Icma.az
close
up
RU
Mehriban Zeynalova müzakirələrə səbəb olan heykəlin götürülməsindən danışdı: Cins, bədən deyil, gözəllik görməlisən...

Mehriban Zeynalova müzakirələrə səbəb olan heykəlin götürülməsindən danışdı: Cins, bədən deyil, gözəllik görməlisən...

Icma.az, Pravda.az saytına istinadən bildirir.

“Heydər Əliyev Mərkəzinin qarşısındakı müzakirəyə səbəb olan qadın heykəlinə qarşı etirazı sovet təfəkkürü ilə əlaqələndirirlər. Bilmirəm, Sovetin hansı təfəkkürü var idi? Mən də Sovet dövründə yaşamışam. İncəsənət əsəri elə incəsənət əsəridir. Sən burada cins, bədən deyil, gözəllik görməlisən. Bizim camaata nə olub ki, seksist olublar? Elə mühafizəkar yanaşdılar, guya ki... Sözün düzü, heykələ bu qədər vaxt ayrılmasına, enerji sərf edilməsinə, o cür üsyanla yanaşılmasına ad qoya bilmirəm. Mənim üçün anlaşılan deyildi. Bəlkə, fərqli düşüncə tərzimiz var. Belə çıxır ki, dini kəsimlərin təsiri daha çoxdur, etirazlar həllini tapdı. Heykəli canlı təsəvvür etmək, yaxud ona seksist baxmaq başadüşülən deyil. Bəs xarici ölkələrə gedəndə həvəslə  Rembrandtın lüt şəkillərinə niyə baxırlar? Baxmasınlar, gözlərini yumsunlar. Ondan zövq alırlarmı, başa düşürlərmi? Təkcə Mərkəzin qarşısındakı qadın heykəlinə deyil, Aşıq Ələsgərin də heykəlinə qarşı münasibəti gördük. İnsanlarda qəribə aqressiya var. Hər şeyə mız qoymaq, hər şeyi tərsə formada təqdim etmək. Sən nəinki heykəltaraş, heç incəsənət xadimi, mütəxəssis də deyilsən. Bəhanə gətirdilər ki, qadın heykəli xarici ölkələrdə geyimli idi, bizdə geyimsiz”. 

Bu sözləri Pravda.az-a açıqlamasında "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova  deyib. 

“Bu reaksiyaların kökündə nə dayandığını anlamadım, amma bunu anladım - deyəsən, dini kəsim göstərdi ki, sabah qadın hüquqları ilə bağlı hansısa söz deyəndə də belə olacaq. Bu, heykəl idi, canlı insan deyildi. Tənqid edənlərin hər biri ayrı-ayrılıqda gündəlik kinolara da baxırlar. Baxmasınlar, gözlərini yumsunlar, televizoru söndürsünlər. Ən yaxşı reaksiya budur. Səni incidirsə, zövq ala bilmirsənsə, üzünü döndər, get. Düşünürsən ki, bu, uşaqlarının tərbiyəsini pozacaq? Uşaqları acgöz bədənə öyrətmək onların tərbiyəsini pozmaq deyil? Müzakirə olunası çox məsələlər var. Heykəli sökdürdülər və məəttəl qaldım. Bəlkə, problem heykəltaraşın özündə idi, hansısa gizli kodlar verirdi? Dünya şöhrətli heykəltaraşın əsərinin bu cür hoydu-hoyduya götürülməsi... Mədəniyyətdən, avropalaşmaqdan, müasirlikdən danışırıq. Fərqli tərbiyə alan, fərqli mədəniyyət dəyərləri daşıyan bizim yaş həddində olan insanlar heykələ acgözlüklə baxmırlar. İstər qadın, istər kişi olsun. Biz bu düşüncə ilə böyüməmişik. İnsanlara mədəniyyət çox vacibdir. Zorakılıqların kökündə dayanan səbəb də məhz mədəniyyət faktorunun olmaması, insanın insana hörmət qoya bilməməsidir. Canlı insanlara olan münasibətimiz də eynidir. Heykələ olan münasibətimiz elə qadınlara olan münasibətimizin ən mühüm göstəricisi olub. Guya qadını müdafiə edirlər, qadının bədəninə hörmət qoyurlar. Bəs gündəlik həyatda qadını müdafiə edirlər? Absurd yanaşma idi. Xalq, millət olaraq həmin heykələ olan münasibətin kökündə nə dayandığını, nəyə görə belə kəskin reaksiya verildiyini anlamadım. Qadınlar da kişilərə qoşulmuşdu. Niyə belə aqressiya ilə yanaşdılar? Şəxsən mən hesab etmirəm ki, o bədənin mənə dəxli var, sadəcə, olaraq heykəldir, əsərdir”. 

Aytəkin Qardaşova 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://pravda.az
archiveBu xəbər 11 Noyabr 2024 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bizə “avtobus müxalifəti” deyənlər bir həqiqəti qulaqlarına sırğa etsinlər ki...”

08 İyun 2025 19:43see138

Rostov vilayətində miqrantlar rus təqaüdçüyə hücum edib..?

09 İyun 2025 19:07see123

Levan Davitaşvili: Tbilisi Quru Limanı Orta Dəhlizin inkişafında mühüm rol oynayacaq

08 İyun 2025 20:50see122

Kim deyər ki, 78 yaşı var? Video

08 İyun 2025 23:30see121

Moskvada anbar kompleksində baş verən yanğın nəticəsində iki nəfər ölüb

08 İyun 2025 22:34see121

Yadplanetlilərə meydan oxuyan media əhlimiz…

10 İyun 2025 00:13see120

Vens artıq Maskı tənqid etməyəcək Tramp YASAQLADI

08 İyun 2025 19:39see119

Ağstafada qardaş qardaşın qanını tökdü

09 İyun 2025 05:26see118

Dünyanın ən uzun balığı hansıdır?

09 İyun 2025 02:33see118

Ayxan Abbasov: “Gələcəyə nikbin baxırıq”

08 İyun 2025 22:34see118

Bu vitamin xərçəngi 10 günə öldürür

09 İyun 2025 02:04see117

Qyokereşdən 35 milyon maaşa imtina

10 İyun 2025 00:37see117

Almaniya Fransa matçının ən yaxşı oyunçusu bilindi

08 İyun 2025 20:25see117

Bu nəhəng ölkə husilərə kömək edir: ABŞ yə hücum

09 İyun 2025 03:31see117

Davit Volkovlu Gürcüstan millisi son 4 oyunda üç qələbə və bir heç heçə

08 İyun 2025 22:57see117

Yeniyetmə fortepianoçumuz Londonda beynəlxalq müsabiqənin qalibi OLDU

08 İyun 2025 23:49see117

Bakı şəhəri üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

09 İyun 2025 15:24see116

Ukrayna üçün şad xəbər Rəsmən elan edildi

09 İyun 2025 01:27see115

“Pul var, sülh yoxdur!” Cey Di Vensdən sabiq prezidentə tənqid

09 İyun 2025 00:01see112

Rusiya aprel ayında Türkiyədən balıq idxalını artırıb...

09 İyun 2025 21:46see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri