Icma.az
close
up
RU
Məktəb deyil, toy sarayı! AKTUAL

Məktəb deyil, toy sarayı! AKTUAL

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Uşaqlar üçün vahid geyim, rəqs məşqləri, 60 manatlıq restoranda buraxılış... 


Təhsilin yerini təmtəraq alıb. Valideynlər narazı, müəllimlər susur, nazirlik isə hələ də izahat vermir



Orta məktəblərdə də, uşaq bağçalarında da “buraxılış bumu” yaşanır. “Bum” nə bum!... “Vinetka”, mantiya, restoran “tutmaq”, buraxılış gününə xüsusi – vahid geyim, tort, rəqslər, mahnılar, sonda da müəllimə, tərbiyəçiyə, direktora, tədris hissə müdirinə qızıl, zinət əşyası hədiyyə! Buraxılış dəm-dəstgahı təkcə XI, deyək ki IX sinifləri əhatə etsə, yenə də yeri var, anlayışla qarşılanacaq.

 Məsələ burasındadır ki, “buraxılış” təntənəsi uşaq bağçalarından start götürür. Uşaq bağça ilə vidalaşır, buraxılış günü keçirilir. I sinfi bitirir, yenə buraxılış günü, hətta IV sinifdə də. Daha hansı qaldı? Birdəfəlik təhsilin bütün pillələrini əhatə etsinlər, iş tamam olsun. Valideynlər də bəri başdan bilsinlər ki, uşaq hər sinifdən sinfə keçdikcə buraxılış günü keçiriləcək və bilsin ki, əli cibində olmalıdır. Niyə, indi izah edirik. Deməli, I siniflərdə də, IV siniflərdə də buraxılış gününə az qala aprel ayından hazırlıqlar başlayıb. Bu, əksər orta ümumtəhsil məktəblərində yaşanan haldır. Konkretlik olması üçün Binəqədi rayonu 182 saylı tam orta məktəbi nişan veririk. Övladı həmin məktəbin IV sinfini bitirən valideynlərdən birinin redaksiyamıza verdiyi məlumata görə, buraxılış gününə ciddi-cəhdlə hazırlıq gedir. İki ay əvvəldən sinif müəllimi valideynləri toplayaraq bildirib ki, uşaqların hamısı bir nəfər kimi rəqs öyrənməlidir. Bunun üçün də aylıq ödəniş edilməli, uşaqlar rəqs müəlliminin qəbuluna aparılmalıdır. 2 aylıq rəqs dərsinin qiyməti 25 manatdır. Buraxılış günü üçün dəvət olunacaq foto-kameramanın qiyməti 40 manatdır. Bura, foto, kamera, dekor (?!) da daxildir. Elə bil şadlıq sarayında toy hazırlığıdır. Şadlıq sarayı demişkən, restoran da behlənib. Bir şagird üçün 60 manat. Sinfin şagirdləri hamısı eyni, təntənəli geyimdə olmalıdır, müəllim tapıb geyim dəstini, valideynlərə tapşırıb ki gedin, məhz bu geyimdən alın. Qız uşaqlarının başında çələng olmalıdır. Oğlan uşaqları da hamısı eyni geyimdə. 30 manat xərcləyib valideynlər bu geyimə. Şagirdlər məktəbli formasında olsalar, dünya dağılacaqdı. Mütləq imiş ki fərqli bir geyim olsun. Elə bil xor ansamblıdı. Səhnəyə çıxacaqlar. Yekunda sinif müəlliminə qızıl hədiyyə ediləcək. Təyin edilən gündə məktəbə fotoqraf gəlir, günün altında uşaqlar sıraya düzülür, müəllimləri də “gülün, bikef, acıqlı dayanmayın”, təlimatı altında uşaqların fotoları çəkilir, ya da foto-atelyeyə aparılır uşaqlar, orada tək-tək şəkillər çəkilir, vinetka hazırlanır. Buna da 40 manat xərc gedir. Buraxılış dəm-dəstgahına bu günədək 200 manatdan çox xərci  çıxıb valideynlərin. Belə təmtəraq olan yerdə gərəkdir ki, tədris də ən üst səviyyədə olsun. Təəssüf ki, tədrisin səviyyəsi təmtəraqla tərs-mütənasiblik təşkil edir. Olacaq da budur. Harda ki zahiri parıltı, təmtəraq olur, orada keyfiyyətli təhsildən söhbət gedə bilməz. Hazırda ölkənin təhsil sistemində yaşananlar şeytanın da ağlına gəlməz. Sinif müəllimi valideyn qrupuna mesaj göndərir. Səsli yox, bu, təhlükəlidir. Məhz yazılı. Söhbət nədən gedir: BSQ (böyük summativ qiymətləndirmə) yazılacaq, hər uşaq 1 manat gətirməlidir. Niyə? Nə üçün?.. Bilinmir. Sinif müəllimi belə qeyd edir: “BSQ yazılacaq. Uşaqlara demişik, bilirlər...” Nəyi bilirlər? İmtahanın pullu olduğunu? Şagirdləri bu formada rüşvətə, korrupsiyaya alət etmək kimin ağlının məhsuludur, görəsən. Və həqiqətən də, niyə şagird 1 manat gətirməlidir? BSQ yazılacaq vərəq pulludur, məgər? Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin cavabı, izahı maraqlıdır.  

Məktəblərimiz rəqs dərnəyinə, “konservatoriyaya” dönüb. Tədrisi restoran, çalıb-oynamaq, bahalı hədiyyələr, zahiri təmtəraq əvəz edib. Bu məsələdə, razıyıq, ən böyük günah valideynlərindir. Valideynlər vəzifələrinin nədən ibarət olduğunu bilsələr, “uşağım seçilməsin” deyib, övladının seçilməməsini yalnız rəqsdə, geyim-keçimdə, restorandakı şənlikdə iştirak etməklə ölçürsə, məktəbdən bundan artığını gözləməyə dəyməz. 


Bir də, fəlsəfə doktoru Etibar Əliyev sosial şəbəkədə belə bir paylaşım edib: 

 “Mən dəfələrlə demişəm ki, Azərbaycan orta məktəblərində tədris və tərbiyə günü-gündən aşılanır. Məktəblərdə şagirdlər arasında kütləvi şəkildə bıçaqlanma halları baş verir, açıq şəkildə rüşvət yığılır. Yuxarı sinif şagirdləri demək olar ki, dərsə gəlmir. Budur, daha bir ağlasığmaz hərəkət. Bakının 112 saylı tam orta məktəbində ibtidai sinif müəllimi musiqi dərsində uşaqların ağzını “skoç”layıb, rəqs etdirir”. 

Bu paylaşım yazdıqlarımızın əyani sübutudur. Bu hadisəyə nə reaksiya veriləcək, hansı ölçü götürüləcək, baxarıq. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 İyun 2025 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əməkdar artisti sancan ilan öldü

25 İyul 2026 01:34see247

Rusiya Ukrayna müharibəsində çıxılmaz vəziyyətə düşüb

25 İyul 2026 01:12see233

Ən çox biznes krediti verən 5 bank (II rüb 2026)

24 İyul 2026 16:01see205

Yayda arılardan qurtulmağın ən sadə yolu

24 İyul 2026 18:10see199

AAYDA ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü (SİYAHI)

24 İyul 2026 15:38see187

ATB nin əməkdaşı VI “Yüksəliş” müsabiqəsinin qalibi oldu

24 İyul 2026 16:43see186

Xalq artistinin Dream Fest obrazı maraq doğurdu Şeir, rəsm və moda…

25 İyul 2026 12:01see183

Zakir Həsənov qardaş ölkəyə BAŞSAĞLIĞI VERDİ

24 İyul 2026 20:59see172

Bu havada çölə çıxmaq təhlükəli ola bilər Professor xəbərdarlıq ETDİ

24 İyul 2026 20:03see169

Conni Depp böyük ekrana qayıdır...

24 İyul 2026 21:50see166

Neftçi nin qadınlardan ibarət komandası Çempionlar Liqasının I təsnifat mərhələsində final oyununa çıxacaq

25 İyul 2026 13:12see166

Dəriyə qulluq vasitəsi alarkən yalnız reklam və ya brendə inanmayın

26 İyul 2026 06:24see166

Dünya çempionu İspaniyanın 15 MİLYON dolları əlindən alınacaq

25 İyul 2026 03:43see164

“Ukraynanın yeni taktikası Kreml üçün təhlükəli ola bilər“ “The Sun“

26 İyul 2026 12:42see163

Lionel Messi MLS in bütün ulduzlarının heyətinə daxil edilməyib

26 İyul 2026 05:13see162

“Aslanlar” Avstriyada uduzdu

25 İyul 2026 00:06see162

Dünyanın ən qocaman balinasının yaşı AÇIQLANDI

25 İyul 2026 01:19see160

Səudiyyə qüvvələri husi hədəflərinə zərbə endirdi

25 İyul 2026 01:50see160

Rusiyanın Ukraynaya yeni kütləvi hücuma hazırlaşır Zelenski açıqladı

25 İyul 2026 00:11see159

“Yuventus” yoldaşlıq oyununda Standard”ı minimal hesabla məğlub edib

26 İyul 2026 00:33see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri