Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Korkoranə edilən TÜRKƏÇARƏNİN dəhşətli təhlükələri ARAŞDIRMA

Korkoranə edilən TÜRKƏÇARƏNİN dəhşətli təhlükələri ARAŞDIRMA

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Çoxumuz xəstələnən kimi həkimdən öncə dədə-baba, nənə-bibi üsulunu sınayırıq. Hansısa otlardan inhalyasiya, buxar, isti kartofdan burunun üstünə kompress, yanığa qatıq və ya sidik çəkmək və s. Yəqin ki, bunlar haqqında eşitmisiz və ya özünüz də tətbiq etmisiz. Bəs, görəsən, türkəçarə adlandırılan bu müalicə metodlarının faydası olduğu kimi, zərəri də varmı? Həkim məsləhəti olmadan şəfalı bitkilərdən istifadə etmək olarmı?

Lent.az mövzu ilə bağlı araşdırma aparıb.

Vaxtilə nənələrimiz, babalarımız məhz belə təbii vasitələrlə özlərini sağaldır, dərmana o qədər də üstünlük vermirdilər. İndinin özündə də bu cür türkəçarələrə, çiçəklərə, otlara üstünlük verənlər az deyil. Hətta kimyəvi dərmanın bir yerə faydalı olub, digər yerə zərərli olduğunu düşünənlər var. Ümumiyyətlə, türkəçarələr hər zaman xalqımızın vazkeçilməz müalicə üsulları olub. Elə bu günə kimi davam edən bu müalicə üsulları hələ də ağrıların kəsici çarəsi kimi məşhurdur. Qulaq ağrılarında qulağa qızdırılmış spirt damcıları tökmək, soğan kökünü qızdırıb qulağa qoymaq, boğaz ağrıları zamanı yodla, yaxud mürəbbələrlə boğaz yolunu silmək, boğazı ağrıyanı qusdurmaq, limon suyu içirtmək, burnu qanayanın başını yuxarı qaldırmaq, buruna soğan suyu damcılatmaq və s. kimi üsullar bu gün də gündəmdədir. Bu üsulların nə qədər yararlı olduğunu dəqiq deyə bilməsək də, həkimlər bu üsulların əleyhinədir.

Hər bir bitkinin faydalı olduğu kimi, zərərli yönləri də ola bilər. Faydalı bilib, istifadə etdiyimiz bitkilər bəzən əks-effekt də verə bilər. 

İstənilən türkəçarənin bir xeyri varsa, min ziyanı var. Özbaşına dərmandan istifadə etmək, müalicə məqsədi ilə hər hansı bir proseduru yerinə yetirmək istəyən öncədən mütləq bu haqda məlumat toplamalıdır.

Həkimlər buna nə deyir, xalq təbabəti qəbul ediləndirmi?

Həkim Adil Qeybulla ev şəraitində aparılan müalicələrin xəstələrə ziyan verdiyini düşünür: “Əslində bizim türkəçarə dediyimiz sahə böyük elmi əsası olan qədim türk təbabətidir. Bu elmi cəhətdən əsaslandırılmalıdır. Əvvəllər farmakologiya və xalq təbabəti birliyi vardı. Onlar çox yaxşı işləyirdi. Əslində burada bu məsələlər araşdırılmalı, elmi cəhətdən əsaslandırılmalı və müxtəlif dərman otlarının, vasitələrinin, türkəçarə adı altında tətbiq olunan üsulların bir resepti verilməlidir. Yəni kor-koranə ev şəraitində kimdən nə eşidib onun tətbiq etmək düzgün deyil. Bəzən soyuq nəsə qoyulmalı yerə xəstələr isti bir şey qoyur. İnsanların bununla bağlı təsəvvürləri çox vaxt yanlış olur. Ona görə də hesab edirəm ki, insanlar özbaşına müalicə ilə məşğul olmamalıdır. Gələcəkdə xalq təbabəti inkişaf etdikcə onun vahid reseptləri olacaq ki, o reseptlər əsasında həkim onu xəstəyə təyin edəcək”.

Lent.az sizə tibb mütəxəssislərinin araşdırdığı insan səhhəti üçün təhlükəli olan türkəçarə metodlarını təqdim edir:

1.Kartofdan kompress, inhalyasiya

Öskürək, qrip, burun tutulmasında nənələrin xüsusi metodu olan qabıqlı bişirilmiş isti kartofun əzilib, tənzif arasında buruna, sinəyə qoyulmasıdır. Xüsusən uşaqlara bronxit və öskürəkdə çox tətbiq olunur. Həkimlər isə bildirir ki, qabıqlı bişmiş kartofu yemək daha faydalıdır, nəinki müalicədə istifadə etmək.

Təhlükəsi: Yuxarı tənəffüs yollarının yanığı, göz, burun selikli qişasının qıcıqlanması, udlaq-qırtlağın şişməsi, müxtəlif spazmların baş verməsi.

Yüksək hərarəti olan xəstəyə bunu etmək əksinə temperaturu daha da artırıb, xəstənin huşunu itirə bilər. Bronxit, angina, laringit, haymorit kimi infeksion xəstəliklərdə isti buxar, isti kompress əks göstərişdir, iltihabi prosesi daha da artıra bilər.

Nə etməli: istənilən inhalyasiya, kompress həkim göstərişi ilə məsləhətləşib seçilməlidir. Yaxşı olar ki, burunu dəniz suyu və xüsusi məhlullarla yuyasız. İnhalyasiya üçün mətbəx qazanından yox, xüsusi aparatdan istifadə edəsiz. 

2.Soda içmək 

Qida sodası mədə şirəsində turşuluğun dərəcəsini neytrallaşdırır. Sodanı qəbul edən kimi mədədə kəskin reaksiya gedir. Həqiqətən bu metod güclü mədə yanmasında, turşuluqda effekt verir, amma qısamüddətli olur. Ondan sonra mütləq yan təsirlər başlayır.

Təhlükəsi: Soda mədənin selikli qişasını " yeyir", iltihablaşır, insanda sodadan asılılıq yaranır. Arıqlamaq üçün soda içənlər isə mədələrini geridönüşü olmayan xəstəliyə salır. Sonradan mədə iltihabı insanı yeməkdən yayındırır.

Nə etməli: mədə qıcqırması, yanması əleyhinə xüsusi emulsiya, kisel, yulaf sıyığı qəbul edin.

3.Yanıq sahəsinə sidik və ya bitki yağı çəkmək

Bu üsul da el arasında çox yayılıb. Birinin barmağı yanan kimi, sidik vur deyirlər.  Yanıq yarası zamanı ilk növbədə etməli olduğumuz yanığın dərəcəsini azaltmaq, ikinci növbədə infeksiyalaşmasının qarşısını almaqdır. Bu halda sidik işə yaramır. Bitki yağı isə toxumalara oksigen axınının qarşısını alıb, yanıqda dərəcəni daha da artıracaq.

Nə etməli: həkimə çatana kimi yanıq nahiyəsinə soyuq su qoymalı. Bu üsul yanığın dərəcəsini bir addım aşağı endirəcək. Əgər açıq yaradırsa, onu soyuq suda isladılmış parça ilə yumaq lazımdır.

4.Urinoterapiya - Sidiklə müalicə

Çox qədim kökləri olan bu terapiyanın indi də davamçıları var. Əslində isə tibbin qəbul etmədiyi, yalançı nəzəriyyədir. Elə bir xəstəlik yoxdur ki, onun müalicəsində sidik, xüsusən insanın öz sidiyi möcüzəvi təsir göstərsin.  Bu məsələdə qadınlar xüsusən aktivdir, onlar sonsuzluq, mioma, mastopatiya, ginekoloji xəstəliklərdə daha çox sidikdən istifadə edir.

Təhlükəsi: Sidiklə orqanizmə lazım olmayan biomaterial ifraz olunur, hətta uşaq sidiyi belə təmiz deyil. Sidikdə çox sayda bakteriyalar var, əgər sidiyi daxilə və ya xaricə tətbiq etsəniz, bakteriya və viruslar yenidən orqanizmə daxil olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:253
embedMənbə:https://lent.az
archiveBu xəbər 18 Noyabr 2024 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see321

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see262

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see260

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see255

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see248

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see246

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see234

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see225

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see225

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see219

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see219

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see218

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see216

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see214

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see209

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see204

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see185

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see179

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see179

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri