Icma.az
close
up
RU
Məişətdə təmizləyici vasitələri qarışdırmaq ciddi təhlükə YARADIR

Məişətdə təmizləyici vasitələri qarışdırmaq ciddi təhlükə YARADIR

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Məişət təmizliyi zamanı müxtəlif təmizləyici vasitələri qarışdırmaq təhlükəli ola bilər.

Redaktor.az xəbər verir ki, bu barədə həkim Andrey DoroXov gazeta.ru-ya açıqlamasında danışıb.

Bu zaman əmələ gələn qaz insan orqanizmi üçün təhlükə yarada bilər, xüsusən də mənzildə, çünki qapalı məkanlarda zərərli maddələrin konsentrasiyası daha yüksək olur. Ən təhlükəlisi ağardıcı və ya dezinfeksiya vasitələrinin kireç çıxaran tozlar, həmçinin sanitar təmizləyici məhsullarla qarışdırılmasıdır. Ağardıcılarla ammiak tərkibli pəncərə və qab yuyan vasitələrin qarışdırılması da təhlükəlidir. Bu məhsullarda olan natrium hipoxlorit turşular və xlor tərkibli birləşmələrlə reaksiyaya girərək kəskin boğucu qoxulu qazın əmələ gəlməsinə səbəb olur.

DoroXov xəbərdarlıq edir ki, xlor hətta az miqdarda da dərinin, selikli qişaların və tənəffüs yollarının güclü qıcıqlanmasına səbəb ola bilər. Daha yüksək dozalarda isə qaz ciddi toksik ödemə gətirir və insanın həyatına təhlükə yaradır. Belə qaz uşaqlar, yaşlılar və xroniki tənəffüs xəstəlikləri, məsələn astma və bronxit olan şəxslər üçün xüsusilə təhlükəlidir. O əlavə edib ki, sadəcə otağı havalandırmaq kifayət etməyə bilər, çünki xlor havadan ağırdır, yüksək keçiriciliyə malikdir və uzun müddət otaqda qala bilər.

Mütəxəssis məsləhət görür ki, təmizləyici və dezinfeksiya vasitələri ayrı-ayrılıqda istifadə edilsin və onların istifadəsi üzrə təlimat diqqətlə oxunsun. Mənzili kimyəvi vasitələrlə təmizləyərkən yaxşı havalandırılan yerlərdən istifadə edilməli və fərdi qoruyucu vasitələrdən istifadə olunmalıdır. Əgər təsadüfən təmizləyici vasitələr qarışdırılıbsa, otaq havalandırılmalı və otaq tərk edilməlidir. Zəhərlənmə simptomları müşahidə olunarsa, dərhal tibbi yardım almaq vacibdir.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 Dekabr 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri