Icma.az
close
up
RU
Məkkə Müqaviləsinin əsas hədəfi nədir? Türkiyəli general açıqladı

Məkkə Müqaviləsinin əsas hədəfi nədir? Türkiyəli general açıqladı

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanmış Məkkə Birgə Müdafiə Müqaviləsinin Yaxın Şərqdə təhlükəsizlik balansına mümkün təsirləri müzakirə olunur. Müqavilənin İranın Körfəz ölkələrinə, enerji infrastrukturlarına və ABŞ bazalarına qarşı mümkün hərbi təzyiqlərinə təsiri, eləcə də regional güc balansında yarada biləcəyi dəyişikliklər diqqət çəkir.

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Türkiyənin keçmiş hərbi attaşesi, general Yücel Karauz bildirib ki, Məkkə Birgə Müdafiə Müqaviləsi regional təhlükəsizlik memarlığında yeni balans elementi kimi çıxış edir:

“Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanmış Məkkə Birgə Müdafiə Müqaviləsi regional təhlükəsizlik memarlığında yeni bir balans ünsürü kimi önə çıxır. Müqavilənin İranın Körfəz ölkələrinə, enerji infrastrukturlarına və ABŞ bazalarına qarşı sahədəki hərbi təzyiqi və hücumları üzərindəki mümkün təsirlərini bir neçə əsas istiqamətdə qiymətləndirmək olar.

İlk növbədə, bu razılaşmanın birbaşa hərbi toqquşmadan daha çox çəkindirmə mexanizmi kimi çıxış edəcəyi gözlənilir. Müqavilənin əsasını təşkil edən "üç ölkədən birinə edilən hücum, hamısına edilmiş sayılır" prinsipi kollektiv çəkindirmə çətiri yaradır. Bu isə İranın və ya onun dəstəklədiyi qüvvələrin Körfəzdəki neft yataqlarına və kritik infrastrukturlara birbaşa və ya dolayı hücum etmək qərarı verərkən daha ciddi strateji və diplomatik hesablamalar aparmasına səbəb ola bilər.

Eyni zamanda, İranın bu müqaviləyə münasibətdə daha ehtiyatlı diplomatik dil seçməsi diqqət çəkir. Tehran müqavilənin birbaşa İrana qarşı yönəlmədiyini vurğulayaraq gərginliyin daha da artmasının qarşısını almağa çalışır. İran Türkiyə və Pakistan kimi regional aktorlarla birbaşa qarşıdurmaya girməkdə maraqlı deyil. Buna görə də belə ittifaqların formalaşmasını dərhal müharibə səbəbi kimi deyil, diqqətlə izlənilməli strateji proses kimi qiymətləndirir.

Müqavilənin digər mühüm tərəfi təhlükəsizlik yükünün bölüşdürülməsidir. Körfəz ölkələrinin təhlükəsizlik məsələlərində yalnız ABŞ-ın təmin etdiyi çətirə bağlı qalması İranın asimmetrik təhdidləri qarşısında hər zaman kifayət qədər çeviklik yaratmırdı. Məkkə Müqaviləsi isə bölgədə ABŞ amilinə alternativ deyil, əlavə regional təhlükəsizlik qatı formalaşdırır. Bu çoxqatlı struktur İranın çəkindirilməsinə yönəlmiş yerli və regional imkanları gücləndirə bilər”.

Yücel Karauz qeyd edib ki, müqavilənin uzunmüddətli təsiri onun kağız üzərində qalmasından deyil, praktiki və institusional mexanizmlərə çevrilməsindən asılı olacaq:

“Bu müqavilə region ölkələrinin kənardan gələn təhlükəsizlik öhdəliklərindən tam asılılığını azaltmaq və daha çevik təhlükəsizlik şəbəkəsi yaratmaq baxımından əhəmiyyətlidir. Gələcəkdə Misir kimi digər regional aktorların da bu struktura qoşulması onun təsir dairəsini və çəkindirmə qabiliyyətini daha da artıra bilər.

Bununla yanaşı, hava hücumundan müdafiə sistemlərinin inteqrasiyası, birgə hərbi təlimlər, raketdən müdafiə imkanlarının artırılması və kəşfiyyat məlumatlarının paylaşılması kimi mexanizmlərin yaradılması müqavilənin real hərbi effektini müəyyən edəcək. Türkiyənin müdafiə sənayesindəki imkanları ilə Pakistanın hərbi təcrübəsinin Körfəz ölkələrinin təhlükəsizlik sistemi ilə inteqrasiyası regional qüvvələr balansına təsir göstərə biləcək potensiala malikdir”.

General əlavə edib ki, müqavilə yalnız hərbi deyil, diplomatik baxımdan da əhəmiyyətli mexanizmə çevrilə bilər:

“Böhran vəziyyətində Türkiyə və Pakistanın prosesə daxil olması gərginliyin nəzarətdən çıxmasının qarşısını alan diplomatik tampon rolunu oynaya bilər. Tehranla Körfəz paytaxtları arasında yaranan gərginliyin birbaşa isti müharibəyə çevrilməməsi üçün diplomatik kanalların açıq saxlanılması baxımından belə çoxtərəfli platformalar sığorta funksiyası daşıya bilər.

Nəticə etibarilə, Məkkə Birgə Müdafiə Müqaviləsi qısamüddətli perspektivdə İranın mümkün addımlarına qarşı avtomatik hücum mexanizmi deyil. Daha çox regional balansı qoruyan, təhlükəsizlik yükünü bölüşdürən və Tehranın mümkün səhv hesablamalarının qarşısını almağa yönəlmiş kollektiv çəkindirmə çətiri kimi qiymətləndirilə bilər. Müqavilənin əsl gücü isə tərəflərin üzərinə götürdükləri öhdəlikləri nə dərəcədə əməli və institusional addımlarla dəstəkləyəcəyindən asılı olacaq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Avqust 2026 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see294

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see292

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see280

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see259

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see251

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see246

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see239

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see235

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see229

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see228

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see205

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see201

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see200

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see198

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see198

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see196

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see185

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see184

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri