Icma.az
close
up
RU
Məhv olan binalar, ölən qocalar, boğulan azyaşlılar Bu il baş verən DƏHŞƏTLİ YANĞINLAR ARAŞDIRMA

Məhv olan binalar, ölən qocalar, boğulan azyaşlılar Bu il baş verən DƏHŞƏTLİ YANĞINLAR ARAŞDIRMA

Icma.az bildirir, Bizim media portalına istinadən.

Son illər dünyada, eləcə də Azərbaycanda baş verən yanğın hadisələri həm miqyası, həm də törətdiyi fəsadlarla diqqət mərkəzinə çevrilib. İqlim dəyişikliyi, quraqlıq, yüksək temperatur və insan səhlənkarlığı bu yanğınların əsas səbəblərindəndir. Nəticədə həm təbiətə, həm heyvanlara, həm də insanlara ciddi ziyan dəyir. Dünyanın müxtəlif bölgələrində baş verən bu yanğınlar narahatlıq yaradır və daha ciddi tədbirlərin görülməsini tələb edir.
Beynəlxalq Fövqəladə Halların Monitorinqi Mərkəzlərinin məlumatına görə, bu il dünya üzrə yanğın hadisələrinin sayı əvvəlki illərlə müqayisədə artıb.
Bizim.Media 2025-ci ildə baş verən dəhşətli yanğın hadisələrinin siyahısını təqdim edir:

Honkonq
Noyabrın 26-da Honkonqun Tai Po rayonunda yaşayış binalarını əhatə edən dəhşətli yanğın baş verib. Yanğın nəticəsində 55 nəfər həyatını itirib, 279 nəfər isə itkin düşüb. Ölü və itkinlərin sayının artacağı ehtimal olunur. Hazırda 800-dən çox yanğınsöndürən “Wang Fuk Court” yaşayış kompleksindəki yanğına müdaxilə edir.
İsrail

Bu il aprelin 30-da İsraildə Eştaol meşəsində güclü yanğınlar başlayıb.
Yanğının söndürülməsinə 50-yə yaxın yanğınsöndürmə briqadası, 10 yanğınsöndürən təyyarə və bir helikopter cəlb olunub. Bundan əlavə, yanğına nəzarət etmək üçün xarici ölkələrdən də kömək istənilib.
Hindistan

Mayın 18-də isə dəhşətli yanğın hadisəsi Hindistanın Heydərabad şəhərində yaşanıb. Bu
hadisədə 17 nəfər həyatını itirib. Hadisənin başvermə səbəbi qısqapanma olub. Məlumata əsasən, ölən 17 şəxsin hamısı tüstüdən zəhərlənib. Onların arasında çoxsaylı uşaqlar var.
ABŞ
15 iyul tarixində ABŞ-ın Massaçusets ştatının Fall River şəhərində yerləşən "Gabriel House" adlı qocalar evində yanğın olub. Hadisə nəticəsində 9 nəfər həlak olub, aralarında yanğınsöndürənlərin də olduğu azı 30 nəfər xəsarət alıb.
Kipr
23 iyulda Kiprin Limassol şəhərində meşə yanğını nəticəsində 110-dan çox ev yanıb. Yanğın yeddi memarlıq abidəsinə, o cümlədən ən qədim kilsələrə, orta əsrlərə aid körpüyə və su dəyirmanına ziyan vurub. Yanğın təxminən 125 kvadrat kilometr ərazini yandırıb.
Yunanıstan
27 iyulda Yunanıstan ərazisində 5 böyük meşə yanğını baş verib. Yanğın müddətində Yunanıstan 6 əlavə yanğınsöndürmə təyyarəsi üçün AB-nin Mülki Müdafiə Mexanizmindən rəsmi şəkildə yardım istəyib. Paytaxt Afinanın yerləşdiyi bölgə olan Attikada başlayan yanğın sürətlə Drozopigi, Kryoneri və Agios Stefanos ərazilərinə yayılaraq sakinləri qaçmağa məcbur edib.
Portuqaliya
15 avqustda Portuqaliyada ən böyük təbii fəlakətə çevirilən yanğın başlayıb. Ümumilikdə 64,451 hektar ərazini əhatə edən yanğınla mübarizəyə 1000-ə yaxın yanğınsöndürən səfərbər edilib.

Koimbra, Quarda və Kastelo Branko rayonlarının yeddi bələdiyyəsində 11 gün davam edən yanğın 64 min 451 hektar ərazini məhv edib.
İspaniya

17 avqustda İspaniyada 14 fərqli yerdə meşə yanğınları baş verib. Yanğınlarla mübarizə zamanı 7 nəfər ölüb. Güclü külək nəticəsində yaranan və yüksək temperaturla güclənən yanğınlar nəticəsində ümumilikdə 1 500 hektar əraziyə ziyan dəyib. Qeyd edək ki, ilin əvvəlindən İspaniyada ən azı 252 yanğın qeydə alınıb və nəticədə 411 315 hektar torpaq sahəsi külə çevrilib. Yanğınların əsasən ölkənin şimal və qərb bölgələrində baş verdiyi bildirilir.
Argentina

15 noyabrda Argentinanın paytaxtı Buenos-Ayres şəhərindəki sənaye parkında güclü partlayış baş verib. Partlayış baş verən ərazidə sənaye parkında kimya müəssisələri və plastik zavodlar da daxil olmaqla, ən azı 25 şirkət ziyan görüb. Yanğın səbəbilə 200-dən çox insan təxliyə edilib, ən azı 22 nəfər yaralanıb.
Yaponiya

Bir həftə əvvəl Yaponiyanın cənub-qərbində, Oita prefekturasında baş verən güclü yanğın hələ də söndürülməyib. Yaponiya Milli Yanğınsöndürmə Departamenti yaşayış binaları da daxil olmaqla 170 tikilinin yanğın nəticəsində məhv olduğunu bildirib. Yanğın 350 evə elektrik enerjisinin verilməsini dayandırıb.
Tokiodan təxminən 770 kilometr cənub-qərbdə yerləşən Oita Saqanoseki rayonunun təxminən 175 sakini təxliyə edilib. Yanğın nəticəsində bir nəfər ölüb, bir nəfər hələ də itkin düşüb və yanğının səbəbi araşdırılır.
Bakı

Xatırladaq ki, 21 noyabr Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Yanğın zamanı 1984-cü il təvəllüdlü Samir Kamal oğlu Məhəmmədov, 2018-ci il təvəllüdlü Arzu Əli qızı Qəmbərli və 1977-ci il təvəllüdlü Könül Vəlibəy qızı Hümbətova dünyasını dəyişib.
Naibə Məmmədova, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://bizim.media
archiveBu xəbər 28 Noyabr 2025 08:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri