Meksika tribunasından gələn səs izləyiciləri bezdirdi: Səbəb bu imiş
Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.
DÇ-2026-nın açılış matçında Meksika azarkeşlərinin istifadə etdiyi “matraca” adlı alət sosial şəbəkələrdə müzakirə yaradıb.
Apasport.az xəbər verir ki, Meksika – Cənubi Afrika (2:0) oyununu izləyənlər tribunalardan gələn yüksək və ritmik səsdən narahat olublar.
Bir çoxları əvvəlcə bunun spikerdən, mikrofondan və ya yayımda yaranan texniki problemdən qaynaqlandığını düşünüb.
Lakin sonradan səsin Meksika tribuna mədəniyyətində geniş yayılan “matraca” adlı ənənəvi azarkeş alətindən gəldiyi məlum olub. Əllə çevrilən bu alət gur və davamlı səs çıxarır.
Xüsusilə Meksika millisinin oyunlarında tez-tez istifadə olunan “matraca” ölkənin futbol coşqusunun simvollarından biri sayılır.
Sosial mediada isə bu alət artıq 2010-cu il dünya çempionatında məşhurlaşan vuvuzela ilə müqayisə edilir və “yeni vuvuzela” adlandırılır.
Meksika – Cənubi Afrika matçının ən yaxşısı məlum oldu DÇ açılış matçında tarixi hadisə: 3 qırmızı kart DÇ 2026: Açılış matçı: Meksika qələbə qazandı - YENİLƏNİB DÇ-də tarixi göstərici: 2006 finalından sonra doğulan ilk futbolçu Kukurelladan qəribə vəd: “Çempion olsaq məşqçimizin üzünü...”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:239
Bu xəbər 12 İyun 2026 03:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















