Icma.az
close
up
RU
Menu

ABB də pulu qalan müştərinin üsyanı

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Yenidən məhkəmədə üz üzə gələcəklər

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Xocalıda məhşər gecəsi

Xocalıda məhşər gecəsi

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rus zabiti V.Savelyevin BMT-yə məxfi arayışı şahidlik edir

Vətənsiz və xəyanətkar erməni toplumunun türk soyuna, xüsusən, azərbaycanlılara qarşı niftət və ədavətini dünyanın xaç mərkəzləri, bölücü din qardaşları zaman-zaman qızışdırmış, himayə etmişlər.

XIX əsrin əvvəllərində Azərbaycanın quzeyini işğal etmiş çar Rusiyasının Osmanlı və Qacarlar dövlətlərindən Qafqaza köçürdükləri ermənilər sonrakı dövrdə xalqımıza qarşı soyqırımı və deportasiyalar törətməklə öz ağalarının əlində alətə çevrilmişlər. Qərb imperializmindən də dəstək alan gəlmə ermənilər XX əsrin əvvəllərində bolşevik Rusiyasının məkrli siyasəti nəticəsində Qərbi Azərbaycanda oyuncaq erməni dövləti qurmaq şansı qazanmışlar.

Bununla kifayətlənməyən erməni millətçiləri Azərbaycanın mərkəzi vilayəti Qarabağı 2 yerə bölərək milli muxtariyyət də əldə etmişlər. Onlara daxili idarə muxtariyyəti verilməsi ilə razılaşmayan erməni sparatçıları dəfələrlə tarixi Azərbaycan torpağını Ermənistana birləşdirməyə cəhd göstərmişlər.

Qan üzərində qurulmuş, Azərbaycan torpaqlarında zorakılıqla erməni dövləti qurmuş kommunist rejimi süqut etməyə üz qoyanda Qərb imperializmi və imperiya xislətini qoruyub saxlamış SSRİ varisi olan Rusiya Azərbaycana yeni təsir imkanları əldə etmək üçün erməni millətçilərinin Qarabağ separatizminə meydan açmış, onları bütün vasitələrlə himayə etmişdir. Bu gün XX əsrin ən dəhşətli soyqırımı kimi 33-cü ildönümü tamam olan Xocalı qətliamı da məhz bu siyasətin nəticəsində baş vermişdir.

Xocalıda kütləvi insan qırğınında Xankəndidəki 366-cı sovet-rus alayının hərbi texnikasının və zabitlərinin geniş iştirakı qırğının miqyasının qat-qat dəhşətli olmasına imkan yaratmışdır. Bu o hərbi hissə idi ki, çarizm Qarabağ xanlığını ilhaq edəndən sonra burada rus ağalığını bərqərar etmək və bu feodal dövlətini işğal altında saxalamaq üçün xanın mülkü olan Xankədidə yerləşdirilmişdi. Bu qarnizonun rəisi mayor Dmitri Lisaneviç çox keçmədən – 1806-cı ilin 12 iyununda Qarabağ hökmdarı İbrahim xanı və ailəsini ermənilərin fitnəsi ilə məhv etmişdi.

Üstündən 186 il keçmiş təbiətini dəyişməyən rus imperializminin qanlı alayı 10 minlik Xocalı şəhərinin yer üzündən silinməsinin, əhalisinin kütləvi surətdə gülləbaran edilməsinin hərbi-texniki icraçısı oldu. Bütün bunları həmin vaxt hərbi hissənin kəşfiyyatı zabiti olmuş polkovnik Vladimir Savelyevin oyanmış hərbçi vicdanı ilə Birləşmiş Millətlər Təşkilatına göndərdiyi məxvi arayış təkzibolunmaz şəkildə və təfərrüatı ilə sübut edir.

Xocalı soyqırımının hazırlanması və qəddarlıqla gerçəkləşdirilməsinə şahidlik etmiş rus zabitinin toplayıb qeydə aldığı tükürpədici məlumat hər il qətliamın ildönümündə iri planda gündəmə gəlir. Həmin arayış dinc insanların ağır texnika ilə məhv edilməsinin, erməni qaniçənliyinin mənzərəsini və miqyasını canlandırmaqla yanaşı, kimin hansı cinayətin sahibi olduğunu da nişan verir.

Vladimir Savelyev sovet zamanında Dağlıq Qarabağda yerləşmiş və SSRİ-nin süqutundan sonra nəzarətsiz qalıb Ermənistanın əlinə keçmiş 366-cı alaydakı 2270 nömrəli hərbi hissənin əks-kəşfiyyat şöbəsinin rəisi olmuşdu. Xocalı faciəsinin ilk məlumatlarını toplayan, hadisələrin şahidi olan polkovnik 1992-ci il noyabr ayının 26-da, 1994-cü il mart ayının 19-da, 1998-ci il avqust ayının 22-də və nəhayət, 2000-ci ilin iyul və dekabr aylarında BMT-yə, Avropa Şurasına Xocalıda baş verən hərbi cinayətlər barədə “Məxfi arayış”ını təqdim etmişdir. O, son arayışlarını “Zabit Puqaçov” imzası ilə göndərmişdir. Həmin arayış və erməni mənbələrinin etirafları Xocalı soyqırımının bir sıra gizlinlərinə dünya miqyasında aydınlıq gətirmişdir.

Polkovnik erməni terror təşkilatları ilə sovet ordusundan qalma qoşun birləşmələrinin Dağlıq Qarabağda keçirdikləri hərbi əməliyyatları izləyərək fakt və sənədlərdə, “agentura” yolu ilə əldə etdiyi informasiyalarda bütün olub-keçənlərin şərhini verərək etiraf etmişdir:

– Mən bütün bunları yazmaya bilmərəm. Hər şey gözlərim önündə baş verib. İnsanların, uşaq və qadınların, hamilə gəlinlərin güllədən keçmiş bədənlərini unuda bilmirəm. Qoy azərbaycanlılar məni bağışlasınlar ki, bütün bu qanlı və amansız sonluğu olan hadisələrdə əlimdən heç nə gəlmədi. Təkcə on doqquz səhifəlik məxfi arayışı həm Kremlə, həm də Müdafiə Nazirliyinə, Baş Kəşfiyyat İdarəsinin generallarına göndərdim. Oxuyun! – dedim. Biz rusların zabit şərəfi görün necə ləkələndi!

Mən Bakıdakı hadisələri də izləyirdim. Hiss olunurdu ki, Prezident Ayaz Niyazoviçi aldadıb tora salıblar. O, kələfin ucunu itirmiş, hər şeyi nəzarətdən çıxarmış, qarşıdurmanın mərkəzində dayanmış, nüfuzunu itirmiş ali baş komandandır. Azərbaycan hərbi əks-kəşfiyyatına gəlincə belə bir qurum iflic olub. Aldığımız məlumata görə, bu qurumun əməkdaşları əsas məsələlərə girişə bilmirdilər. Prezident Xocalıda nəyin baş verməsini dərk etmirdi.

Azərbaycan Ordusunun Baş Qərargahında da hamı özünü qərargah rəisi kimi aparırdı. Dördüncü ümumordu qoşun birləşmələrində isə gərginlik genişlənirdi. Bu qoşun birləşmələrində hər şey Azərbaycan əleyhinə idi. Vəziyyət nəzarətdən çıxmışdı. Zabitlər başlarını itirmişdilər. Məlumat al-dıq ki, Azərbaycanda Prezident Aparatında və güc nazirliklərində ikitirəlik var. Məqsəd və fikirlər bir-birini tamamlamırdı. Hamı siyasi məqsədləri üçün “Müharibə kartından” yapışmışdı. Bu kartı paylayanlara gəlincə, onların bir qismi Azərbaycanın ali baş komandanının, bir qismi də müxalifətin və nəyə xidmət etdiklərini anlamayan savadsız və küt generalların yanını kəsdirmişdilər”.

Kəşfiyyat zabiti tarixi arayışında daha sonra bildirmişdir: “Əslində, millətlərarası münaqişəyə cəlb olunmuş 366-cı alay ətrafında həmin problemlər daha qabarıq nəzərə çarpır. Hərbi əməliyyatlarda alayın ermənilər tərəfinə keçib azərbaycanlıları qırması, hərbi texnika və silahları ermənilərə verməsi məsələsi artıq siyasi əhəmiyyət daşıyırdı”.

Polkovnik 1992-ci il aprel ayının 12-də Rusiya Müdafiə Nazirliyinə göndərdiyi məktubunda isə yazmışdır: “Öldürülmüş, məhv edilmiş adamların bir qisminin şəxsiyyətlərini təyin edən sənədlərdən 46-sını nömrələyib Azərbaycanın MN-nə, Prezident Aparatına göndərdim. Mənə cavab gəldi ki, biz həmin sənədləri araşdırırıq. Onda mən Tbilisidə idim və məktubu da oradan yola salmışdım. Amma dərk edə bilmirdim ki, Azərbaycan hərbi kəşfiyyatı nəyi araşdırır”.

Qarabağ münaqişəsi başlayanda 2 xalqı qarşı-qarşıya qoymuş erməni “millət qəhrəmanları” indi Xocalıda soyqırımına birbaşa rəhbərlik edirdilər. Savelyevin təbirincə desək onlar dərk etmirdilər ki, heç kəsin qanı yerdə qalmır. Edilən cinayətlər üçün, tökülən qanlar üçün cavabdehlik və məsuliyyət nə Vaşinqtonun, nə Londonun üstündə qalırdı. Bütün bu vəhşiliklərin cavabdehliyi İrəvanın üzərinə düşürdü. Bunu isə sadəcə, dərk etmək lazım idi. V.Savelyev isə bütün bunları görür və dərk edirdi.

Polkovnik V.Savelyev daha sonra bildirmişdir: “Xocalının işğalında, ölüm və kütləvi qırğın hadisələrində azərbaycanlı zabitləri də günahlandırıb ittiham edirəm. Bu necə Vətəndir? Bu necə ordudur? Bütün bunları anlaya bilmirəm. Bu oyunlara rus zabitlərini qoşmaqla onları alçaltdılar, şərəfinə lənət damğasını vurdular. Mən on addımlığımda güllə yarasından can verən səkkiz-doqquz yaşlı qızcığaza heç cür kömək əlimi uzada bilmədim. Allahın mənə lənət edəcəyi gündən qorxuram”.

Lənətlənmiş günlər isə bir-birini əvəz edirdi. Xocalı faciəsini “işıqlandırmaq” (ermənilər buna qəhrəmanlıq deyirlər) üçün Xankəndiyə dünyanın 32 ölkəsindən 47 nəfər erməni jurnalisti gəlmişdi. Onların bir qismi polkovnik Y.Zarviqarovun ayırdığı zirehli maşınların gözlüklərindən, qərargah mərkəzlərindən hadisələri izləyir, qeydlər götürür, bəziləri də operativ çəkilişlər aparırdı. Dağılmış, viranə qalmış yerləri dünyaya göstərir və acı bir təəssüflə qeyd edirdilər: guya, “Azərbaycanlılar günahsız erməniləri qırırlar”.

Beləliklə, fevral ayının 25-dən 26-sına keçən gecə Xocalı yandırıldı, işğal edildi. Qoşun isə sakitləşmək bilmirdi. Polkovnik V.Savelyev “Məxfi arayış”ında bu barədə qeyd etmişdir: “Üçüncü batalyon Xocalı işğal olunan gecə müharibə zonasından çıxarıldı, amma oranı tərk etmədi. 366-cı alay isə ərazidən çıxarılmadı. Ordu tərksilah olundu. Zabitlər satqınlıq etdilər. Silahlara gəlincə, işlənməmiş silahları ermənilər üçün ayırdılar. Qərara alındı ki, ermənilərdən bunun müqabilində pul və zinət şeyləri alınsın. “Böyük Ermənistan” adlı bədnam və rüsvayçı plan uğrunda vuruşanlara gəlincə, bu, hələlik açıq qalmış bir məsələdir”.

Həmin ərəfədə rus kəşfiyyatçısı V.Savelyev Azərbaycan hakimiyyətini təsvir edərək göstərmişdir: Xocalının işğalından sonra A.Mütəllibov hakimiyyəti öz yaşamaq hüququnu itirdi. Nazirlər isə Baş nazirin ətrafında dövlət daxilində dövlət yaratmışdılar. Alayın çıxarılmasında, hərbi sursatların ermənilərə verilməsində bilavasitə iştirak edənlərə baxın: general-polkovnik Qromov, general-leytenant Qrekov, general-leytenant Ohanyan, polkovnik Y.Zarviqarov, polkovnik O.Kraule, deputat İ.Andronov Dördüncü Ordu 23-cü motoatıcı diviziya nümayəndələrinin Xocalı əməliyyatında iştirak etmələri üçün şərait yaratmışdı. 23-cü motoatıcı diviziyanın komandan müavini A.Babukov və K.Yermolayev isə erməni yaraqlılarına verilmiş hərbi texnikanın geri qaytarılmasını tələb etmişdi. Onları isə kim idi eşidən?!”.

V.Savelyev bu məsələləri şərh edərək daha sonra qeyd etmişdir: “1992-ci ilin fevral ayının 23-də hərbi şəhərcik “Qrad” qurğularından atəşə tutulduqdan sonra polkovnik Y.Zarviqarov alayın daimi dislokasiya məntəqəsindən ehtiyat bölgəyə keçirilməsi haqqında qərar verib. Qərar isə erməni silahlı dəstələrinin heç bir müqaviməti olmadan həyata keçirilib. Dislokasiya yerinin dəyişdirilməsi heç də zərurətdən irəli gəlməyib. Bu zaman bir sıra bölmələrin döyüş texnikaları çıxarılmayıb. Həmin günlərdə Xankəndi şəhərinə gələn general-leytenant İ.Ohanyan (mayor Ohanyanla qarışdırmayın) təkid edib ki, artilleriya divizionu, zenit artilleriya divizionu, tank rotası texnikası saxlanılsın. Nəticədə, ermənilər heç bir maneə ilə rastlaşmadan 23 ədəd PDM, 3 ədəd ZSU-23- 4, 8 ədəd D-30 və xeyli digər döyüş texnikası ələ keçirdilər”.

V.Savelyev bütün bunları belə təsvir etmişdir: “Birinci batalyon ehtiyat bölgəyə keçirilən zaman polkovnik İvan Moiseyev texnikanı və şəxsi heyəti dağlar arasındakı Çapar dərəsində saxlayıb, gözləmə mövqeyi tutub. Sonra onun batalyonu Çixani yaşayış məntəqəsinə daxil olub. Ermənilərin mühasirəsinə düşüb. Nəticədə batalyon könüllü surətdə öz döyüş texnikasını ermənilər üçün qoyub. İvan Moiseyevə və şəxsi heyətə pul təklif edilərək, birlikdə vuruşmağa çağırılıblar”.

Xocalının ətraf yaşayış məntəqələrini də dağıdan, külünü göyə sovuran da elə İvan Moiseyevin batalyonu olub. Və bu batalyon da ermənilər arasında “İvanın vəhşi batalyonu” kimi tanınıb.Tədqiqat zamanı 02270 saylı hərbi hissənin əks-kəşfiyyatının materiallarından aydın olur ki, 366-cı alaydakı hərbi texnika və silahların 85 faizi ermənilərin əlinə keçmişdi. Üstəlik, Fransadan göndərilən 142 ədəd avtomat, 7 min 600 ədəd güllə, 460 ədəd bronejilet, 11 ton konservləşdirilmiş yemək, 1200 cüt ayaqqabı, 146 ədəd tapança ermənilərin istifadəsinə verilmişdi. Amerikada istehsal olunmuş 149 ədəd ratsiya da ermənilərə paylanılmışdı.

Sıravi əsgər Qriqori Voroşilovun məlumatına görə, Xocalı ilə bağlı ermənilərin ruslarla əlaqələrinə dair sənədlərin bir qismi 1992-ci il mart ayının 1-də Zaqafqaziya Hərbi Dairəsinin aviasiya komandanı general-mayor S.Lukaşovun əmrilə yandırılmışdır.

Rus zabitinin Xocalıda ləkələnmiş şərəfindən dərin narahatlıq və peşmançılıq keçirmiş polkovnik V.Savelyev arayışının sonunda aşağıdakıları qeyd etmişdir: “Ermənilər ruslara məxsus “02-19–MM” nömrəli “KamAZ”la ərazidəki azərbaycanlı meyitləri yığıb Xocalıda tonqal qurdular. İnsanın insana olan nifrəti burada həddini aşmışdı. Kim yaratmışdı bunu, dərk edə bilmirdim.

Mən sizə ermənilərə qoşularaq əsir alınmış azərbaycanlıları sıraya düzərək tək-tək məhv edən və bundan həzz alan rütbə sahiblərini tanıtmaq istəyirəm. O, 19 müxtəlif rütbəli erməni və rus zabitin adını yazıya əlavə edərək bildirir ki, əsas canilərin sırasında 41 nəfər milliyyətcə erməni olan kiçik rütbəli şəxslər də var idi”.

Vladimir Savelyevin — vicdanlı, səriştəli rus kəşfiyyatçısının “Məxfi arayışı” haqsızlıqlarla barışmayan bir zabitin acı etirafıdır. Bu arayış ermənilərin və onların havadarlarının Xocalıda planlı, düşünülmüş hərbi cinayətlər törətdiklərini dünyaya bəyan etmişdir.

Hazırladı:
T.RÜSTƏMLİ
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Fevral 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1445

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see714

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see503

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see488

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see477

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see456

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see419

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see405

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see355

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see327

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see309

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see305

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see304

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see295

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see293

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see280

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see280

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see280

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see278

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see255
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri