Məkkə müqaviləsinin pərdəarxasında qazanan kimdir?
Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında birgə imzalanan Məkkə müqaviləsi Vaşinqtonun Yaxın Şərqdə yeganə təhlükəsizlik mərkəzi olmadığını, bölgədə çoxqütblü təhlükəsizlik nizamının formalaşdığını göstərir.
Turkustan.az xəbər verir ki, bu barədə “Al Monitor” nəşri yazıb.
Nəşr qeyd edib ki, qlobal dinamikadakı dəyişikliyin Pekinin əlinə keçdiyi və onun regional memarlıq vizyonuna uyğun gəldiyi müşahidə edilir. Çinin Məkkə müqaviləsindən faydalandığı üç məqam var.
Birincisi, təhlükəsizliyin şaxələndirilməsi və ABŞ-dan aslılılığın azalmasıdır.
Pekin ardıcıl olaraq ABŞ-ın təsirindən asılı olmayan regional təhlükəsizlik mexanizmlərinin yaradılmasını müdafiə edir. Çin Məkkə müqaviləsini də Yaxın Şərqdə müdafiə sistemlərinin şaxələndirilməsi və ABŞ-ın əsas təhlükəsizlik qarantı kimi mərkəzi rolunun azalması olaraq görür.
İkincisi, Pekinin mövqeyini gücləndirəcək Pakistan amilidir.
Pakistan Çinin ən yaxın hərbi tərəfdaşlarından biridir. Bu ölkənin müqavilədə yer alması dolayısı ilə Çinin də ittifaq daxilində təsirinin yayılmasına kömək edir.
Üçüncüsü, silah ixracının və müdafiə sənayesi əməkdaşlıqlarının genişlənmə imkanlarıdır.
Bölgədə hərbi münaqişələrin kəskinləşməsi dronlara, raket və hava hücumundan müdafiə sistemlərinə tələbatı artırır. Çin burada yeni mənbəyə çevrilə və silah ixracını artıra bilər./publika.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 14 Avqust 2026 16:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















