Icma.az
close
up
RU
Məktəb alış verişi üçün nə qədər pul lazımdır? QİYMƏTLƏR

Məktəb alış verişi üçün nə qədər pul lazımdır? QİYMƏTLƏR

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yeni tədris ilinin başlanmasına sayılı günlər qalıb. Məktəbə hazırlıq isə artıq valideynlərin gündəm mövzularından birinə çevrilib.

Şagirdlərin ehtiyac duyduğu çanta, məktəbli forması, dəftərxana ləvazimatları və digər zəruri vasitələrin alınması üçün valideynlər mağazalara üz tuturlar.

Bu müddətdə valideynlərin ən böyük qayğısı övladlarını məktəbə tam hazır görməkdir. pizza

"Yeni Sabah" xəbər verir ki, Oxu.Az-ın əməkdaşı məktəblərin açılması ərəfəsində Bakı və Sumqayıt şəhərlərində mağazalarda qiymətlərə nəzər salıb.

İlkin qənaətimiz belədir ki, mağazalarda nisbətən durğunluq müşahidə olunur.

Satıcıların sözlərinə görə, valideynlərin əksəriyyəti bazarlığa sentyabrın əvvəli, hətta dərslərin başlanmasına iki-üç gün qalmış başlayırlar. Onlar həmin tarixlərdə bazarda canlanmanın olacağını söyləyiblər.

Biz isə qiymətlərə nəzər salıb, artım olub-olmadığını araşdırırıq. Sumqayıt şəhərində bəzi məktəbli mağazalarında iyulun 22-dən ləvazimatlar endirimli qiymətlərlə təqdim olunur. Aksiyanın sentyabrın 30-na qədər davam edəcəyi bildirilir. Endirimli qiymətlər isə yalnız nağd alışda keçərlidir.

Bakıda isə qiymətlərdə hər hansı dəyişiklik yoxdur. Satıcılar qiymətlərdə artımın olmadığını söyləyirlər.

Hazırda məktəbli bazarında dəftərlərin qiyməti 5 qəpik - 6 manat arasında dəyişir. Satıcılar deyirlər ki, qiymət dəftərin vərəqinin sayından və onun növündən asılı olaraq formalaşır.

Sumqayıt şəhərində 40 vərəqli dəftər 25 qəpik, 60 vərəqli - 35 qəpik, 100 vərəqli - 55 qəpik, enli xətli 12 vərəqli - 15 qəpik, 24 vərəqli - 25 qəpik, 48 vərəqli - 40 qəpik, 60 vərəqli - 55 qəpik, 96 vərəqli - 75 qəpikdir.

Bakıda isə 48 vərəqli dəftər 80 qəpik, 24 vərəqli - 50 qəpikdir, ən ucuz dəftər 30 vərəqlidir, onun qiyməti 30 qəpikdir.

Spirallı böyük ölçü A4 həcmində dəftərlər 2 manat 5 qəpik, 240 vərəqli riyaziyyat dəftəri isə 6 manatdır.

Digər ləvazimatlara gəldikdə:

- Albomlar 50 qəpik - 5 manat;

- Yapışqanlar 30 qəpik - 2 manat;

- Ağardıcılar 40 qəpik - 95 qəpik;

- Qələmlər 15 qəpik - 2 manat;

- Rəngli karandaşlar 1 manat 70 qəpik - 7 manat;

- Plastilin 5 - 7 manat;

- Flomasterlər 90 qəpik - 11 manat;

- Su qabları 3 manat - 25 manat;

- Qələm və karandaş qabları 2 manat - 8 manatdır.

Sumqayıt şəhərində isə qeyd edilən ləvazimatlarda 20 qəpik - 1 manat arası endirimlər mövcuddur.

Məktəbli çantalarının qiymətləri isə istehsal edilən ölkələrə görə dəyişilir. Hazırda daha çox Türkiyə və Çin istehsalı mallar satışdadır. Qiymətləri 10-120 manat aralığında dəyişir. Çindən gələn ən yaxşı keyfiyyətdə olan çanta 60 manat, Türkiyədən gələn çantalar isə 30-65 manat aralığındadır. 120 manatlıq çantaların digərlərindən fərqi təkərlərinin olmasıdır. Bu çantaların digərlərinə nisbətdə daha keyfiyyətli olduğu bildirilir.

Məktəbli formalarının qiymətinə gəldikdə isə, Bakı Tikiş Evindən Oxu.Az-a bildirilib ki, qiymətlərdə dəyişiklik yoxdur və ötən ildən tətbiq olunan endirimlər qüvvədədir.

Beləliklə, yeni tədris ili ərəfəsində məktəbli alış-verişinin qiyməti seçilən məhsulun keyfiyyətindən, istehsalçı ölkəsindən və mağazadan asılı olaraq əhəmiyyətli dərəcədə dəyişir. Ən zəruri ləvazimatları daha münasib qiymətə əldə etmək mümkün olsa da, keyfiyyətli çanta və digər məhsullar üçün valideynlərin daha çox vəsait ayırması tələb olunur. Bakı ilə müqayisədə Sumqayıtda bəzi mağazalarda tətbiq edilən endirimlər isə məktəb alış-verişini nisbətən daha sərfəli edir.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 18 Avqust 2026 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see362

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see348

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see340

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see334

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see333

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see304

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see299

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see291

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see270

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see266

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see243

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see241

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see224

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see215

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see204

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see198

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see198

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see194

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri