Icma.az
close
up
RU
“Məhşər günü”nün 48 “qəhrəmanı”: Ramiz Mehdiyevin gizli “silahdaşları” kimlərdir?

“Məhşər günü”nün 48 “qəhrəmanı”: Ramiz Mehdiyevin gizli “silahdaşları” kimlərdir?

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

“Ramiz Mehdiyev işi” üzrə mediada yer alan məlumatlarda sabiq Administrasiya rəhbərinin 50 nəfərlik komandaya malik olduğu, hakimiyyəti məhz bu şəxslərin dəstəyi və iştirakı ilə devirəcəyi, həmin şəxslərə hökumətdə mühüm postlar verəcəyi ilə bağlı məlumatlar yer alıb.

Hələlik media və sosial mediada 50 nəfərlik komandanın 2 təmsilçisinin – AXCP sədri Əli Kərimli və Milli Şura üzvü Gültəkin Hacıbəylinin adı çəkilsə də, digər 48 nəfərin kimliyi ilə bağlı heç bir informasiya yoxdur. Hansı ki, bu 48 nəfərin kimliyi yuxarıda adı çəkilən iki şəxsdən daha çox önəm kəsb edir. Çünki hər iki müxalifət təmsilçisi nə maliyyə, nə də nüfuz baxımından ciddi bir gücə malik deyil və onların hakimiyyət çevrilişi zamanı hansısa kütləni arxasınca aparmaq potensialı yoxdur. Halbuki dövlət çevrilişi, hakimiyyətin zorla ələ keçiriməsi həm maddi, sosial baza baxımından ciddi resurs tələb edir. Bu isə o deməkdir ki, Ramiz Mehdiyevin həyata keçirməyə çalışdığı hakimiyyət çevrilişinin “maliyyə və nüfuz yükü” komandanın digər 48 üzvlərindən kimlərinsə üzərinə düşməli imiş. Görünür Ramiz Mehdiyev müxalifət təmsilçilərinin adını siyahıya xaricdəki bəzi anti-Azərbayan dairələrin rəğbətini qazanmaq, “yeni hökumətdə” iqtdiarlı-müxalifətli bütün qütblərin nümayəndələrinin təmsil olunduğu görüntüsünü yaratmaq üçün daxil edib.

Bəs Ramiz Mehdiyevin müəllifi olduğu “Dövlət Şurası”nda təmsil olunan və bu missiyanı yerinə yetirmək üçün nəzərdə tutulan şəxslər kimlərdir?

Bu suala aydınlıq gətirmək üçün bəzi faktlara diqqət yetirməkdə fayda var.

Sabiq və mövcud məmurların sintezindən formalaşan anti-milli komanda...

“Dövlət Şurası”nda kimlərin yer aldığı rəsmən elan edilməsə də, Ramiz Mehdiyevin formalaşdırdığı bu anti-milli komandada sabiq və hazırkı məmurlardan bəzilərinin yer alması ehtimalı böyükdür. Çünki məhz bu şəxslər Ramiz Mehdiyevin gözləntilərini doğrulda, öz iddialarını, vəzifə hərisliklərini sabiq Administrasiya rəhbərinin planı fonunda reallaşdırmağa ümid edə bilərdi. O da məlumdur ki, hakimiyyət çevrilişi üçün gərəkli olan resurslar – maddi təminat, məhdud da olsa bəlli bir çevrə və müəyyən nüfuz məhz bu şəxslərdə mövcuddur. Bu isə o deməkdir ki, Ramiz Mehdiyev və onun komandası üçün qurulacaq “məhşər günü”nün 48 “qəhrəmanı”nı sabiq və hazırkı məmurlar arasında axtarmaq daha məntiqlidir.

Vətənin çörəyini yeyib Rusiyaya pərəstiş edənlər...

“Dövlət Şurası”nda təmsil olunanların dairəsini bir qədər də daraltmaq üçün daha bir fakta diqqət çəkməkdə fayda var. Bu da Ramiz Mehdyev komandasında yer alacaq şəxslərin Rusiyaya, Rusiyann isə bu şəxslərə münasibətinin kifayət qədər loyal olması gerçəyidir.

Aydındır ki, öz məkirli məqsədini həyata keçirmək üçün Rusiyadan dəstək almağa çalışan Ramiz Mehdiyev, Kremlə təqdim etdiyi siyahıya Rusiyada narazılıq doğuracağı hər hansı bir şəxsin adını daxil edə bilməzdi. Bu, onun gerçəkləşdirmək istədiyi planın bəribaşdan iflası demək olardı. Buna görə də Ramiz Mehdiyevin tərtib etdiyi siyahıda Rusiyaya açıq və ya gizli şəkildə pərəstiş edən, ən azından rəsmi Moskvaya hər hansı tənqidi münasibət bəsləməyən şəxslərin adının yer aldığı birmənalıdır.

Şübhəsiz, DTX-da aparılan istintaq işinin gedişatında “Dövlət Şurası” adlı oyuncaq qurumda təmsil olunanlrın kimliyi son nəfərinə qədər müəyyənləşdiriləcək, həmin şəxslərin məsuliyyətə cəlb edilməsi təmin olunacaq.  Bu şəxslər hüquqi müstəvidə layiq olduqları cəzanı almaqla yanaşı, xalqımızın yaddaşında, milli tariximizdə şəxsi ambisiyalarını milli mənafedən üstün tutan xəyanətkarlar kimi qalacaq, onlardan hər zaman ikrah və nifrət hissi ilə bəhs olunacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 Dekabr 2025 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri