Icma.az
close
up
RU
Məktəb avtobusları tıxacların qarşısını alacaq? RƏYLƏR

Məktəb avtobusları tıxacların qarşısını alacaq? RƏYLƏR

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Tədbirlər Planının digər tədbirlər hissəsində göstərilir ki, Ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində təhsil alanların rahat və təhlükəsiz daşınması məqsədilə “məktəb avtobusları”ndan istifadənin təşkili nəzərdə tutulur.

Bəs məktəb avtobuslarının olması tıxacın qarşısının alınmasında nə kimi rol oynaya bilər?

İlqar Hüseynov: Bakının mərkəzində yerləşən məktəblərin məktəb avtobusları ilə təmin olunması...

Mövzu ilə bağlı nəqliyyat eksperti İlqar Hüseynov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, bu kimi məsələlərin bir çoxunu nəqliyyat ekspertləri hər zaman təklif edib. Sevindirici haldır ki, təkliflər nəzərə alınır və həlli yolunu tapacaq. Məktəblərə məktəb avtobuslarının gətirilməsi xüsusən azyaşlı şagirdlərin daşınması üçün önəmli roy oynayar:

"Yuxarı yaş qrupundan olan şagirdlər ictimai nəqliyyatdan rahatlıqla istifadə edə bilirlər, lakin ibtidai sinif şagirdləri elə deyil. Valideynlər narahat olduqları üçün haqlı olaraq şəxsi avtomobillərilə daşımanı təmin edirlər. Bu da, təbii ki, dərsin başladığı və bitdiyi saatlarda məktəb ətrafı yollarda tıxaca səbəb olur ".

Müsahibimizin fikrincə, məktəb avtobuslarının fəaliyyətə başlaması tıxacın da azalmasına imkan yaradacaq.

"Hazırda ölkəmizdə bir neçə lisey var ki, onların təcrübəsində özəl məktəb avtobusları var. Bunun dövlət məktəblərində də olması, xüsusən, Bakının mərkəzində yerləşən məktəblərin məktəb avtobusları ilə təmin olunması tıxacın azalmasında vacib rol oynayacaq", - deyə İlqar Hüseynov vurğulayıb.

Kamran Əsədov: Məktəb avtobuslarının tətbiqi təhsil sistemində mühüm yeniliklərdən biri olacaq

Təhsil eksperti Kamran Əsədov isə məktəb avtobuslarının təhsil sisteminə necə təsir edəcəyindən bəhs edib. Onun Bakıvaxtı.az-a dediyinə görə, Azərbaycanda məktəb avtobuslarının tətbiqi təhsil sistemində mühüm yeniliklərdən biri olacaq. Ekspert bildirib ki, bu qərarın icrası həm şagirdlərin təhlükəsizliyini təmin edəcək, həm də nəqliyyat sıxlığını azaldaraq ekoloji problemlərin həllinə töhfə verəcək:

“Təcrübələr göstərir ki, məktəb avtobuslarının istifadəsi inkişaf etmiş ölkələrdə təhsil infrastrukturunun ayrılmaz hissəsidir və bu sistemin effektiv işləməsi üçün qanunvericiliyin möhkəmləndirilməsi vacibdir".

K.Əsədov qeyd edib ki, hazırda Azərbaycanda məktəb avtobuslarının fəaliyyətini tənzimləyən ayrıca qanun yoxdur. Ancaq “ Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsində uşaq və məktəbli nəqliyyat vasitələri üçün müəyyən qaydalar nəzərdə tutulub. Bu qaydalara əsasən, məktəb avtobusları xüsusi işarələrlə təchiz olunmalı və onların sürücüləri müəyyən edilmiş təhlükəsizlik qaydalarına riayət etməlidirlər:

"Beynəlxalq təcrübədə bu sahəyə dair daha sərt tənzimləmələr mövcuddur. Məsələn, ABŞ-də məktəb avtobusları “Federal Motor Carrier Safety Administration” tərəfindən ciddi qaydalara tabedir. Bu qaydalara görə, avtobuslarda təhlükəsizlik kəmərləri, GPS izləmə sistemləri və sürücülər üçün xüsusi sertifikasiya tələbi mövcuddur".

Ekpert belə avtobusların tıxacların azalmasında rolu olacağını vurğulayıb:

"Məktəb avtobuslarının istifadəsi nəqliyyat sıxlığını əhəmiyyətli dərəcədə azalda bilər. Bakı şəhərində səhər saatlarında məktəblərin qarşısında yaranan sıxlıq əsasən valideynlərin şəxsi avtomobillərindən istifadə etməsi ilə bağlıdır. Məsələn, Avropa ölkələrində məktəb avtobusları bu problemi həll etmək üçün geniş tətbiq olunur. Almaniyada məktəbli avtobusları əsasən kənd və şəhərətrafı bölgələrdə təşkil olunur və marşrutlar şagirdlərin yaşadığı ərazilərə uyğun müəyyənləşdirilir. Bu təcrübə göstərir ki, düzgün planlaşdırılmış marşrutlar sayəsində şəxsi nəqliyyat vasitələrinin istifadəsi azalır və məktəblər ətrafında nəqliyyat axını nizamlanır.

ABŞ-da məktəb avtobuslarının təhlükəsizlik standartları ciddi şəkildə qorunur. Burada sarı rəngli avtobuslar xüsusi siqnallar və dayanma nişanları ilə təchiz olunur. Yol hərəkəti qaydalarına görə, məktəb avtobusu dayanarkən digər nəqliyyat vasitələri də dayanmalı və şagirdlərin təhlükəsiz şəkildə enib-minməsinə şərait yaratmalıdır. Kanada və Avstraliyada da bu təcrübə tətbiq edilir. Kanadada məktəb avtobuslarının sürücüləri xüsusi təlim keçməli və mütəmadi olaraq yenidən sertifikasiya edilməlidir. Avstraliyada isə məktəb avtobuslarının sürücüləri xüsusi psixoloji testlərdən keçməlidir ki, bu da uşaqlarla ünsiyyət bacarığının yüksək səviyyədə olmasını təmin edir".

Həmsöhbətimiz hesab edir ki, məktəb avtobuslarının tətbiqi ekoloji baxımdan da əhəmiyyətlidir. Dünya Bankının məlumatlarına əsasən, şəhərlərdə nəqliyyat sektorundan gələn emissiyalar əsas çirklənmə mənbələrindən biridir:

“ABŞ-də aparılan araşdırmalar göstərir ki, məktəb avtobuslarının istifadəsi şəxsi avtomobillərlə müqayisədə karbon qazının atmosferə buraxılmasını əhəmiyyətli dərəcədə azaldır. Fransada məktəb avtobusları əsasən elektrik və ya hibrid mühərrikli nəqliyyat vasitələri ilə təmin olunur. Azərbaycanın da bu istiqamətdə yaşıl nəqliyyat texnologiyalarına üstünlük verməsi ekoloji dayanıqlılığa töhfə verə bilər".

Onun sözlərinə görə, maliyyə xərcləri məktəb avtobuslarının tətbiqində nəzərə alınmalı əsas məsələlərdən biridir. Bu sistemin qurulması üçün böyük vəsait tələb olunur. Məsələn, Böyük Britaniyada məktəb avtobuslarının saxlanılması və idarə olunması əsasən yerli hökumətlərin nəzarətindədir və bu xərclər dövlət büdcəsindən maliyyələşdirilir. Azərbaycanda isə bu sistemin effektiv işləməsi üçün dövlət dəstəyi ilə yanaşı, bələdiyyələr və özəl sektorun iştirakını nəzərdən keçirmək olar. Məsələn, Türkiyədə məktəb avtobuslarının bir hissəsi özəl nəqliyyat şirkətləri tərəfindən idarə olunur, lakin marşrutlar və qiymətlər dövlət tərəfindən tənzimlənir:

"Sürücü heyətinin peşəkarlığı məktəb avtobuslarının uğurla tətbiq olunmasının əsas şərtlərindən biridir. Qanunvericiliyə uyğun olaraq, məktəb avtobuslarının sürücüləri müəyyən yaş həddini keçməli, tibbi və psixoloji yoxlamalardan keçməli və uşaqlarla işləmək üçün xüsusi icazəyə malik olmalıdırlar”.

İdarəetmə mexanizmlərinin gücləndirilməsi də məktəb avtobuslarının effektivliyini artıracaq amillərdəndir:

“Cənubi Koreyada məktəb avtobusları GPS sistemləri ilə təchiz olunub və valideynlər mobil tətbiqlər vasitəsilə avtobusların harada olduğunu real vaxt rejimində izləyə bilirlər. Bu sistem valideynlərin rahatlığını artırır və uşaqların təhlükəsizliyi üçün əlavə nəzarət mexanizmi yaradır. Azərbaycan da oxşar texnologiyaları tətbiq edərək, valideynlər üçün rahat izləmə mexanizmi təmin edə bilər".

Nuriyyə Musayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 31 Yanvar 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see296

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see268

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see265

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see250

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see241

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see240

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see233

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see223

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see223

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see216

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see213

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see208

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see207

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see198

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see196

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see196

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see192

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see190

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri