Icma.az
close
up
RU
Mehriban Vəliyeva: XII Qlobal Bakı Forumu qlobal çağırışların müzakirəsi üçün unikal platformadır

Mehriban Vəliyeva: XII Qlobal Bakı Forumu qlobal çağırışların müzakirəsi üçün unikal platformadır

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Martın 13-15-də paytaxtımızda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək XII Qlobal Bakı Forumu beynəlxalq medianın diqqət mərkəzindədir. Forumda “Dünya düzəninin yenidən düşünülməsi: çağırışların fürsətə çevrilməsi” (“Rethınkıng World Order: Turnıng Challenges Into Opportunıtıes”) mövzusu ətraflı müzakirə olunacaq. Tədbirdə hazırkı və keçmiş dövlət, hökumət başçıları, Nobel mükafatı laureatları, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyətləri də daxil olmaqla, 400-dən çox nümayəndənin iştirakı gözlənilir. Forumda həmçinin Albaniya Prezidenti Bayram Beqay, Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova və Monteneqro Prezidenti Yakov Milatoviç də iştirak edəcəklər. Foruma beynəlxalq maraq çox böyükdür. Çünki müzakirəyə çıxarılan məsələlər qlobal xarakter daşıyır və beynəlxalq ictimaiyyətin gündəmindədir. Dünyada köhnə düzənin pozulduğu, yeni şərtlərin meydana çıxdığı, münaqişələrin, müharibələrin şiddətləndiyi bir dönəmdə Bakıda belə bir mövzunun müzakirəyə çıxarılması olduqca böyük əhəmiyyət kəsb edir.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.

Onun sözlərinə görə, Forumda “Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı”, “Çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması” və “Gələcək üçün BMT paktı: Yeni qlobal konsensusun yaradılması” mövzularında panellər təşkil olunacaq. Sülhə və barışığa töhfə verən ictimai xadimə 2025-ci il “Nizami Gəncəvi” Beynəlxalq Mükafatı təqdim ediləcək. Həmçinin “Sülhə gedən yol”, “Yeni dünya nizamında orta güclər” və “Sülh - münaqişə sonrası yenidənqurma və regional sabitliyin yenidən bərpası” mövzularında panellərlə yanaşı, Yaxın Şərq və Ukrayna-Avropa Birliyi məsələlərinə həsr olunmuş nahar sessiyaları keçiriləcək. “COP29:Belem üçün sıçrayış – Transformasiyanın sürətləndirilməsi” və “Avropanın gələcəyi” mövzuları gecə sessiyalarında müzakirə olunacaq. Forumda yeni texnologiyalar, gender və təhlükəsizlik, iqlim dəyişikliyinin təsiri, qlobal səhiyyə böhranları və onların həlli yolları da diqqət mərkəzində olacaq. "Yeni dünya üçün yeni texnologiyalar", "Gender-Təhlükəsizlik-İqlim bağlantısı" və "Qlobal səhiyyə böhranı: Hazırlıq və bərabərlikdə yeni cəbhələr" panelləri bu istiqamətdə vacib mövzuları əhatə edəcək. Forumun ən diqqətçəkən hissələrindən biri isə gənclərin fikirlərinə həsr edilən "Gənclər danışsın, biz dinləyək" paneli olacaq”.

Millət vəkilinə görə, dünyada baş verən müharibələr, siyasi toqquşmalar, Qərbdə müşahidə olunan siyasi böhran inkişaf etməkdə olan ölkələri öz milli maraqlarını həmişəkindən daha güclü müdafiə etmələrini diktə edir: “Bu baxımdan XII Qlobal Bakı Forumu qlobal gündəliyi narahat edən məsələlərin müzakirə olunduğu nadir platformadır. Bu gün bütün ölkələrim maraqlarının, təhlükəsizliyinin qorunmasına xidmət edən beynəlxalq səviyyəli platforma yoxdur. Bakı Forumu artıq 12-ci dəfədir ki, qlobal problemlərin müzakirəsinə ev sahibliyi edir. Ölkəmiz sülh və ədaləti dəstəkləyən niyyət və məqsədlərini bu dəfə də bütün dünyaya bəyan edəcək, bütün dövlətləri beynəlxalq hüquqa hörmətlə yanaşmağa səsləyəcək. Bakı Forumu həm də Azərbaycanın prioritetlərini dünyaya təqdim etmək üçün unikal platformadır. Biz forum çərçivəsində ölkəmizin məqsədlərini və baxışlarını bir daha dünyaya çatdıracağıq. Azərbaycan dünya düzəninin yenidən formalaşmasının tərəfdarıdır və bu prosesdə fəal rol oynamaq istəyir. Mövcud düzən özünü doğrultmur, günün tələblərinə, ölkələrin maraqlarına cavab vermir. Azərbaycan və Türkiyə də daxil olmaqla, əksər dövlətlər, xüsusilə də BMT-də ciddi islahatların aparılmasının vacibliyini vurğulayıblar. İkinci Dünya Müharibəsinin nəticəsi olaraq meydana çıxan bu təşkilat yeni dünya çağırışlarına cavab vermir. Bütün dünyanın taleyinin sadəcə beş dövlət tərəfindən həll edilməsi heç cür qəbul edilə bilməz. Dünya 5-dən böyükdür. Azərbaycanın da aid olduğu türk və müsəlman dünyasından olan dövlətlərin BMT Təhlükəsizlik Şurasında təmsil olunmasına ehtiyac vardır. Yeni dünya modeli əslində qütblər və ya çoxqütblülük platformasına söykənir”.

M.Vəliyeva qeyd etdi ki, artıq heç bir dövlət hansısa siyasi, hərbi, iqtisadi birliyin diktəsi ilə oturub-durmaq istəmir: “Dövlətlər yeni birlik, ittifaqlar axtarışındadırlar. Qərbin patronajlığı altında yaradılmış birliklər özlərini daha çox neokolonializmin nümayəndələri kimi aparırlar və ayrı-ayrı ölkələri öz təsirləri altında saxlamağa çalışırlar. Bu isə haqlı narahatlıqlar, narazılıqlar yaradır. Azərbaycan da son illər özünə yaxın bildiyi ittifaqlarda layiqincə təmsil olunur. 44 günlük Vətən Müharibəsindən sonra yaratmış olduğumuz yeni reallıqlar imkan verir ki, biz özümüzün müstəqil yolumuzu müəyyənləşdirək və doğru bildiyimiz yöndə addımlayaq. Azərbaycan sülh razılaşması üçün ərazi bütövlüyünün və suverenliyin tanınmasına əsaslanan beş əsas prinsipi Ermənistana təqdim edib. İrəvan yaranan yeni reallıqları qəbul etməli, üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir. Bu öhdəliklərdən biri Zəngəzur dəhlizinin açılmasıdır. Bu dəhliz Şərq-Qərb marşrutunun üzərində yerləşir və alternativsiz marşrutdur”.

Millət vəkili əlavə etdi ki, Azərbaycan yeni dünya düzəninin formalaşması prosesində yaxından iştirak etmək və özünün milli maraqlarını təmin etmək istəyir: “Biz bunu gizlətmirik də. Bu mənada Qlobal Bakı Forumu multilateralizm böhranının aradan qaldırılmasına xidmət edir, xalqlar arasında körpü yaradır, müxtəlif ölkələr və beynəlxalq iştirakçılar arasında tərəfdaşlığı təşviq edir. Sülhə, əmin-amanlığa, qarşılıqlı əməkdaşlığa töhfələr verən Azərbaycan bu dəfə də özünün qlobal baxışlarını dünyaya təqdim edəcək. Beləliklə, XII Qlobal Bakı Forumu əvvəlki illərdə olduğu kimi, qlobal çağırışların həlli üçün qiymətli təkliflərlə çıxış edəcək, ortaq həll yollarının müəyyənləşdirilməsinə və sülhün təşviqinə töhfə verəcəkdir”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 Mart 2025 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see197

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see189

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see188

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see184

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see171

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see155

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see155

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see152

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see150

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see144

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see139

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri