Icma.az
close
up
RU
Mehriban Xanlarovanın yaxını qazidən əlilliyin təyin edilməsi üçün pul alıb? İDDİA və CAVAB

Mehriban Xanlarovanın yaxını qazidən əlilliyin təyin edilməsi üçün pul alıb? İDDİA və CAVAB

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Vətən müharibəsi qazisi Novruzi Əli Elman oğlu Əməkdar artist Mehriban Xanlarovaya yaxın olan şəxsin ona borcunun olduğunu iddia edir.
Bu barədə Pravda.az-a şikayət ünvanlayan Ə.Novruzi bildirib ki, 2020-ci il 26 oktyabrında Xocavənd  rayonunda Qırmızı Bazar istiqamətində ermənilərin atdığı tank mərmisindən müxtəlif dərəcəli bədən xəsarətləri alıb, qapalı kəllə-beyin travması, beyin silkələnməsi, barotravma xəsarətləri alıb.
Qazinin sözlərinə görə, əlillik dərəcəsi almaq üçün sənədləri topladıqdan sonra özünü Əməkdar artist Mehriban Xanlarovanın yaxın adamı kimi təqdim edən Əliyaqub Cəbrayılov adlı şəxs onu aldadıb:
“Əliyaqub mənə II dərəcə əlilliyin alınması ilə bağlı söz verdi və 9 min manat pul aldı. Pulu verməyimlə bağlı səs yazısı və sübutlarım var. Sonra bildim ki, Əliyaqub Əməktar artist Mehriban Xanlarovanın adamıdır. Əliyaqub işin alınmadığını görüb, məni Mehriban Xanlarova ilə tanış etdi. M.Xanlarova da mənə II dərəcə əlilliyin təyin olunacağına vəd verdi. Əlilliyi aldıqdan sonra məndən 4 min manat pul aldı. O pulu ona halal etmişdim, amma adamı Əliyaqub Cəbrayılovdan isə 9 mini geri istəyirdim. M.Xanlarova mənə dedi ki, artıq əlilliyin düzəlib, Əliyaqubdan pulunu istəmə. Amma mən israrla pulumu istəyirdim”.
Şikayətçinin sözlərinə görə, 2023-cü ilin dekabrında Ə.Cəbrayılov ona 1000 manat qaytaracağına söz verib və evinə dəvət edib: “Evə kürəkənimlə birlikdə getdim. Biz orada telefonla səs də yazdıq. Əlyaqubun həyat yoldaşı Gülnar Cəbrayılova dəfələrlə qəsdən mən hadisə törədim deyə şəhidə qarşı nalayiq ifadələr işlətdi. Səs yazısı var. Həmin vaxt kürəkənim əsəbləşdiyimi görüb, məni evdən çıxardı. Mən isə Əliyaqubun pulu vermədiyini gördükdə dərhal Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verdim. Bunu görən Əliyaqub Cəbrayılov məni itələdi və telefonum yerə düşdü, özü isə evdən qaçdı. Mən də onun arxasınca getdim. İstəyirdim ki, polislər gəlsinlər. Buna görə onu arxadan tutdum ki, qaçmasın. Həmin vaxt yanımızda heç kim yox idi. Mən Əliyaqubu tutanda o məni vurmağa başladı və aramızda davalı mübahisəsi düşdü. Biz ikimiz də yerə yıxılmışdıq. Sonra isə kürəkənim gəlib bizi ayırdı, məni oradan apardı. Bu hadisədən özünə bəraət qazandıran Əliyaqub məni polisə şikayət etdi. Məndə səs yazısı olmağına baxmayaraq o,  polisə yalan məlumatlar verib. Guya cibində 3 min dollar pul olub, telefonunu da oğurlamışıq. Necə olur ki, cibində 3 min dollar olan adam məni o evə min manat vermək üçün çağırmışdı? Bank kartı verirdi ki, sabah pul kartda olacaq. Necə olurdu ki, telefonunu oğurlamışdıqsa, həmin hadisədən 1-2 saat sonra onu “Votsap”la təhqir etmişəm, o da  söyüşlərimi polis bölməsinə təhvil verib? İş Binəqədi Rayon Polis İdarəsində araşdırılır. Əliyaqubun telefonu yoxlanılmalıdır. Niyə polisə yalan məlumat verib? Onun barəsində 15 min manat dələduzluq etməsi ilə bağlı dostumun şikayəti əsasında Xəzər Rayon Məhkəməsində cinayət işi açılıb. Həbs olunmasın deyə, 2023-cü ildə baş vermiş hadisəyə görə indi məni yenidən şikayət edib. 2023-cü ildə Binəqədi Rayon Polis İdarəsində aramızdakı dava hadisəsi bağlanmışdı. Əliyaqub şikayətini geri götürmüşdü. Yenidən 2025-ci ildə həmin hadisəyə görə polis bölməsi məni çağırdı, bağlanmış işimi yenidən açdılar. Müstəntiq mayor Qasım Abbasovdur. Məni və kürəkənimi məhkəmələrə çıxarırlar. Hələ hərbi xidmətdə olan dayım oğlunu da hədələyirlər. Deyirlər ki, sənin dostun 15 minlə bağlı şikayətini geri götürsün, biz də şikayətimizi geri çəkək. Bunların hamısını edən Mehriban Xanlarovadır. O necə Əməkdar artistdir ki, xalqın bu cür oğluna - Cəsur döyüşçüsünə qarşı belə hərəkətlər edir? Biz qazilər şəhidlərin sağ qalan qardaşlarıyıq. Şəhidlərimizə nalayiq ifadə səsləndirən adamlara Mehriban Xanlarova necə kömək edə bilər? Özünü mənə dost, mənim tərəfimdə imiş kimi göstərir, amma gizli şəkildə işini görürmüş... Bu da Əməkdar artistimiz, verlişlərlərdə qazilərə yardımdan danışır”.
Məsələni aydınlaşdırmaq üçün Pravda.az-ın əməkdaşı Əməkdar artist Mehriban Xanlarova ilə əlaqə saxlayıb.

M.Xanlarova öz barəsində deyilənləri təkzib edib: “Adını çəkmək istəmirəm, telefonumda onun səs yazısı var, saxlamışam. Deyir ki, aidiyyəti qurumlara, hətta nazir Vilayət Eyvazova qədər gedib çıxacağam. Guya ona 9 min, bir də 4 min manat borcum var. Qoy hara gedirsə, getsin. Vecimə deyil, hər şeydə alnım açıqdır. Ədalətə qarşı boynum qıldan incədir. Əliyaqubu dörd nəfərlə gedib döyüb. Pul istəyirdisə, niyə gedib qanunla istəmədi? Adam döyüb, pul istəyirlər? Orada şəhid söyülməyib. Bu məsələni sadəcə ortaya atır. Ona ayıb olsun. Allah başından vurar. Çox şey var, deməyim uyğun olmaz. Nə Əliyaqubun, nə də onun arxasında dayanıram. Dayanmışdım, bundan sonra dayanmıram. Hara qədər getsə, mən də açıq-aşkar hamısını deyəcəyəm. Görək, yanan kim olacaq? İxtiyarı yoxdur ki, adımı orda-burda çəksin. Dövlət var, qanun var, getsin, şikayət etsin. Mən razıyam. Hara çağırsalar, gedib cavab verməyə hazıram. Yoxsa haralardasa adımı hallandırırsa, öz başı ağrıyacaq, mənim yox. Heç kimin pulunu “yeməmişəm”. Heç kim də onun pulunu “yeməyib”. Müəyyən problemlər olub, pullar ona qayıdıb, vəssalam. Hazırda qazidir. Bircə bunu heç olmasa unutmasın ki, o qazidir. Necə qazi olub, bunu özü yaxşı bilir. Bəli, məni Binəqədi Rayon Polis İdarəsinə çağırmışdılar. Mən ona şər atmamışam. Soruşublar, mən də necə olubsa, onu demişəm. Əliyaqubu döymüşdülər, ekspertizadan nə qədər sənədi var. Barışıq olması üçün çalışdım. Mənə dedilər ki, sənin işin olmasın, Əliyaqub kimə şikayət edirsə, etsin. Mən də bundan sonra kənara çəkildim. Yaxşılığa getmişdim, pisliyə yox. Əliyaqubun arxasında dayanmamışam. Əksinə, qazinin arxasında dayanmışam. Hazırda məni şantaj edir? Belə çıxır ki, ona 13 min manat borcum var? İndi ki o mənim adımı kiminsə yanında hallandırırsa, şərəf və ləyaqətimi alçaldırsa, aidiyyəti üzrə ərizəmi yazacağam, təzminat tələb edəcəyəm. Nə qədər üzr istəsə də, bağışlamayacam...”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 21 Oktyabr 2025 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see214

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see158

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see147

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see132

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri