“Məhz buna görə Azərbaycan on səksən ilin yeganə qalib ölkəsidir”
Adelet.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Xəbər verdiyimiz kimi, bu gün ikinci Qarabağ savaşından beş il ötür. Bu gün 2020-ci il noyabrın 10-da Prezident İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli Bəyanatın ildönümüdür.
Mövzuyla bağlı Adalet.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, Vətən müharibəsinin Azərbaycanın qələbəsi ilə başa çatmasını özündə ehtiva edən birgə bəyanat birmənalı şəkildə işğalçı ermənistanın 44 günlük müharibədə hərbi kapitulyasiyası deməkdir:
“Buna görə Ermənistanın baş naziri bu bəyanatı video konfrans şəklində imzalamaqdan imtina etmişdi. O, bu bəyanatı yalnız və yalnız döyüş meydanında məğlub olduğuna görə imzaladı. Bu bəyanat Azərbaycanın Vətən müharibəsindəki şanlı qələbəsini və Ermənistanın otuz ildən artıq davam edən işğalının sona çatmasını özündə əks etdirir”.
Hərbi ekspert bildirib ki, Ermənistan sonrakı dövrlərdə də bir çox sənədləri imzalamağa məcbur oldu:
“Bütün bunlar Azərbaycanın Vətən müharibəsindəki parlaq və tarixi qələbəsinin sayəsində mümkün oldu. Müharibədə darmadağın və məğlub olan Ermənistan bu bəyanat nəticəsində Azərbaycanın üç böyük rayonunu bir güllə atmadan belə qaytarmağa məcbur oldu. Bundan başqa Zəngilan və Qubadlı istiqamətlərində yüzə yaxın kənd də Azərbaycana döyüşsüz olaraq Ermənistan tərəfindən qaytarıldı”.
Ə.Verdiyev deyib ki, bəyanatın imzalanması ilə Azərbaycanın ərazi bütövlüyü tamamilə bərpa olundu:
“Məhz Vətən müharibəsindəki qələbə sayəsində bu gün Azərbaycan on səksən ilin yeganə qalib ölkəsidir”.
Vasif ƏLİHÜSEYN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 10 Noyabr 2025 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















