Icma.az
close
up
RU
Qlobal çağırışların müzakirəsi ŞƏRH

Qlobal çağırışların müzakirəsi ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Bakı Qlobal Forumu artıq on üçüncü dəfədir ki, dünyanın diqqət mərkəzindədir. Bu mötəbər beynəlxalq platforma hər il qlobal siyasətin aktual mövzularının müzakirə olunduğu, müxtəlif ölkələrin siyasi liderləri, ekspertlər və ictimai xadimləri bir araya gətirən mühüm dialoq məkanı kimi çıxış edir. Bu dəfəki forumda da beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər, geosiyasi gərginliklər və qlobal təhlükəsizlik məsələləri geniş şəkildə müzakirə olundu.

Müzakirələr bir daha göstərdi ki, müasir dünya yeni geosiyasi mərhələyə qədəm qoyur. Son illərdə regional münaqişələrin artması, siyasi rəqabətin dərinləşməsi və qlobal gərginliyin yüksəlməsi beynəlxalq münasibətlər sistemində fikir ayrılıqlarını daha da kəskinləşdirir. Bu baxımdan dialoq və əməkdaşlıq platformalarının əhəmiyyəti daha da artır.

“Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusuna həsr olunan forumda İlham Əliyev açılış nitqi ilə çıxış edərək qlobal təhlükəsizlik, enerji sabitliyi, regional sülh və beynəlxalq əməkdaşlıqla bağlı mühüm mesajlar səsləndirdi. Dövlət başçısı çıxışında qeyd etdi ki, müasir beynəlxalq sistem ciddi transformasiya mərhələsindən keçir və bu proses yeni çağırışlarla yanaşı, yeni əməkdaşlıq imkanları da yaradır.

Prezident vurğuladı ki, beynəlxalq münasibətlərdə parçalanma və qarşıdurmaların artdığı indiki şəraitdə dialoq və əməkdaşlıq platformalarının rolu daha da yüksəlir. Bakı Qlobal Forumu da məhz belə bir platforma kimi müxtəlif ölkələrin siyasi liderlərini və ekspertlərini bir araya gətirərək qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və fikir ayrılıqlarının aradan qaldırılmasına xidmət edir. Bu isə Azərbaycanın həm regional, həm də qlobal səviyyədə mühüm diplomatik rol oynadığını göstərir.

Çıxışında dövlət başçısı xüsusilə vurğuladı ki, müasir beynəlxalq şəraitdə hər bir dövlət üçün təhlükəsizlik və sabitlik əsas prioritetlərdən biri olmalıdır. Qlobal təhlükəsizlik sistemində tarazlığın pozulması regional münaqişələrin artmasına, eyni zamanda iqtisadi sabitliyin zəifləməsinə səbəb olur. Buna görə də dövlətlər qarşıdurma deyil, qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinə əsaslanan siyasət yürütməlidirlər.

Forumda enerji təhlükəsizliyi məsələsi də diqqət mərkəzində oldu. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığını qeyd edən Prezident İlham Əliyev bildirdi ki, enerji bazarlarında qeyri-sabitlik qlobal iqtisadiyyata ciddi təsir göstərir. Neft və qaz qiymətlərindəki kəskin dəyişikliklər həm istehlakçı, həm də istehsalçı ölkələr üçün müəyyən çətinliklər yaradır və ümumi iqtisadi sabitliyi risk altına alır.

Prezident çıxışında Cənubi Qafqaz regionunda sülh prosesinə də toxundu. O qeyd etdi ki, Azərbaycan Ermənistanla yekun sülh sazişinin imzalanmasında maraqlıdır və belə bir razılaşma regionda yeni iqtisadi və nəqliyyat layihələrinin həyata keçirilməsi üçün geniş imkanlar aça bilər. Rəsmi Bakının mövqeyinə görə, sülhün əldə olunması Cənubi Qafqazda yeni nəqliyyat marşrutlarının formalaşmasına və Ermənistanın ilk dəfə tranzit ölkə statusu qazanmasına şərait yarada bilər.

Ümumilikdə, XIII Bakı Qlobal Forumunda aparılan müzakirələr göstərir ki, bu gün qlobal təhlükəsizlik və sabitliyin qorunması beynəlxalq gündəliyin əsas prioritetlərindən biridir. Regional əməkdaşlıq və sülh isə davamlı iqtisadi inkişafın əsas şərtlərindən sayılır. Bakıdan səslənən mesajlar bir daha təsdiqləyir ki, Azərbaycan qlobal siyasi proseslərdə fəal iştirak edir və beynəlxalq dialoqun inkişafına mühüm töhfələr verir

İlahə Qurbanova

YAP Samux rayon təşkilatının əməkdaşı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Mart 2026 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see319

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see319

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see316

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see312

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see294

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see293

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see278

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see275

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see269

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see269

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see267

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see265

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see259

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see256

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see254

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see243

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see240

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see235

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see219

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri