Meksika və Avropa İttifaqı strateji tərəfdaşlıq müqaviləsi imzalayacaqlar
Ayna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Yeni saziş 25 il əvvəl qurulmuş siyasi, əməkdaşlıq və iqtisadi münasibətlərin mövcud çərçivəsini yeniləyəcək və dərinləşdirəcək"
Meksika və Avropa İttifaqı (Aİ) 22 mayda Meksika paytaxtında keçiriləcək 8-ci ikitərəfli sammitdə strateji tərəfdaşlıq müqaviləsi və müvəqqəti ticarət müqaviləsi imzalayacaqlar. AYNA.AZ xəbər verir ki, bu barədə Meksika Prezidenti Klaudiya Şeynbaum və Avropa Şurasının Prezidenti Antonio Kosta arasında telefon danışığından sonra Meksika Xarici İşlər Nazirliyinin yaydığı kommünikedə bildirilib.
Sənəddə deyilir: "Zirvə görüşünün əsas nəticələrindən biri "Meksika ilə Avropa İttifaqı arasında siyasi, iqtisadi və əməkdaşlıq sahələrində strateji tərəfdaşlıq haqqında saziş"in (yenilənmiş qlobal saziş), eləcə də aralıq ticarət sazişinin imzalanması gözlənilir".
Bəyanatda vurğulanıb ki, yeni saziş 25 il əvvəl qurulmuş "siyasi, əməkdaşlıq və iqtisadi münasibətlərin mövcud çərçivəsini yeniləyəcək və dərinləşdirəcək". Mətndə qeyd olunub ki, "bu hərtərəfli saziş bütün sahələrdə münasibətləri gücləndirəcək və hər iki tərəfin davamlı inkişafı üçün strateji sektorlarda daha dərin əməkdaşlığın təməlini qoyacaq".
Avropa İttifaqını görüşdə Avropa Şurasının prezidenti António Kosta və Avropa Komissiyasının prezidenti Ursula von der Leyen təmsil edəcək. Onların Meksikadakı iş proqramı 21 mayda başlayır. Şeynbaum və Kosta qarşıdan gələn sammitin "ikitərəfli münasibətlərdə həlledici an olacağı və Mexiko ilə Brüssel arasında strateji tərəfdaşlığın yeni mərhələsini möhkəmləndirməyə imkan verəcəyi" barədə razılığa gəliblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 01 May 2026 12:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















