Böyük Britaniya və Avropa İttifaqı arasında yeni strateji tərəfdaşlıq razılaşması imzalanacaq
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
London, 29 aprel, AZƏRTAC
Böyük Britaniya və Avropa İttifaqı (Aİ) yeni strateji tərəfdaşlıq razılaşması imzalamağa hazırlaşır. Sənədin mayın 19-da keçiriləcək Böyük Britaniya-Aİ sammitində imzalanması planlaşdırılır.
AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, bu razılaşma tərəflər arasında müdafiə, təhlükəsizlik və ticarət sahələrində əməkdaşlığın gücləndirilməsini, eləcə də Ukraynaya dəstək və beynəlxalq sabitlik məsələlərində birgə mövqedən çıxış edilməsini nəzərdə tutur. Həmçinin Böyük Britaniya və Aİ-nin Paris İqlim Sazişinin məqsədlərinə sadiq qalacağı və iqlim dəyişikliyi ilə mübarizədə birgə fəaliyyət göstərəcəkləri bildiriləcək. Bundan əlavə, tərəflər arasında 18-30 yaş arasındakı gənclərlə bağlı təcrübə proqramının həyata keçirilməsi planlaşdırılır. Proqramın məqsədi gənclər arasında mədəni və peşəkar təcrübə mübadiləsini təşviq etməkdir.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 29 Aprel 2025 17:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















