Icma.az
close
up
RU
Meksika səfirliyi “Qadınlara Dəstək Xətti” broşürünü ispan dilində təqdim edib

Meksika səfirliyi “Qadınlara Dəstək Xətti” broşürünü ispan dilində təqdim edib

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Meksikanın Azərbaycandakı səfirliyi tərəfindən ispan dilinə tərcümə olunmuş “Qadınlara Dəstək Xətti” broşürünün təqdimat mərasimi keçirilib.

525.az xəbər verir ki, tədbirdə çıxış edən Meksikanın Azərbaycandakı səfiri Viktoriya Romero bildirib ki, məişət zorakılığı bütün dünyada aktual problem olaraq qalır. Bu istiqamətdə həm yerli, həm də beynəlxalq səviyyədə gücləndirilmiş əməkdaşlığa ehtiyac var.

“Biz qadınlara və qızlara qarşı zorakılığın aradan qaldırılmasına dair öhdəliyimizi bir daha qeyd edirik. Tədbirin məqsədi də qadınlara qarşı zorakılığa son qoymaq üçün daha güclü keçid yaratmaqdır. Təəssüf ki, bu problem dünyada geniş yayılıb və yalnız birgə hərəkət etdiyimiz halda real nəticə əldə edə bilərik. Bu gün biz dövlət qurumu, QHT və özəl sektor nümayəndələri ilə birgə fəaliyyət göstəririk. Belə üçtərəfli əməkdaşlıq mexanizmləri sosial sahədə mühüm nəticələr əldə etməyə imkan verir”, - səfir vurğulayıb.

Əlavə edib ki, “Qadınlara Dəstək Xətti” layihəsi zorakılığa məruz qalan qadınlara təhlükəsiz şəkildə müraciət imkanı yaratmaqla yanaşı, onların psixoloji və hüquqi istiqamətdə ilkin yardımla təmin olunmasında əhəmiyyətli platforma rolunu oynayır. O bildirib ki, broşürün ispan dilinə tərcüməsi Azərbaycanda yaşayan ispan dilli icma üçün məlumatların əlçatanlığını artırmaq və müraciət imkanlarını genişləndirmək baxımından vacib addımdır.

Meksika icmasının nümayəndəsi Raquel Garcia, Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin icraçı direktoru Kəmalə Aşumova və digər çıxış edənlər problemin aktuallığına diqqət çəkiblər. Qeyd edilib ki,  qadınlara qarşı zorakılığın qarşısının alınması, gender bərabərliyinin təşviqi və təhlükəsiz müraciət mexanizmlərinin gücləndirilməsi müasir cəmiyyətlərin prioritetlərindəndir. Müxtəlif dillərdə maarifləndirici materialların hazırlanması həm beynəlxalq əməkdaşlığın, həm də insan hüquqlarının müdafiəsi sahəsində institusional dəstəyin təzahürüdür. Bu təşəbbüsün Meksika səfirliyinin Azərbaycanda qadınların müdafiəsinə yönəlmiş sosial-humanitar fəaliyyətinə mühüm töhfə verdiyi xüsusi diqqətə çatdırılıb.

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:72
embedMənbə:https://525.az
archiveBu xəbər 26 Noyabr 2025 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see196

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see195

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see141

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see135

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri