Icma.az
close
up
RU
Menu

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Sumqayıt ın Antalya toplanışı

İsrail bu aviabazadan personalı təxliyə edir

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

“Bravo”da 53 manat, “Neptun”da 26.7 manat, xaricə isə 14 manata... Anormal qiymət siyasəti + FOTOLAR

Təhsildə yenilik: Süni intellekt tələbə və müəllim münasibətlərini dəyişir

“Davos Forumu Azərbaycanın iqtisadi imkanlarını dünyaya təqdim edilməsi üçün unikal platformadır” Mehriban Vəliyeva

“Davos Forumu Azərbaycanın iqtisadi imkanlarını dünyaya təqdim edilməsi üçün unikal platformadır” Mehriban Vəliyeva

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yanvarın 20-dən “Ağıllı əsr üçün əməkdaşlıq” devizi altında işə başlayan Davos İqtisadi Forumu öz işini başa çatdırsa da, orada müzakirə olunan məsələlər, irəli sürülən təşəbbüslər və qəbul edilən qərarlar ətrafında müxtəlif platformalarda fikir mübadilələri davam etdirilir. 55-ci Dünya İqtisadi Forumuna qatılan Azərbaycan rəsmilərinin, xüsusilə də, cənab Prezident İlham Əliyevin qarşı tərəflərin müraciətləri əsasında keçirdiyi çoxsaylı görüşlər, panel iclaslarındakı çıxışları böyük maraqla qarşılandı. Dövlət başçısı cənab İlham Əliyev Forumun ilk günündə CGTN (China Global Television Network) telekanalına müsahibəsində bir çox qlobal xasrakterli iqtisadi və siyasi məsələlərə aydınlıq gətirdi. Yeni dünya düzəni, texnoloji inqilab Ağıllı əsr və yeni əməkdaşlıq imkanlarını ortaya qoyur.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.

Onun sözlərinə görə, cənab Prezidentin CGTN telekanalına müsahibəsində toxunduğu məsələlər, o cümlədən, Orta Dəhlizin inkişafı ilə bağlı Azərbaycanın mövqeyi dünya dövlətləri üçün böyük əhəmiyyət kəsb edir:

“Dünyanın aparıcı media orqanı olan CGTN telekanalı Azərbaycanın iqtisadi imkanlarını, siyasi baxışlarını, regional və qlobal iqtisadi təşəbbüslərini bütün dünyaya təqdim etdi. Müsahibədən əldə olunan nəticələr təxminən aşağıdakı kimidir. Azərbaycan  dünyanın sürətlə inkişaf edən iqtisadiyyatına malik ölkəsi, Cənubi Qafqaz regionunun lider dövlətidir. Region iqtisadiyyatının 80 faizindən çoxu ölkəmizin payına düşür. Azərbaycanın təşəbbüsü və iştirakı ilə gerçəkləşən qlobal əhəmiyyətli enerji layihələri ölkəmizin dünya iqtisadiyyatındakı yerini möhkəmləndirir. Beynəlxalq iqtisadi əməkdaşlıqda etibarlı tərəfdaş imicini qazanan ölkə kimi Azərbaycan tərəfdaşları ilə münasibətlərini qarşılıqlı hörmət və imzalanan hüquqi sənədlər çərçivəsində qurur. Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin, sahibkarların hüquqlarının qorunması, əlverişli biznes mühitinin yaradılması, mövcud sosial-iqtisadi sabitlik bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin və şirkətlərin sayına müsbət təsir göstərir. Bütün bunlar ölkə rəhbərliyinin birbaşa göstərişləri, iradəsi və dəstəyi ilə mümkün olub. Xarici siyasi əlaqələrin iqtisadi əməkdaşlıq sferasına uğurlu transformasiyası sayəsində əldə etdiyimiz uğurlar Davos Forumunun təşkilatçıları tərəfindən hər zaman yüksək qiymətləndirilib”.

M.Vəliyeva bildirdi ki, Forum Azərbaycanın milli maraqlarını, strateji baxışlarını dünyaya təqdim etmək, beynəlxalq iqtisadi nüfuzumuzu daha da artırmaq və müxtəlif sahələrdə yeni tərəfdaşlıq imkanları qazanmaq baxımından unikal platformadır. Dünyanın aparıcı beyin mərkəzlərinin, nüfuzlu siyasi liderlərinin, iş adamlarının, kütləvi informasiya vasitələrinin nümayəndələrinin də qatıldığı forum dünyanın ən böyük, ən sambalı iqtisadi və biznes əməkdaşlıq mərkəzi hesab olunur. Burada iştirakın Azərbaycana verdiyi əhəmiyyəti Prezident cənab İlham Əliyev özü sosial şəbəkə hesabındakı paylaşımında aydın izah edib: “Bizim xarici ölkələrlə münasibətlərimiz yalnız qarşılıqlı maraqlar və qarşılıqlı hörmət əsasında qurulur. Siyasi gücündən, yaxud da ki, böyüklüyündən, ərazilərindən asılı olmayaraq, bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qura bilmişik”.

Davosda Azərbaycana, onun liderinə xüsusi diqqət və önəmin verildiyinin  bir daha şahidi olduq. Dünyanın bir sıra dövlət başçıları və özəl təşkilat rəhbərlərinin Prezident cənab İlham Əliyevlə görüş təşəbbüsü ilə çıxış etmələri bunun əyani sübutu idi. Dayanıqlı inkişaf yolunu tutan Azərbaycan etibarlı tərəfdaş olaraq dünya ölkələrinin diqqətini cəlb edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Yanvar 2025 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see253

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see250

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see234

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see218

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see187

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see187

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see175

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see169

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see159

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see158

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see145

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see144

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see143

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see140

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see136

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see135

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

14 Yanvar 2026 13:34see134

“Bravo”da 53 manat, “Neptun”da 26.7 manat, xaricə isə 14 manata... Anormal qiymət siyasəti + FOTOLAR

14 Yanvar 2026 13:06see130

Təhsildə yenilik: Süni intellekt tələbə və müəllim münasibətlərini dəyişir

14 Yanvar 2026 12:11see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri