Icma.az
close
up
RU
Məktəb dərsliklərindəki “tərsliklər”

Məktəb dərsliklərindəki “tərsliklər”

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ekspert deyir ki, şagirdlər üçün nəzərdə tutulan kitabların çox az hissəsi pilot sınaqlardan keçib; “Dərslik müəllifləri repetitorluqla məşğul olan şəxslərdir, ona görə...

Ümumtəhsil məktəbləri üçün dərslik hazırlama prosesi olduqca çətin və məsuliyyətli bir işdir. Dərsliklər xüsusi strategiya əsasında hazırlanmalıdır və prosesə mütləq ciddi nəzarət olmalıdır. Dərsliklərin hazırlanması işinə Elm və Təhsil Nazirliyinin birbaşa nəzarət etməsi zəruridir. “Bakı-Xəbər” yazır ki, dərsliklər kənarda hazırlanır. Yəni istənilən müəllif dərslik hazırlayır, onu layihə şəklində nazirliyin keçirdiyi tenderə təqdim edir. Onun layihəsinin dərslik kimi qəbul edilməsi tenderin nəticələrindən asılı olur.

Əslində isə hər kəsə dərslik yazmaq üçün icazə verilməməlidir. Xüsusi komissiya yaradılmalı və dərsliklərin müəllifləri orada müəyyən edilməlidir. Amma biz görürük ki, proses kənarda baş verir. Nazirlik də dərslik müəlliflərindən narazı qalır.

Elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən konfransda çıxışı zamanı deyib ki, hazırda dərsliklər daha çox fərdi müəlliflərin şəxsi yanaşmalarına əsaslanaraq hazırlanır.

Nazir bildirib ki, bu, tədris prosesində standartlaşmanın olmamasına və metodik problemlərə səbəb olur: “Hesablanmış, tədqiq edilmiş və ölçülmüş üsullardan istifadə edilərək yazılmış dərsliklərin olmaması da əsasən bu səbəbdən qaynaqlanır”.

Dərslik hazırlamaq, dərsliklərə nəzarət, müəlliflərin seçimi, dərslik layihələrinin standartlara uyğunlaşdırılması və sair nazirliyin işidir. Belə görünür ki, nazirliyin dərsliklərin hazırlanma prosesindən xəbəri yoxdur. Ən azından tenderə təqdim olunan layihələr ciddi şəkildə saf-çürük edilməlidir. Qaydalar belədir ki, dərsliklər ekspertizadan keçirilməlidir. Amma görünən odur ki, ekspertiza məsələsinə də barmaqarası yanaşılır.

Elm və Təhsil Nazirliyi dərslik hazırlanma prosesinə birbaşa başçılıq etmək əvəzinə müəlliflərin dərslikləri öz bildikləri kimi hazırladıqlarını deyir. Müəllif dərslik məsələsində müstəqil ola bilməz, bu mənada ki, o, qaydalara, standatlara əməl etməlidir. Müəllifləri özbaşına buraxanda, əlbəttə, dərslik hazırlama prosesində bu cür xaos baş verir.

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, dərslik hazırlığı ilə bağlı hazırkı mexanizmdə problemlərin kökündə duran əsas məsələ prosesin elmi-metodik ardıcıllıq əsasında deyil, fərdi müəllif yanaşması və tender prosedurları ilə idarə olunmasıdır: "Apardığım təhlillər aydın göstərir ki, dərsliklər kurikulumun fənn üzrə inkişaf xəttinə uyğun deyil, daha çox müəlliflərin şəxsi metodoloji təsəvvürlərinin məhsulu kimi formalaşır. Bu isə həm standartlaşmanın itməsinə, həm də fənn üzrə bilik və bacarıqların sarmal (spiral) məntiqinə zidd olan strukturların yaranmasına səbəb olur. Nazir Emin Əmrullayevin Milli Məclisdə vurğuladığı kimi, “hesablanmış, tədqiq edilmiş və ölçülmüş üsullarla yazılmış dərsliklərin olmaması” problemin sistem xarakteri daşıdığını sübut edir və bu çıxışın özü Elm və Təhsil Nazirliyinin açıq, şəffaf və islahat yönlü mövqeyini göstərir. Nazirliyin bu problemi etiraf etməsi və dəyişiklik çağırışı sistemin güclənməsi üçün mühüm pozitiv addımdır.

Əldə etdiyim statistik təhlil də göstərir ki, Azərbaycanda hazırda 180-dən çox dərslik və metodik vəsait məktəblərdə istifadə olunur, lakin onların yalnız çox az hissəsi real pilot sınaqlardan keçib. OECD ölkələrində dərsliklərin ən azı 2-3 il ərzində sınaqdan keçirilməsi praktikası mövcuddur; məsələn, Estoniyada bir dərsliyin təsdiqi üçün 7 mərhələli ekspertiza aparılır. Türkiyədə MEB-in 25 nəfərlik mərkəzi komissiyası müəllifləri seçir, hər material 3 müstəqil ekspertiza mərhələsindən keçir. Azərbaycanda isə tender modelinə əsaslanan mexanizm səbəbilə müəlliflərin təcrübəsi, pedaqoji vizyonu və fənn metodikası üzrə elmi hazırlığı bəzən əsas meyar olmur. Bu, dərsliklərin keyfiyyətinə bilavasitə təsir edir".

Ekspert əlavə edib ki, qanunvericilik də prosesin mahiyyətini müəyyən edir: ""Təhsil haqqında" Qanunun 13.2-ci maddəsində göstərilir ki, “dərslik və tədris materialları dövlət təhsil standartlarına uyğun hazırlanmalı və ekspertizadan keçirilməlidir”. Bu müddəa dərsliklərin elmi-metodik nəzarət altında hazırlanmasını tələb edir. Lakin praktikada ekspertizanın formal aparılması və prosesin kənar müəllif təşəbbüsləri ilə idarə olunması qanunun tələbinə zidd mahiyyət daşıyır. Yəni qanun dövlət nəzarəti tələb edir, mexanizm isə faktiki olaraq bazar prinsipləri ilə işləyir. Burada sistem boşluğu yaranır.

Dünya təcrübəsi - xüsusilə Sinqapur, Finlandiya və Estoniya nümunələri - göstərir ki, dərslik müəlliflərinin seçimi üçün əvvəlcə onların elmi-pedaqoji kompetensiyası dövlət tərəfindən qiymətləndirilir, yalnız sertifikatlaşdırılmış mütəxəssislər dərslik yazmaq səlahiyyəti qazanır. Azərbaycanda isə problem ondadır ki, bir çox hallarda dərslik müəllifləri repetitorluqla məşğul olan şəxslərdir və onların dərslik yazarkən əsas məqsədi kurikulumun mahiyyətini açmaq yox, qəbul imtahanlarında sual bazasına uyğun kontent yaratmaq olur. Nəticədə dərslik məktəb üçün deyil, daha çox abituriyent hazırlığı üçün yazılmış materiala çevrilir.

Bir neçə nümunə bunu açıq şəkildə göstərir. Tarix dərsliklərində faktoloji materiallar çox zaman ensiklopedik yüklənmə şəklində təqdim olunur, halbuki kurikulumda dərin təhlil və hadisələrarası əlaqələr tələb olunur. Riyaziyyat dərsliklərində isə bəzi müəlliflər DİM-in çətin test suallarını nəzərə alaraq, proqramdankənar anlayışlara yer verirlər; məsələn, 8-ci sinif dərsliyində kurikulumda olmayan bəzi kombinasiyalar mövzularına toxunulması qəbulyönümlü yazı üslubunun nəticəsidir. Azərbaycan dili dərsliyində isə bəzi bölmələr daha çox test bacarığına hesablandığı üçün mətn anlayışı, nitq mədəniyyəti və funksional savadlılıq ikinci plana düşür. Bütün bu nümunələr müəlliflərin kurikulumu izləmək yerinə abituriyent hazırlığı bazarına uyğunlaşmağa çalışdığını göstərir".

Kamran Əsədova görə, Elm və Təhsil Nazirliyinin bu problemləri açıq şəkildə dilə gətirməsi və yeni model üzərində işləməsi sistem üçün ciddi müsbət dönüş yaradır: "Nazirliyin yanaşması həm standartların bərpasına, həm metodik vahidliyin təmininə, həm də müəllif məsuliyyətinin artırılmasına xidmət edəcək. Əgər dərsliklər yalnız dövlətin sertifikatlaşdırdığı müəlliflər tərəfindən, elmi-metodik şuranın nəzarəti altında hazırlanarsa, tender mexanizminə yenidən baxılarsa və ekspertiza real sınaqlara əsaslanarsa, dərsliklərdəki xaos aradan qalxacaq. Bu zaman müəllif təfəkkürü deyil, kurikulumun fənn xətti və pedaqoji konsepsiya əsas meyara çevriləcək.

Hesab edirəm ki, atılmalı olan ən vacib dərslik tək müəllif mətnindən çıxıb milli təhsil strategiyasının alətinə çevrilməsin. Dərsliklərin hazırlanması Elm və Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş elmi komanda ilə aparıldıqda, həm metodik ardıcıllıq təmin olunacaq, həm də fənn üzrə uzunmüddətli inkişaf xətti qorunacaq. Nəticədə şagird üçün dərslik anlaşılan, müəllim üçün işlək, sistem üçün isə sabit standart yaradacaq. Bu, həm repetitorluq bazarının təsirini azaldacaq, həm də məktəbin real funksiyasını gücləndirəcək. Elm və Təhsil Nazirliyinin bu istiqamətdə atdığı addımlar düzgün, rasional və gələcək üçün strateji əhəmiyyət daşıyan islahat xəttidir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://moderator.az
archiveBu xəbər 12 Dekabr 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see569

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see410

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see293

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see292

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see286

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see264

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see258

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see231

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see226

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see214

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see210

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see208

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see205

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see202

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see199

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see197

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see192

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see181

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri