Icma.az
close
up
RU
Məktəb avtobusları valideynlərin gündəlik qayğılarını azaldacaq

Məktəb avtobusları valideynlərin gündəlik qayğılarını azaldacaq

Icma.az, Missiya.az portalına istinadən məlumat verir.


"Məktəb avtobuslarının tətbiqi Azərbaycan təhsil sistemində sosial ədalət, təhlükəsizlik və keyfiyyət yönümlü islahatların tərkib hissəsi kimi mühüm əhəmiyyət daşıyır".

Bunu Missiya.Az-a açıqlamasında təhsil məsələləri üzrə ekspert Kamran Əsədov deyib. 

O bildirib ki, bu addım şagirdlərin məktəbə əlçatanlığını artırmaqla yanaşı, onların həyat təhlükəsizliyini təmin edəcək, valideynlərin maliyyə yükünü azaldacaq və təhsilin davamlı inkişafına təkan verəcək:

"“Təhsil haqqında” Qanunun 18-ci maddəsində dövlətin təhsil alanların təhlükəsizliyini təmin etmək öhdəliyi xüsusi vurğulanır. Məktəb avtobusları məhz bu hüquqi çərçivənin icrası deməkdir.


Statistik məlumatlar göstərir ki, ölkədə 1,6 milyondan çox şagird təhsil alır və onların 25-30 faizi məktəbdən uzaqda yaşayır. Son illərdə yol-nəqliyyat hadisələri nəticəsində məktəb yaşlı uşaqlar arasında ölüm və xəsarət halları müşahidə olunub. Dövlət Statistika Komitəsinin hesabatına görə, 2023-cü ildə baş verən yol qəzalarında 200-dən artıq azyaşlı zərər çəkib. Bu faktlar təhlükəsiz məktəb nəqliyyatının vacibliyini bir daha sübut edir. Avtobusların istifadəyə verilməsi şagird ölümlərinə səbəb olan qəzaların qarşısını alacaq və uşaqlar məktəbə daha təhlükəsiz şəkildə gedəcəklər".

Ekspert qeyd edib ki, müsbət tərəflərdən biri odur ki, məktəb avtobusları valideynlərin gündəlik qayğılarını azaldacaq:

"Hazırda bir çox valideyn övladını məktəbə gətirmək üçün şəxsi nəqliyyatdan istifadə edir və bu, həm əlavə xərc, həm də vaxt itkisi deməkdir. Avtobus xidmətinin genişləndirilməsi valideynlərin üzərindən bu yükü götürəcək, onların daha az pul xərcləməsinə səbəb olacaq. Bu, xüsusilə kənd yerlərində yaşayan ailələr üçün ciddi dəstəkdir.

Dünya təcrübəsinə nəzər salsaq, ABŞ-də hər gün 25 milyondan çox uşaq məktəb avtobuslarından istifadə edir. Türkiyədə “taşımalı eğitim” modeli ilə yüz minlərlə şagird gündəlik avtobuslarla məktəbə daşınır. Avropa ölkələrində də məktəb nəqliyyatı dövlətin sosial siyasətinin ayrılmaz hissəsi kimi həyata keçirilir. Azərbaycanın bu modelə keçidi ölkəni qlobal təcrübəyə yaxınlaşdırır və təhsil sistemini daha inklüziv edir.

Mənfi tərəf kimi ilkin mərhələdə böyük maliyyə xərcləri göstərilə bilər. Avtobusların alınması, texniki xidməti, yanacaq, sürücülər və müşayiətçi heyətin əməkhaqqı dövlət büdcəsinə əlavə yükdür. Lakin uzunmüddətli perspektivdə bu xərclər özünü doğruldur, çünki məktəbdən yayınma halları azalır, təhsilin əhatəliliyi artır, yol qəzası qurbanlarının sayı aşağı düşür və sosial dividendlər əldə olunur.

Müqayisə göstərir ki, indiyə qədər valideynlər uşaqlarını məktəbə aparmaq üçün şəxsi vasitələrindən və ya ictimai nəqliyyatdan istifadə edirdilər. Bu isə nə yol sıxlığını azaldırdı, nə də təhlükəsizlik təmin edirdi. Yeni sistemdə isə dövlət bu məsuliyyəti öz üzərinə götürür. Bu dəyişiklik həm sosial rifahı artıracaq, həm də təhsil sisteminin dayanıqlılığını gücləndirəcək".

Seyranə Quliyeva
Missiya.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://missiya.az
archiveBu xəbər 30 Sentyabr 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see267

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see228

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see202

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see184

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see180

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see172

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see157

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see154

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see146

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see144

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see142

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see137

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see137

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see135

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see134

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see132

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see132

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see131

Əfqanıstanlı kişi Britaniya xəstəxanasında 5 nəfəri yaraladı

31 Dekabr 2025 06:46see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri