“MEK könüllüləri” proqramına müraciət qaydaları
Icma.az, 525.az saytına istinadən bildirir.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) “MEK könüllüləri” proqramına yeni qəbul elan edib.
MEK-dən 525.az-a bildirilib ki, kitabxana işi sahəsində praktiki təcrübə qazanmaq, peşəkar bacarıqlarını inkişaf etdirmək və elmi mühitdə fəaliyyət göstərmək istəyən 18-35 yaşarası gənclər proqrama müraciət edə bilərlər. Proqrama müraciət edən namizədlərdən kitabxana işinə maraq, yeni bilik və təcrübə əldə etmək istəyi, məsuliyyətlilik, intizam, ünsiyyət və komandada işləmək bacarığı tələb olunur.
Üç ay davam edəcək proqram çərçivəsində könüllülər MEK-in fəaliyyət istiqamətləri ilə tanış olacaq, real iş mühitində praktiki təcrübə qazanacaq və müxtəlif təlimlərdə iştirak edəcəklər. İştirakçılar kitabxananın ənənəvi və elektron xidmətləri, oxuculara xidmət, tədbirlərin təşkili, rəqəmsal resurslardan istifadə, sosial media fəaliyyəti və digər istiqamətlər üzrə praktiki fəaliyyətə cəlb olunacaqlar. Könüllülük fəaliyyətini uğurla başa vuran iştirakçılara sertifikat, fəaliyyəti ilə fərqlənən könüllülərə isə tövsiyə məktubu təqdim ediləcək.
Namizədlərin seçimi CV-lərin qiymətləndirilməsi və müsahibə əsasında aparılacaq. Proqramda iştirak etmək istəyən şəxslər oktyabrın 1-dək CV-lərini müvafiq elektron poçt ünvanına göndərə bilərlər.
Proqramın şərtləri və müraciət qaydaları ilə bağlı ətraflı məlumatla buradan tanış olmaq mümkündür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 02 Sentyabr 2026 12:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















