözləri bu gün yazıram"-deyən aktrisa Məsmə Aslanqızı isə iddiaları doğrulayıb. O Akademik Milli Dram Teatrında çalışdığı 30 il ərzində heç vaxt heç bir rəhbərliklə ədavətinin olmadığını, qalmaqaldan, söz-söhbətdən hər zaman uzaq durduğunu qeyd edib: "İşimə məsuliyyətlə, sevgi və sədaqətlə yanaşmışam. Heç vaxt, heç kəsin dilindən öz ünvanıma “Aaz” deyə bir ifadə eşitməmişəm. Bu gün mədəniyyət ocağına mədəniyyətdən uzaq bir insan rəhbərlik edir.

Mehriban Ələkbərzadənin mənim ünvanıma  “Aaz, 20 Yanvar var? Qurtardı 20 Yanvar söhbəti! 20 Yanvar şəhidləri dəbdə deyil!” ifadəsini işlətməsi doğrudur. 

Bu sözlərin deyildiyini inkar etsəm, nəinki atamın ruhu, həm də 1990-cı ilin 20 Yanvarında Bakıda, 25 Yanvarında Neftçalada, 26 Yanvarında Lənkəranda şəhid olmuş 150-dən çox insanın ruhu, 20 Yanvar yaralıları və şəhid ailələri məni bağışlamaz. Əmin olun ki, bu gün Qanlı Yanvar tarixini və 20 Yanvar şəhidlərini unutduran bu cür sapı özümüzdən olan baltalar, sabah Vətən müharibəsi şəhidlərini də unutdurmağa çalışacaqlar".


Əməkdar incəsənət xadimi, Dövlət Dram Teatrının Bədii rəhbəri Mehriban Ələkbərzadə haqqında yayılan iddialara cavab verib. O, bu barədə sosial şəbəkə hesabında yazıb.

M.Ələkbərzadə Əməkdar artist Məsmə Aslanqızının onunla bağlı iddialarının yalan olduğunu deyib:

“Mütamadi olaraq teatrda sözü olan, istəyi yaxud xüsusi xahişi olan aktyorlar rəhbərliyə müraciət edirlər. Arzusunu bildirirlər, bu, normaldır. Belə bir vəziyyət Məsmə Aslanqızı ilə də oldu. Qəbuluma gələrək bildirdi ki, çox çətin vəziyyətdədir. İstək isə evdir! Teatr məni evlə təmin etməlidir. Mən anlatdım ki, mənim ev verə bilmək səlahiyyətim yoxdur. O zaman o “20 Yanvar şəhidinin qızı kimi mənə ev düşür” dedi. Teatr bu məsələni – siz bu məsələni həll etməlisiniz!

Bütün deyilənlərə bir daha münasibət bildirərək yenə də bəyan etdim və edirəm ki, hətta 20 Yanvar şəhidinin qızı olsa belə, mən Teatrın Bədii rəhbəri kimi ev məsələsini həll edə bilmirəm.

Ev məsələsini başqa qurumlar həll edir. Biz də məhz şəhid qızı olduğu üçün onu Prezident mükafatı siyahısına salmışıq. Bir dəstək kimi. Amma bu ona yetərli deyil deyə bax belə həqiqətə uyğun olmayan və təhqirdən çəkinməyən ifadələr işlədir”.

O ki qaldi, mənim vətəndaşlıq mövqeyimə… Mənim yetərincə məhz vətənpərvərlik ruhuna xidmət edən fəaliyyətim var ki, onlar bizim ərazi bütövlüyümüz uğrunda savaşlardan, Vətən yolunda şəhid olan insanlardan bəhs edirdi. Heç kim mənim vətəndaşlıq mövqeyimə ləkə gətirə bilməz. Çünki buna əsas və fakt yoxdur”.

Professor Qulu Məhərrəmli də bu müzakirələrə laqeyd qalmayıb. 

Onun dediyinə görə, Azdramanın bədii rəhbəri, istedadlı rejissor Mehriban Ələkbərzadəyə qarşı kimlərsə böhtan kampaniyası aparır və təəssüf ki, bu çirkin işdə "şəhid mövzusu"ndan da istifadə edilir: " Mehriban xanımı uzun illərdir tanıyıram, müəyyən müddət AzTV-də də birgə çalışmışıq. Mən bu dəyərli sənət adamının ictimai düşüncəsinə, Vətən sevgisinə, vətəndaş mövqeyinə, tarixə, milli problemlərə, xalqımızın azadlıq uğrunda mübarizəsinə, bu yolda şəhid olanlara münasibətinə, eləcə də hər hansı məsələdə onun dürüstlüyünə, prinsipiallığına, peşə ləyaqətini necə fədakarlıqla qorumasına yaxşı bələdəm. Təkcə mən yox, ölkə ictimaiyyəti də bunları gözəl bilir. Əslində M.Ələkbərzadənin ictimai həyatı və yaradıcılıq bioqrafiyası, kütləvi çıxışları, yaratdığı çoxsaylı ekran və səhnə əsərləri ona qarşı qərəzli davrananlara ən yaxşı cavabdır. 

  Mən özüm də dəfələrlə sifarişli böhtan kampaniyaları ilə üzləşmiş bir adam kimi bu qənaətdəyəm ki, quru palçıq  heç vaxt divara yapışmaz. Bu səbəbdən də Mehriban xanıma qarşı aparılan hər hansı böhtan kampaniyası, o cümlədən şəhid teması ilə manipulyasiya keçərli deyil". 


Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova isə şəxsi feysbuk hesabında  Məsmə Aslanqızına dəstək nümayiş etdirib:

" Canım Məsmə, atan şəhid Aslan Ağaverdiyev başda olmaqla 20 Yanvarda vəhşicəsinə öldürülən 143 Şəhidimizə, o cümlədən Vətənimizn  torpaqları üçün canlarını fəda  edən,  doğma bibimoğlu ve yaxınlarımın da şəhid olduğu  bütün Qarabağ şəhidlərinə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm!!!  Vətəndə olmasaq da,

Azərbaycanın xaricdə yaşayan lobbiləri, Azərbaycan mədəniyyətinin təbliğatı üçün çalışan bir sənət insanı olaraq bizə verilən imkanlardan istifadə edərək başda Cənab Prezidentimiz olmaqla müvafiq qurum rəhbərlərinə müraciət edirəm. 

 Akademik Milli Dram Teatrının Bədii rəhbəri  Mehriban  Eləkbərzadənin belə tərbiyəsizcə şəhidlərimizin ruhunu təhqir etməsi qəbuledilməzdir!!!  O layiq olmadığı  vəzifəsindən istifadə edərək Milli Teatrımızda, bundan evvəlki çalışdığı Yuğ Teatrında, Gənc Tamaşaçılar teatrında sənət insanlarına, dostlarıma represiya dönəmini yaşadan , birilərinin adından istifadə edərək hədə qorxu gələn, söyən, qışqıran biridir. ( İllər əvvəl onun kişi söyüşlərinə cavab verən bir kişi aktyorumuzu kimlərəsə zəng etdirib təhdid etdirmişdi. İnanıram ki, o da səsini haçansa çıxardacaq) Bu səviyyədə olan  birinin Milli Teatrımızın Rəhbərliyində olması teatr adına bir qara ləkədir!!! Rəhbərlik adına utancverici  bir vəziyyətdir!! 30 ilini,  canını bir teatra qoyan, kiçik bir dəstək üçün onun yanına gedən bir sənət insanına qışqırmaq, təhqir etmək, telefonunu alıb “sesimi yazmağa gəlmisən ?“ deyib yere çırpmaq bir Teatr rəhbərinə yaraşar mı? Üstəlik şəhidlərimizə dil uzadır!!!

20 Yanvar şəhidlərinə dil uzatmaq sənin həddinə deyil, Mehriban Ələkbərzadə!!!

Sən dikatotorsan? Kimsən sen?  Vətən torpaqları səhnə, şəhidlərimiz də  səhnədə  o al qana boyanan geyimləriylə yeriyən manikenlər deyil, Mehriban Elekberzade!!! Teatrımız  Dövlətin Teatrıdır!! Sənət insanları sənin qulun deyil!!  Nə də dənin uşaqlıq travmalarının günahkarı onlar deyil. Sənə inanıb səni o vızifəyə  gətirənləri pis veziyyətdə qoymağa da haqqın yoxdur!!!  Üzr istə! Başda Ali Baş Komandanımız olmaqla, 20 Yanvar  şəhidlərinin  ailələrindən, dövlətimizdən, xalqımızdan , otağında təhqir etdiyin Məsmə Aslanqızından üzr  istə!!! 


İctimai fəal Azər Həsrət "Sherg.az"a açıqlamasında Məsmə Aslanqızının  sözügedən paylaşımından da, Mehriban xanımın cavabından da xəbərdar olduğunu deyib: 

"Əvvəla, onu deyim ki, mən o, 20-si yanvar 1990-cı ilin məlum hadisələri zamanı çox fəal rol alan gənclərdən biriyəm. Ağır texnikanın qarşısında və güllə yağışının altında olmuşam, sadəcə şansım gətirib, sağ qalmışam. Buna görə heç vaxt nə dövlətə, nə millətə, nə də hansısa bir şəxsə minnət qoyduğum olmayıb! Dövlətdən də heç vaxt buna görə hansısa imtiyaz tələb etməmişəm! Ümumiyyətlə belə bir şeyi şəxsiyyətimə sığışdıracaq birisi də deyiləm, tanıyanlar bilir.

Hətta uzun illər bu haqda danışmamışam. Lakin sonra düşündüm ki, danışım, hətta “Mən tanıqlıq edirəm” adlı bir roman da yazdım.

Sözüm ondadır ki, dəyərli sənətçi, sözün həqiqi mənasında milli təəssübkeş və cəfakeş teatr-sənət fədaisi Mehriban Ələkbərzadə haqqındakı iddialar əsassızdır. 

Belə başa düşdüm ki, Mehriban xanımın həmkarı Məsmə Aslanqızı ilə  arasında bir məsələ olub, Məsmə xanım da narazı qalaraq onu ictimailəşdirib və beləcə də aləm dəyib bir-birinə. Həm də belə anlaşılır ki, Məsmə xanım Mehriban xanımdan mənzillə təminat tələb edib, Mehriban xanım da bu işin ona aid olmadığını, məsələni həll edə bilməyəcəyini deyib və s..."


Məsmə Aslanqızının iddialarına gəldikdə isə A. Həsrət deyib ki, uzun-uzadı bir paylaşımdır: 

"Çalışıb diqqətlə oxudum və uzun illərin ictimai fəalı, jurnalisti, özəlliklə də siyasi şərhçisi olaraq o paylaşımda siyasi manipulyasiya və Mehriban xanımın şəxsiyyətinə - fəaliyyətinə qərəzli kölgə salmaq cəhdini açıq şəkildə görə bildim. Və təəssüfləndim...Misal üçün, Məsmə xanım yazır: “Vəzifə kürsüsündə əyləşən şəxs ilk növbədə xalqına, onun dəyərlərinə və şəhidlərinə sədaqət nümayiş etdirməlidir. Əgər bir insan bu əziz və toxunulmaz dəyərlərə laqeyd yanaşırsa, hətta onları alçaldırsa, o zaman o şəxs nə mənəvi, nə də hüquqi baxımdan rəhbər vəzifə daşımağa layiq deyil”.

Kim kimə deyir bu sözləri? Mehriban Ələkbərzadə şəxsiyyətinə belə sözlər ünvanlamaq üçün ya onu tanımamalı, ya da tanıdığı halda qərəzli olmalıdır bir insan!

Mehriban Ələkbərzadənin ümumiyyətlə həyat kredosu, yaşam tərzi və var olma səbəbi məhz elə milli dəyərlərə xidmət etməkdir. Bunu da ayrıca sübut etməyə gərək belə yoxdur! Onun filmləri, tamaşaları, araşdırmaları Mehriban Ələkbərzadənin sözügedən dəyərlərə münasibətinin danılmaz sübutudur!

Üstəlik, soylu bir nəsildən gələn Mehriban xanıma qarayaxma cəhdi ciddi təəssüf doğurmaya bilməz! Kiməsə ev lazımdırsa, bunun üçün dövlətin müvafiq qurumlarına müraciət etmək daha doğru olmazmı? Həm də Azərbaycan dövlətinin 20 yanvar şəhidlərinin ailələri üçün nəzərdə tutduğu imtiyazlardan istifadə məsələsini məgər hansısa teatr və onun bədii rəhbəri, baş rejissoru, direktoru həll edir ki?

Məsmə xanım belə bir fikir də yazıb: “Unutmamalıyıq ki, şəhidin adına toxunmaq, bütöv bir xalqın yaddaşına toxunmaq deməkdir. Bu isə bağışlanmazdır”.

Yenə də deyirəm, cəmiyyət içində məhz milli məsələlərə həssaslığı ilə tanınan, bu yöndə bacardığından da çox iş görən Mehriban Ələkbərzadəyə bu ifadələri yapışdırma cəhdi yalnız qərəzdən doğa bilər".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 Aprel 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Maşını 2 azyaşlı olan avtomobilin üzərinə sürüb qorxulu anlar yaşatdı VİDEO

07 Aprel 2025 10:01see132

Premyer Liqa futbolçusu əməliyyat olundu mövsümü erkən bitirib

06 Aprel 2025 00:07see127

Uşağı aparmaqdan imtina edən taksi sürücüsü yoxlanılacaq…

05 Aprel 2025 23:06see124

Mask Avropada terror təhlükəsi barədə xəbərdarlıq etdi

06 Aprel 2025 03:36see122

Bakı bazarında qiyməti “od tutub yanan” meyvələr

07 Aprel 2025 01:42see121

İlon Maskdan dəhşətli proqnoz: Kütləvi qətliamlar olacaq

05 Aprel 2025 21:25see121

“Komandanı bu durumdan çıxarmaq üçün öz yolumuzdan əl çəkməyəcəyik”

05 Aprel 2025 21:20see118

Bacısı qızının toyuna gedən şəxs öldü

05 Aprel 2025 23:20see118

Dedik güldük, dalaşdıq, indi iş vaxtıdı, Abasov! YAZI

07 Aprel 2025 00:54see117

HƏMAS İsrailə raket atdı Yaralılar var gərginlik artır

07 Aprel 2025 01:10see117

Fidandan müxalifət liderinə CAVAB

06 Aprel 2025 21:30see116

Britaniyadan olan iki deputat İsrailə buraxılmayıb və deportasiya edilib

06 Aprel 2025 08:22see116

Sabah Kəpəz ə qarşı

06 Aprel 2025 09:00see115

“Kəpəz” “Sabah”a, “Zirə” “Qarabağ”a qarşı YENİLƏNİR

06 Aprel 2025 08:23see113

Əhalinin diqqətinə: Sabah Bakının iki qəsəbəsində işıq olmayacaq

06 Aprel 2025 19:48see113

Virus insanlara keçə bilər BÖYÜK TƏHLÜKƏ

06 Aprel 2025 17:31see112

Liqa 1 tarixinin rekordu

06 Aprel 2025 15:49see111

Bayer 90+1 ci dəqiqədə sevinib, Ştutqart dan səfərdə 4 cavabsız qol VİDEO

05 Aprel 2025 23:03see111

Ceyhun Sultanov: Santuş ad olaraq gəlib, lakin ortada bir iş yoxdur

06 Aprel 2025 22:27see108

Gəncədə 23 yaşlı kişi bıçaqlandı, şübhəli şəxs saxlanıldı KONKRET

06 Aprel 2025 10:16see106
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri