Icma.az
close
up
RU
Salyanda hüquqi dəstəyə ehtiyacı olan qadınlara dəstək göstərildi

Salyanda hüquqi dəstəyə ehtiyacı olan qadınlara dəstək göstərildi

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qadın Problemlərinin Tədqiqatları Mərkəzi İctimai Birliyi Salyan rayonunda hüquqi dəstəyə ehtiyacı olan qadınlara hüquq xidməti göstərib.

Salyan rayon Tarix Diyarşünaslıq Muzeyində təşkil olunan görüş “Qadınların hüquqi müdafiəsinə dəstək” layihəsi çərçivəsində təşkil olunub. Tədbirdə Salyan rayonundan olan 22 nəfər qadın iştirak edib.

Tədbirdə çıxış edən təşkilatın sədri Sevil Allahverdiyeva bildirib ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunur. 3 ay davam edəcək layihə Hacıqabul, Salyan və Biləsuvar rayonlarının ərazisini əhatə edir.

Layihənin məqsədi məişət zorakılığından əziyyət çəkən, övladını təkbaşına böyüdən, aliment asılılığında yaşayan və digər hüquqi müdafiəyə ehtiyacı olan qadınlara hüquqi konsultasiya xidməti göstərib hüquqlarını qorunmaqla sosial vəziyyətlərinin yaxşılaşdırılmasına dəstək verməkdir.

Daha sonra layihənin hüquqşünası, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Araz Nurməmmədov müraciət edən Salyan rayon sakinlərinin müraciətlərini dinləyib. 14 nəfərin müraciəti dinlənilib.

Onlardan 5 nəfərinə şifahi məsləhət verilib. 9 nəfərin isə aidiyyati dövlət qurumlarına müraciətləri hazırlanıb. Müraciətlər əsasən əlilliyin təyini, əlillikdən imtina, pulsuz dərmanla təminat, alimentin artırılması, aliment ödənilməməsi, nikahın pozulmasından sonra əmlak tələbi ilə bağlı olub. Vətəndaşların müraciətləri əsasında onlara hüquqları izah edilib və müraciətləri ilə bağlı müvafiq qeydlər götürülüb.

Hüquqi konsultasiya xidməti göstərilən şəxslərin sənədləri hazırlanaraq yaxın günlərdə vətəndaşlara çatdırılacaq. Hazırlanan müraciətlər həmin şəxslər tərəfindən imzalandıqdan sonra aidiyyatı qurumlara göndəriləcək.

"Cebheinfo.az" 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 İyul 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see347

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see331

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see273

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see265

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see243

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see234

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see222

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see214

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see213

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see210

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see206

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see206

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see202

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see188

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see188

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see182

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see177

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see176

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see168

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri