Mehriban Xanlarova Kann a gedən Röya haqda: Onun yoluna daş qoymaq...”
Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.
Əməkdar artist Mehriban Xanlarova Kann Film festivalına gedən Xalq artisti Röya Ayxana dəstək nümayiş etdirib.
Yenisabah.az xəbər verir ki, aktrisa sosla media hesabında qeyd edib:
"Röya başqa millətdən deyil, o, azərbaycanlıdır və ölkəmizi layiqincə təmsil edir. Beynəlxalq tədbirlərdə vətənimizin adını uca tutan hər kəsi dəstəkləmək bizim vətəndaşlıq borcumuzdur. Paxıllıq hisslərini bir kənara qoyaraq, azərbaycançılıq prinsipini önə çəkək. İrəli gedən hər bir azərbaycanlının yoluna daș qoymaq, sosial mediada arxadan zərbə vurmaq düşmənlərimizin istəyidir. Birliyimizi qoruyub, ölkəmizi daha da ucaldaq".
Xatırladaq ki, Röya Ayxan Kann Film Festivalında iştirak edib. O, “I Success Top 100 Awards Gala” tədbirində “Azərbaycan musiqisinin mədəniyyət səfiri” mükafatı ilə təltif olunub. Röya Ayxanın Kann Film Festivalında iştirak etməsi birmənalı qarşılanmayıb. Xalq artisti Rasim Balayev, Əməkdar incəsənət xadimi Ayaz Salayev sərt fikirlər səsləndiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 25 May 2025 12:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















