Icma.az
close
up
RU
“Sərhəd yürüşü”nün qəhrəmanı

“Sərhəd yürüşü”nün qəhrəmanı

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2020-ci il Vətən müharibəsində qazandığımız Zəfərin 5 ili tamam olur. 5 ildir ki, Azərbaycanın tam bərpa olunmuş sərhədlərində Dövlət bayrağımız dalğalanır.

Böyük Qələbəmizdə Dövlət Sərhəd Xidmətinin rolu müstəsna əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan sərhədçisi əzəli torpaqlarımız olan Qarabağda və Şərqi Zəngəzurda fəxarətlə xidmət edirlər. Müsahibimiz Dövlət Sərhəd Xidməti Çevik Hərəkət Qüvvələrinin Komandanı, Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Babək Ələkbərovdur. 

– Cənab general, layihəmizin məramına uyğun olaraq Vətən Müharibəsi Qəhrəmanları haqqında oxuculara ətraflı məlumat veririk. Gəlin ömür yolunuza nəzər salaq.

– 1987-ci il dekabrın 24-də Abşeron rayonunun Ceyranbatan qəsəbəsində doğulmuşam.Valideynlərim əslən Qərbi Azərbaycandandırlar. Ermənilərin törətdiyi qanlı qırğınlar bizim ailəmizi, el-obamızı yaşadığımız torpaqlardan didərgin salıb. Atam Mürsəl Ələkbərov Ermənistanın Hamamlı rayonunun Saral, anam isə Kalinino rayonunun Molla Eyyublu kəndindəndirlər. Uşaqlığım Vətən həsrətli valideynlərimin, qohumlarımın yurd nisgilli söhbətlərini dinləməklə, bir gün qisas gününün olacağına inamımı yaşatmaqla keçib. 

Zaman öz işini gördü və o gün yetişdi. Qəti qərarımı verdim ki, mən peşəkar hərbçi olmalıyam. Beləliklə, 2003-2006-cı illərdə Cəmşid Naxçıvanski adına Hərbi liseydə təhsil aldım. Bu hərbi məktəbin bünövrəsini ümummilli lider Heydər Əliyev qoyub. Azərbayan Ordusunun peşəkar zabit heyətinin formalaşmasında bu liseyin əvəzsiz rolu var. Mən fəxr edirəm ki, hərbçi peşəsinə yiyələnməyim bu müqəddəs təhsil ocağından başlanıb. 

2006-2010-cu illərdə isə MTN-nin Heydər Əliyev adına Akademiyasının Sərhəd Qoşunları fakültəsində təhsil aldım, “leytenant” rütbəsi ilə Sərhəd Qoşunlarının Çevik Hərəkət Qüvvələrində xidmət etməyə başladım. Təlimlərdə hərb sənətinin incəliklərini öyrəndim. Peşəkar döyüş qabiliyyətinə yiyələndim, istehkamçı vəzifəsində tam olaraq mütəxəssis kimi yetişdim, snayperçi kimi bütün bilikləri və təcrübəni qazandım. Bilirdim ki, bu Vətən, bu Torpaq qarşısında bir gün böyük imtahan verməliyik və belə də oldu.

– 2020-ci ilin 27 sentyabr səhərini necə açdınız?

– Həmin gün düşmənin irimiqyaslı hücumuna cavab olaraq Ali Baş Komandan İlham Əliyevin əmri ilə biz də döyüşlərə qatıldıq. O zaman Daşkəsən istiqamətində təlimlərdə idik. İşğaldan azad olunmuş Lələtəpə istiqamətindən döyüşə atıldıq və 2 hissəyə bölündük. Bölmələrimiz Azərbaycanın Xüsusi Təyinatlıları ilə birgə Hadrut- Şuşa istiqamətində irəliləyirdi. Digər bölmələrimiz isə Arazboyu istiqamətində döyüş tapşırığını yerinə yetirirdi.

Siz Arazboyu istiqamətlərdə: Xudafərində, Zəngilanda və Laçında Həkəri çayı üzərindəki körpüdə ərazilərimizin azad olunması ilə əlaqədar Ali Baş Komandana 3 dəfə məruzə etmisiniz.

Xudafərin istiqamətində qarşımıza qoyulan əsas vəzifə həmin istiqamətdəki yüksəkliyi götürmək idi. Həmin əməliyyatı 11 kilometr yarım yolu düşmən arxasına sızaraq həyata keçirdik.Təxminən, 8-9 saat ərzində yüksəkliyi ələ keçirdik. Düşmənin canlı qüvvəsini məhv etdik. Hər addımımız dəqiqliklə hesablanmışdı. Sərhədçilərimiz uğurlu əməliyyatlardan ruhlanaraq irəliyə gedirdilər. Belə bir məqamda yuxarı rəhbərlikdən əmr aldım ki, Xudafərin körpüsünün azad olunması ilə bağlı məruzə etməliyəm. Çox həyəcanlı idim, Qələbə sevincini yaşayırdım. Həm də Xudafərində Qələbə xəbərini Ali Baş Komandana məruzə etmək mənə qismət olmuşdu.

Zəfər yollarında məğlubedilməzliklə irəli gedirdik. Hamımız Azərbaycan Bayrağını ürəyimiz üstündə gəzdirirdik. 105 km Zəngilan istiqamətində sürətlə irəli getdik və rayonu işğaldan azad etdik. Qələbə xəbərini məruzə etmək bu dəfə də mənə nəsib oldu. 

Bəli, döyüşlər uğurla keçdi. Canımızı ağrıdan isə səngər yoldaşlarımızın bu müqəddəs yolda həlak olması idi. Müharibə qan- qadasız mümkün deyil. 

Siz komandir kimi hər bir döyüşçü üçün məsuliyyət daşıyırsınız, şəhid vermək isə dəhşətdir. 

 – Komandir ən soyuqqanlı insan olmalıdır. Bütün döyüşçülər mənim üçün ən əziz, qiymətli insan idilər, bircə anlıq zəiflik göstərmyimiz, hissə qapanmağımız düşmənə fürsət verərdi. Yaralıların döyüş mövqeyindən çıxarılmasında səhvə yol verə bilməzdik. Savaş ağrılarına, itkilərə psixoloji cəhətdən hazır idik. Torpaqları azad etdikcə, sanki, yaralarımıza məlhəm qoyurduq. Döyüşə girərkən demişdik: Biz ölmək üçün yox, öldürmək üçün döyüşürük. Sözümüzə qanımızla, canımızla imza qoyduq. İmzamız şərəfimizdir! 

Əməliyyatların birində susuz qaldıq, hətta ölümcül vəziyyətə düşdük. Fikirləşdim ki, mən artıq ölə bilərəm. O andaca ürəyimdə özümlə danışmağa başladım ki, kaş mən burada yox, döyüş meydanında şəhid olaydım. 

Müharibə meydanının imtahanları qarşısında tablaşmaq hər ordunun gücü deyil. Elə buna görə də Azərbaycan Ordusu məğlubedilməzlik zirvəsini fəth etdi. 

 Zəngilanın işgaldan azad olunmasında itkilərimiz ağır oldu. Azğınlaşmış düşmən yenidən iki əks istiqamətdən hücuma keçdi. Xüsusilə, Bartaz yüksəkliyinin azad edilməsi zamanı düşmənin “SU-25” hərbi təyyarəsi məhv edildi. Bu döyüşlər zamanı “Harop” və “Bayraktar-TB2” PUA-larının birgə döyüşü üzrə nadir təcrübə formalaşdı. Döyüşçülərimiz qəhrəmanlıqla döyüşərək bütün təyin olunmuş mövqelərimizi əllərində saxladılar. Ermənistanla dövlət sərhədində Bartaz və Şükürataz strateji yüksəkliklərinin azad edilməsi sərhədçilərimizin qəhrəmanlıq və igidlik nümunəsidir. Əlbəttə ki, canları bahasına...

Müsahibim kövrəldiyinə görə susdu, qəhərləndi. Sonra sükuta özü nöqtə qoydu. 

– Müharibənin yazılmamış qanunları var, şəhidlərimiz üçün yansaq da, düşməndən qisasımızı aldıq, bayrağımızı doğma torpaqlarımıza sancdıq. Hər birimiz 30 ilə yaxın həsrətini çəkdiyimiz nisgilli yurdlarımıza dedik: Biz qayıtmışıq, Vətən! 

– Həkəri körpüsündə Azərbaycan Bayrağını siz qaldırmısınız... 

Həkəri çayının üstündəki körpüdə sərhədin tam bağlanması əməliyyatını da böyük ruh yüksəkliyi ilə yerinə yetirdik. Bir güllə atılmadan belə cəsur sərhədçilərimiz bu planı həyata keçirdilər. Bu əməliyyat Qarabağın açarı idi. Artıq arxa tərəfdən qapı bağlandı. 

– Ermənistanla sərhədə çıxmağınız ikiqat önəmli qələbə idi. 

– Bəli, artıq Qarabağın açar-kilidi əlimizdə idi. Bununla da “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması ölkəmizin suverenliyini, sərhəd bütövlüyünü təsdiq etdi. Ermənistanın Qarabağ ərazisində olan qeyri-qanuni hərbi birləşmələrinin mina, hərbi texnika və silah-sursatla təmin edilməsinə son qoyuldu. Bu tarixi hadisəyə ən layiqli dəyəri Müzəffər Ali Baş Komandan İlham Əliyev verdi. 2023-cü il avqust ayının 26-da “Laçın Şəhəri Günü” bayram tədbirində Prezident İlham Əliyev bəyan etdi: “Bir daha iradə, cəsarət, öz gücünə əminlik nümayiş etdirərək biz bunu etdik. Nə qədər bizə təzyiqlər oldu, nə qədər hədə-qorxular oldu. Bu gün də davam edir, bu gün də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində Ermənistan və onun arxasında dayananlar bizə qarşı müxtəlif fitnələr ortaya atırlar. Heç bir şey bizi yolumuzdan döndərə bilməz. 23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir. Sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir və bunu biz beynəlxalq hüquq çərçivəsində etdik, biz öz ərazimizi qoruyuruq, öz sərhədlərimizi qoruyuruq və qoruyacağıq.”

Vətən müharibəsində Dövlət Sərhəd Xidmətinin 47 hərbi qulluqçusu şəhid olub, 197 nəfər yaralanıb. Döyüş əməliyyatları zamanı sonsuz rəşadət və şəxsi igidlik nümunələri göstərmiş 12 Azərbaycan sərhədçisi (onlardan 4 nəfər ölümündən sonra) “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb, 176 nəfər müxtəlif ordenlərlə, 5203 nəfər isə digər döyüş medalları ilə təltif olunub.

– 5 ildən sonra Zəfər yolumuz sizə necə görünür?

Gücümüz birə-beş artıb. Komandanlıq etdiyim Çevik Hərəkət Qüvvələrində zabit-gizir heyətini demirəm, əsgərlərimiz “Zəfər əsgəri” adı altında yetişdirilir. Müddətli hərbi xidmət etmələrinə baxmayaraq onlar bir döyüşçü kimi hazırlanırlar. Mənim nəzərimdə komandirin hər bir addımı onların baxışları zəminində tənzimlənməlidir ki, sən ədalətli qərarlar qəbul edəsən.Vətənpərvər, intizamlı heyətin formalaşdırılması, yetişdirilməsi üçün bu çox vacibdir. Əsgərimizin gözü ilə baxmaq üçün onu ali səviyyədə dəyərləndirməlisən.

– Müharibənin bitməsini necə xatırlayırsınız?

– Noyabrın 8-də Azərbaycan-Ermənistan-İran sərhədində yüksəkliyi azad edirdik. Döyüş gedə-gedə telefon xəttində Şuşanın azad olunmasını eşitdim. Biz isə Arazboyu istiqamətindəki yüksəklikdə Zəfərə imza atırdıq. Bartaz, Şükürataz, Qızıldaş yüksəklikləri Vətən müharibəsində döyüşərək götürdüyümüz ərazilərdir. Allah Şəhidlərimizə rəhmət eləsin! 

 Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli sərəncamına əsasən “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görüldüyümə görə Ali Baş Komandana dərin təşəkkürümü bildirirəm. Biz bu Vətənin, Torpağın əsgərləriyik.

Söhbəti qələmə aldı: 
Kəmalə ABDİNOVA
XQ 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 İyul 2025 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see384

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see357

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see353

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see318

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see314

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see303

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see243

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see229

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see220

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see219

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see211

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see209

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see206

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see204

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see203

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see193

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see192

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see188

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see186

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri