Məktəb məscid deyil deputat
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Nazirlər Kabinetinin ümumi təhsil müəssisələrində şagirdlər üçün vahid geyim formasının tətbiqi və müəllimlər üçün geyim qaydalarını müəyyənləşdirməsi manipulyasiya edilərək hicabla əlaqəli müzakirələrə çevrilib. Qərarın bəzi çevrələr tərəfindən dini azadlıqlara məhdudiyyət kimi təqdim edilməsi və müzakirə mövzusunun fərqli istiqamətə yönəldilməsi fikir ayrılıqlarına səbəb olub.
Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib ki, Azərbaycanda vicdan və dini etiqad azadlığı təmin olunsa da, dövlət təhsil sisteminin dünyəvi xarakteri qorunmalıdır.
Deputat qeyd edib ki, məktəb yalnız bilik və bacarıqların aşılandığı müəssisə deyil, həm də uşaqların şəxsiyyət kimi formalaşdığı və dünyagörüşünün inkişaf etdiyi mühitdir.
Onun sözlərinə görə, vahid məktəbli forması şagirdlər arasında sosial statusa və ailələrin maddi imkanlarına görə yaranan fərqlərin azaldılmasına, bərabərlik prinsipinin təşviqinə xidmət edir:
“Burada bir məqamı xüsusi vurğulamaq istəyirəm: məktəb məscid deyil, məscid də məktəb deyil. Hər bir məkanın öz təyinatı, funksiyası və davranış qaydaları var. İnsanlar dini ibadət məkanlarında həmin məkanın qaydalarına, təhsil müəssisələrində isə qanunvericiliyə və müəyyən edilmiş məktəb qaydalarına uyğun davranmalıdırlar. Məktəblərdə vahid geyim qaydalarına riayət olunması dini etiqad azadlığının inkar edilməsi kimi təqdim edilməməlidir”.
A.Badамov bildirib ki, dünyəvilik dini dəyərlərə qarşı münasibət kimi təqdim edilməməlidir.
Deputatın fikrincə, bu prinsip müxtəlif dini inanclara malik insanların hüquqlarının qorunmasına, dövlət idarəçiliyinin dini təsirlərdən müstəqilliyinə və cəmiyyətdə bərabərliyin təmin olunmasına xidmət edir.
Parlamentari həmçinin uşaqların radikal ideoloji təsirlərdən qorunmasının vacibliyini qeyd edib:
"Uşaqların tənqidi düşüncə qabiliyyətinin inkişaf etdirilməsi, dini mövhumat, xurafat və radikal çağırışlardan qorunması ailənin, məktəbin və bütövlükdə cəmiyyətin ortaq vəzifəsidir. Vahid məktəbli formasına münasibətdə əsas meyar uşaqların mənafeyi, təhsilin keyfiyyəti, bərabərlik və qanunun aliliyi olmalıdır. O əlavə edib ki, vahid geyim qaydaları bütün şagirdlərə ədalətli, ardıcıl və qanunvericiliyə uyğun şəkildə tətbiq edilməlidir".
Baxış sayı:64
Bu xəbər 12 Oktyabr 2026 12:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















