Icma.az
close
up
RU
Menu

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır

Əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Qaluzin bunun üçün Rusiyanı platforma kimi görürsə...

Güman edirik, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin fikirlərində səmimidir. Hansı fikirlərində, bu barədə söz açacağıq. Hələlik isə bildirək ki, M.Qaluzin indiyədək də Azərbaycan–Ermənistan münasibətlərinin tənzimlənməsinin zəruriliyinə diqqət yetirib. Məsələn, o, bir müddət əvvəl “İzvestiya” qəzetinə müsahibəsində bu il iyulun 10-da Əbu- Dabidə Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyan arasındakı görüşü şərh edərkən vurğulamışdı ki, Rusiya münaqişənin həllinə töhfə verməyə hazırdır.

Əlbəttə, M.Qaluzinin münaqişə məntiqini qabartmaqla, tarixə gömmüş Qarabağ konfliktini gündəmə gətirmək niyyəti güddüyünü söyləyə bilmərik. İnanaq ki, o, Bakı və İrəvanın fikir ayrılıqlarını, tərəflər arasında normallaşmaya töhfə verməyi nəzərdə tuturdu. Qaluzinin töhfənin necə olmasına dair baxışına gəlincə, XİN rəsmisinin fikrincə, məsələ Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-2022-ci illərdə imzaladıqları üçtərəfli bəyanatlara söykənməlidir. Təxminən belə: Həmin bəyanatlara əsasən, sülh müqaviləsinin hazırlanması, regionda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının açılması, sərhədlərin delimitasiyası, eləcə də Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyətləri və parlamentləri arasında dialoqun qurulması istiqamətində irəliləyişə nail olmaq vacibdir.

Qeyd edək ki, Prezident İlham Əliyevlə baş nazir Paşinyanın Əbu-Dabi təmasından sonra Azərbaycan və Ermənistanın Xarici İşlər Nazirlikləri oxşar məzmunlu bəyanatlar yaymış və bildirmişdilər ki, “tərəflər “normallaşma prosesi ilə bağlı bütün məsələlərin müzakirəsi üçün ikitərəfli danışıqların ən səmərəli format olduğunu təsdiqləyib və nəticəyönümlü dialoqun davam etdirilməsi barədə razılıq əldə olunub”. Bunun müqabilində Qaluzinin sırf vasitəçilik xüsusunda nə dediyi bir o qədər önəm daşımasa da, söylədiklərini pozitiv qiymətləndiririk.

Onu da bildirək ki, M.Qaluzinin Azərbaycan–Ermənistan normallaşmasına dair, belə demək mümkünsə, eyhamlı açıqlamaları da olub. Məsələn, o deyib ki, tərəflər arasındakı sülh müqaviləsi “gələcək nəsillər üçün yeni problemlər yaratmayan” sənəd olmalıdır. XİN rəsmisinin daha böyük eyhamı isə özünü Qərbin danışıqlar prosesindəki vasitəçiliyinə açıq şəkildə qarşı çıxmaq xüsusunda göstərib. O bildirib ki, Avropa İttifaqı, ABŞ və digərləri normallaşma prosesində iştirak etmək istəyirlərsə, bu, yalnız Rusiya tərəfindən formalaşdırılmış mövcud razılaşmalar çərçivəsində reallaşa bilər: “Qərb prosesi öz formatı ilə əvəzləməyə çalışmamalıdır”.

Beləliklə, “Ria Novosti” xəbər verir ki, Qaluzin Ermənistanın müstəqilllik günü ilə bağlı qəbuldakı çıxışında Rusiyanın Bakı və İrəvan arasında sülh sazişinin imzalanması üçün platforma təqdim etmək barədəki təklifinin qüvvədə qaldığını deyib. O, həmçinin, Rusiyanın münasibətlərinin normallaşmasına xüsusi əhəmiyyət verdiyini vurğulayıb. “Aydındır ki, nəzərdə tutulan məqsədlərin həyata keçirilməsi üçün hələ ciddi işlər görülməlidir. Biz İrəvan və Bakıya qalan fikir ayrılıqlarının aradan qaldırılmasında, o cümlədən Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli bəyanatlarını nəzərə alaraq, lazımi yardımı göstərməyə hazırıq”, - deyən XİN rəsmisi ölkəsinin Azərbaycan–Ermənistan nizamlanma prosesində mühüm və səmərəli rol oynadığını da bildirib. Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyan da Moskvanın diplomatik səylərini yüksək qiymətləndirərək, onun sülh prosesinə töhfəsini “xüsusi” adlandırıb. Bəli, Rusiyanın töhfəsini xüsusi adlandırmaq mümkündür. O anlamda ki, ölkə 44 günlük müharibənin başa çatdırılmasında, yəni 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın ərsəyə gəlməsində müstəsna rol oynayıb. Eləcə də Prezident Vladimir Putinin Azərbaycan və Ermənistan liderlərinin sonrakı üçtərəfli görüşlərinin təşkilində aktiv mövqe tutduğu məlumdur. Amma...

“Əmma”nı xarakterizə edən çox məqamlar var. Birincisi, nəinki 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatı, ümumən Rusiyanın vasitəçiliyi ilə ərsəyə gəlmiş üçtərəfli bəyanatlar sistemini demorilizə edən Ermənistan iqtidarı oldu. Rəsmi İrəvan Moskvanın erməni sevdasına siyasi sərmayə yatıraraq, özünü şıltaq uşaq kimi aparmış, hesab etmişdi ki, Rusiyadan incikliyi yüksək fazaya gətirməklə, onun həmin incikliyi aradan qaldırmaq üçün Bakıya təsirini gücləndirmək mümkündür. Əlbəttə, Rusiyanın Azərbaycana erməni maraqları naminə hansısa təzyiq göstərməsi mümkünsüz idi. Amma Kreml təmsilçiləri müəyyən bəyanatlar səsləndirmişdilər. O bəyanatlar ki, faktiki olaraq, münaqişə məntiqini qorumağa xidmət təsiri bağışlamışdı. Məsələn, Rusiya Qarabağın statusu məsələsinin sonraya saxlanılması ideyasını irəli sürmüşdü. Bu, mahiyyət etibarilə bölgədəki keçmiş separatçı rejimin ömrünün uzadılması demək idi. Amma Moskva erməni sevdasını yaşatmaq üçün başqa nə isə tapa bilməmişdi. İrəvan isə daha çoxuna iddialı olmuş, istəmişdi ki, Rusiya Ermənistana görə Azərbaycanla açıq konfrontasiyaya getsin.

Beləliklə, Ermənistan şərti sərhəd xətti boyunca təxribatlar törətməklə ölkəmizi sərt tədbirlərə əl atmağa vadar etmişdi. Sərt tədbirlərdən biri 2022-ci ilin sentyabrında qeydə alınmışdı. Həmin vaxt Azərbaycan ordusu qarşı tərəfin atəş nöqtələrini susdurmaq üçün strateji yüksəklikləri ələ keçirmişdi ki, Paşinyan iqtidarı bunu işğal olaraq qiymətləndirmiş və Rusiyanın hakim rol oynadığı, Ermənistanın üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını Azərbaycana qarşı qaldırmağa cəhd göstərmiş, məqsədinə çatmayanda, qurumun faydalı olmadığını söyləmişdi.

Bəli, Ermənistanın Qərb tərəfindən idarə olunan anti-Rusiya xətti Kremlə üçtərəfli bəyanatlarda əksini tapan məqamların gerçəkləşdirilməsinə imkan vermirdi. İrəvanı yenidən öz orbitinə qaytarmağa ümid bəsləyən Moskva tədricən sülhyaratma missiyasından, barış prosesindəki fundamental və ədalətli yanaşmadan uzaq düşürdü. Ümumən belə qənaət hasil olurdu ki, Rusiya Ermənistanın hədsizliyinə sonsuzadək dözmək niyyətindədir. Hələ Qarabağdakı rus sülhməramlılarının separatçılara silah-sursat daşınmasını müşayiət etməsi kimi qəbuledilməz mənzərə də olub. Azərbaycan isə haqqını əldə etməkdə israrlı davranıb və məqsədinə çatıb.

Sözümüz ondadır ki, M.Qaluzin Rusiyanın Azərbaycan–Ermənistan sülh sazişinin imzalanması üçün platforma verməyə hazır olduğunu bütün bunlardan sonra bildirir. Bu yerdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə avqustun 8-də Bakı–İrəvan sülh sazişinin paraflanmasını, habelə Prezident Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamənin imzalanmasını yada salmalıyıq. Mövcud fonda Birləşmiş Ştatların timsalında Qərb və Rusiya arasındakı vasitəçilik xəttinin müqayisəsindən uzağıq. Nəzərə alaq ki, böyük ölçüdə söhbət vasitəçilikdən getmir. Çünki tərəflər özləri anlaşıblar. Sadəcə, ABŞ-ın əvvəlki iqtidarından fərqli olaraq, Ağ Evin indiki administrasiyası həmin anlaşmaya tərəfkeşlik obrazı qazandırmağa, erməni avantürizmi üçün hansısa tutacaq yer saxlamağa çalışmayıb, praktiki olaraq neytrallıq nümayiş etdirib. Rusiyaya gəldikdə, ölkədə hakimiyyət dəyişikliyi olmayıb, yuxarıda sadaladığımız məqamlar isə Moskvaya neytral ampluada baxmağa imkan verməyib.

Digər tərəfdən, Azərbaycan Ermənistandan fərqli olaraq, Rusiyanın vasitəçilik missiyasına saymazyana münasibət göstərməyib. Ölkəmizin istəyi bu olub ki, Cənubi Qafqazda sülh prosesi geosiyasi rəqabət üçün alətə çevrilməsin. Qərbin həmin proses çərçivəsində Rusiyanı regiondan sıxışdırmaq istəyinin olduğunu da, zaman-zaman bu məqsədlə Ermənistanı vasitəyə çevirməsini də bilirik. Elə isə sual yaranır: Rusiya bölgəyə rəqabət prizmasından yanaşmayıb? Yanaşıb. Hazırda Qaluzin sülh müqaviləsinin imzalanmasına ev sahibliyindən söz açıbsa, necə inanaq ki, Moskva Qərblə rəqabət məramından uzaqdır? Həmçinin axı hazırda barış sazişinə dair bütün detallar razılaşdırılıb. Hətta dekabrın 1-dən ATƏT-in özündə Qarabağ münaqişəsi məntiqini daşıyan Minsk qrupunun fəaliyyətinə də rəsmən son qoyulacaq. O qrup ki, tərkibində Rusiya da təmsil olunurdu və Moskva, prinsipcə, təsisatın ləğvində maraqlı idi. Amma nə üçün? Ona görə ki, ölkə 44 günlük müharibədən sonra Azərbaycan–Ermənistan münasibətlərinin tənzimlənməsini, bir növ, inhisara almış, Minks qrupundakı ABŞ və Fransanın rolunun əhəmiyyətsizləşdirmək xətti götürmüşdü. Şübhəsiz, Kreml savaşa son qoyan tərəf kimi buna daha çox haqqının olduğunu əsas götürə bilərdi. Amma haqq ədalətə söykənməlidir. Vəziyyət belə alındı ki, Rusiya normallaşma prosesində ədalətli ola bilmədi və durumun ayrı-ayrı etüdlərini diqqətə çatdırdıq. Əlqərəz, başlıca məsələ sülh sazişinin harada imzalanması yox, onun imzalanmasıdır. Bunun üçün isə Ermənistanın yerinə yetirməli olduğu bir şərt qalır. Söhbət ölkə konstitusiyasının işğalçı mahiyyət daşıyan İstiqlaliyyət Bəyannaməsinə istinadının aradan qalxmasından gedir. Yəni, yol referendum yoludur. O yol ki, rəsmi İrəvan onun gedilməsini özünün daxili işi hesab edir. Moskva erməni iqtidarına məsələni, necə deyərlər, sırf sülhün işi kimi təlqin edə bilərmi? Edə bilərsə, buyursun. Qaluzin isə əmin olsun ki, bu halda Rusiya yekun sülh müqaviləsinin imzalanması platforması kimi çıxış etmək üçün mənəvi haqq qazanacaq. Daha doğrusu, 44 günlük müharibəyə son qoymaqla qazandığı haqqı bərpa edəcək.

Ə.CAHANGİROĞLU
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Oktyabr 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see223

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see218

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see216

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see215

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see180

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see180

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see163

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see160

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see159

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see158

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see152

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see151

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see150

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see148

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see145

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see145

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see144

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

13 Yanvar 2026 07:02see143

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see138

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri