Icma.az
close
up
RU
Menu

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

“Nəsibə Zeynalova gələndə küncə sıxılırdım” FOTO

“Nəsibə Zeynalova gələndə küncə sıxılırdım” FOTO

Milli.az saytına istinadən Icma.az xəbər verir.

O, həyatda heç birinə nail ola bilməsə də, səhnədə gözəl ana, nənə, xoşbəxt həyat yoldaşı obrazlarını yaradıb. Bütün ömrünü sənətinə, səhnəyə bağlayıb, saysız-hesabsız tamaşalarda oynayıb, seriallarda çəkilib.

Milli.Az bildirir ki, Lent.az-ın müsahibi rəngarəng obrazları ilə tamaşaçı sevgisi qazanmış Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aktrisası Gülcahan Salamovadır. 

- Gülcahan xanım, çox az müsahibə verirsiniz. Canlı verilişlərdə görmürük sizi. Yazanda cavab verdiniz ki, tanımadığınız nömrələri açmırsınız. Niyə qaçırsınız?

- Hə. Bir də görürsən zənglər gəlir tanımadığım adamlardan. Sevmirəm belə şeyləri. Mediadan isə qaçmıram, sadəcə danışmağı sevmirəm. Susmağa üstünlük vermişəm (düşünür). Amma, axır vaxtlar görürəm susmaq qızıl deyilmiş, ağlamayana süd vermirlərmiş.
- Aktrisa Gülcahan xanımı bir neçə cümlədə oxucularımıza necə təqdim edək?

- 1963-cü ildə Bakıda doğulmuşam. 1988-ci ildə ali məktəbi bitirən gündən bu teatrda işləyirəm. 36 ildir burdayam.

- 36 illik əməyin qiymətini almısınız?

- İndiki vəziyyətə baxılarsa, yox. Gözləyirəm. Qismət Allahdan. 10 ildən çox baş rollarda oynamışam. Arada 4 il  Afaq xanımın "Bəşir" teatrında işlədim, amma burdan da qopmamışdıq, teatrların çətin günləri idi onda. 

Afaq xanımın yaratdığı "Bəşir" teatrı ilə çox qastrollarımız olub, rayon-rayon gəzirdik, mədəniyyət evləri ağzına qədər dolu olurdu, insanlar ayaq üstə dayanıb izləyirdilər hətta. Hər buraxılış efirə verilirdi, insanlar sevərək tamaşa edirdilər. Çox populyarlaşmışdıq.

- Niyə fəaliyyəti dayandı bəs?

- Niyəsini deyə bilmərəm. Hər bir halda dövlət teatrı dövlət teatrıdır da, yenidən qayıtdıq bura.

- Həmişə xarakterik rollarda oynamısınız ?

- Yox baş rollarım çox olub. Teatra gələndən elə "qeroinya"ları oynayırdım. Sonra keçdim xarakterik rollara. Əslində elə tamaşalar var ki, orada hamı baş qəhrəmandır.  "Molla Nəsrəddinin 5 arvadı" tamaşasında hamı baş rol sayılır. "5 manatlıq gəlin", "Adamın adamı"... Bu tamaşalarda hamısı əsas roldur.  Rolun böyüyü kiçiyi yoxdur. Əsas odur sevə-sevə oyna. Heç vaxt rola başdansovdu yanaşmamışam.

- Heç yorulmursuz?

- İllər məni yorub, həm də çox yorub. Amma bunu tamaşaya sızdırmamalıyam. Tamaşaçının nə günahı var? 

- Nələr yorub sizi?

- Bəlkə yaşım. Bəlkə qiymətimin verilməməsi. İnsana əməyinin qiymətləndirilməsi stimul verir.

-  36 illik əmək və siz heç bir fəxri ad almamıısınız.

Deyəsən bu yerdə özüm də istəmədən  Gülcahan xanımın yaralı yerinə toxunuram.. Gözləri dolur.

- Birdən efirə dəvət edirlər deyirlər sizi Xalq artisti, yoxsa Əməkdar artist kimi təqdim edək. Deyirəm heç birindən deyiləm. Utanıram bir az. Bilirsinizmi, bu adamı sındırır, çox sındırır (kövrəlir). O ad olsa da, olmasa da işimi görürəm. Amma o əməyimin bəhrəsidir. Nəticədir, sənətimə verilən qiymətdir. Deyirlər ad dalınca qaçma. Mən qaçmıram. Heç vaxt heç kimin qapısını döyməmişəm. Amma boşa gedən illər var. Ad önəmlidir. Adı olanlarla olmayanlar arasında ayrıseçkilik edilir. İnsan qırılır. 

- Amma insanlar  sizi sevir.

- Onu bilirəm. Xalqım məni sevir. Gözəl insanlar yanaşır diqqət göstərir bu çox xoş olur. Amma yenə də içimdə bir qırıqlıq qalır. 

- Bildiyimə görə, bu teatrda böyük aktyorların xüsusi  yazılmamış qaydaları olub bir zamanlar. Yaşlı, tanınmış aktyorlarla gənclər arasında subardinasiya qorunurmuş. Hətta tanınmış aktyor özü icazə verməsə, gənc ona yaxınlaşa bilməzmiş...

- Bəli olub. Özüm şahidəm. Mən dəhlizin bu başında görəndə ki, Nəsibə Zeynalova gəlir, divara sıxılırdım ki, o keçsin. Sonra yoluma davam edirdim.

- Bu qorxu idi, ya hörmət?

- Hörmət. Hörmət qorxu deyil. Səhnədə onunla oynamaq məsuliyyət idi. Çəkinirdim. Təzə gəlmişdim teatra, 15 gün məşqdən sonra ilk rolum onunla "Qızıl toy" tamaşasında oldu. Əsas rolları oynayırdıq, tərəf müqabilim idi. Görürdü çox çəkinirəm, deyirdi "qızım, narahat olma, çaşsan da, mən kömək edəcəm, səni oynadacam. İllərin sənətkarıydı, görürdü həyəcanımı.

- İndi gənclər sizə eyni bu münasibəti göstərir?

- Hər gənc eyni deyil. Heç nə deməyim bu barədə. Eləsi də var, beləsi də var. Söz eşitməyib, özünü müştəbeh aparan adama heç nə demirəm.

- Kaprizləriniz var?

- Var.

- Nədir o kaprizlər?

- Hansını deyim. Çoxdur. Bilirəm ki, kaprizli adamam. Əslində tələbim olur ki, işimizi düzgün quraq. 

- Küsənsiniz?

- Olur.

- Səhnədə küsdüyünüz adamla oynamaq asandı? Olub belə hal?

- Olub. Bir neçə dəfə səhnəni bölüşmüşük. Tamaşaçıya hiss etdirməmişəm. Tamaşa bitib, yenə hər şey əvvəlki kimi qalır. Mən sözü adamın üzünə deyirəm. Bu da hər kəsin xoşuna gəlmir. Küsür inciyir, su içsin.

- Doğru deyəni 9 köydən qovarlar deyirlər. Dostunuz qalıb?

- Mən bilirəm ki, haqlıyam, günah ondadı, küsməsin. Dost çox məsuliyyətli, müqəddəs sözdür. Yox mənim dostum yoxdur. Bölüşdüyüm insanlar var. Dost anadır, bacıdır, onları da itirmişəm. 

- Tək yaşayırsınız?

- Bəli

-  Bildiyimə görə heç vaxt ailə qurmamsısınız. Gözəl, ağıllı xanımsınız. Kimsə ürəyinizi oğurlaya bilmədi, çox seçici davrandınız? 

- Əvvəllər hə seçici idim. Sonralar istədim alınmadı. Qarşıma mənə bab adam çıxmadı. "Mən - mən" demirəm, sadəcə özümə uyğun insan görmədim. Ona görə dedim qoy elə belə olsun. Qismət beləymiş.

-  Peşmansınız?

- Peşmanam - gəncliyimdəki illərimi qaytarsaydılar başqa cür olardı. Sənət baxımından demirəm, yenə bu sənəti, səhnəni seçərdim. Amma ailə qurardım bəlkə də. Mən həm sənətə qurban verdim illərimi, həm də şəxsi həyatımı kimlər üçünsə yaşadım. Beşinci kursda oxuyanda anam rəhmətə  getdi. 12 il atamın qayğısını çəkdim. Bütün fikrimi ona verdim. Bacım da pandemiyada vəfat etdi. Qaldım tamam tək.

- Rollara görə hansısa yasaqlarınız, qadağalarınız var?

- Rollarım övladlarımdır. Nə rol alsam qane edir. Amma potensialıma uyğundursa oynayıram. 60 yaşım  var. Cavan qız rolu mənə uymaz.

- Sizin "Niyə" serialında oynadığınız ana obrazı çox fərqli, rəngli bir tipajdır. Gözlənilməz və maraqlı. Hətta rolda işlətdiyiniz ifadələr el dilinə düşüb.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:224
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 03 Dekabr 2024 22:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see341

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see321

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see285

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see284

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see283

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see278

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see271

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see262

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see262

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see258

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see245

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see244

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see241

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see230

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see226

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see225

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see224

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see221

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see218

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri