Icma.az
close
up
RU
Məktəb direktoru azyaşlı şagirdlərdən polisə şikayət edib Bakı təhsilində şok

Məktəb direktoru azyaşlı şagirdlərdən polisə şikayət edib Bakı təhsilində şok

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan təhsil sistemində ağılagəlməz hadisə baş verib. Orta məktəb direktoru azyaşlı şagirdlərdən polisə şikayət edib, bu da valideynlərin ciddi narazılığına səbəb olub.

“AzPolitika” xəbər verir ki, hadisə Nizami rayonunda yerləşən 62 saylı məktəb-liseydə baş verib.

Valideynlərdən biri saytımıza bildirib ki, 7-8-ci siniflərdə oxuyan uşaqların nadincliyi onları təəssüfləndirən və qəzəbləndirən sonluqla yekunlaşıb: “Məktəbdə dərslər yekunlaşdığı günlərdə uşaqlar bizdən məktəbə ağ göynək və rəng aparmağa icazə istədilər. Bildirdilər ki, şagirdlər xatirə üçün əllərini rəngə boyayıb bir-birlərinin köynəklərinə vuracaqlar və sonra köynəyi xatirə kimi saxlayacaqlar. Mərasim sinif otağında təşkil olunub, nəticədə uşaqlar rəngi yerə, partalara töküblər. Müəllimlər, direktor Mətanət Cabbarlı valideynləri toplayıb narazılığını bildirdi, biz də müəllimlər də uşaqları danladıq və sinif otaqlarını təmizlədik”.

Valideyn bildirir ki, hadisənin bitdiyini zənn etsələr də, sonrakı günlərdə polisdən gələn zəng onları şoka salıb: “Tələb edirdilər ki, uşaqları da götürün, polis bölməsinə gəlin, direktor sizin övladlarınızadan şikayətçidir, izahat və təhqiqat aparılmalıdır. Biz bildirdik ki, azyaşlı uşaqların polisə aparılması, izahat verməsi onlarda ciddi travma yaradar. Amma belə məlum oldu ki, direktor M.Cabbarlı uşaqların polis tərəfindən cəzalandırılmasında israrlıdır, o, tez-tez zəng vurub polisə təzyiq göstərməyə cəhd edir”.

Valideynlər saytımız vasitəsi ilə Elm və Təhsil Nazirliyinə, Bakı şəhər Təhsil İdarəsinə müraciət edərək, direktor Mətanət Cabbarlının bu ağılasızğmaz hərəkəti barədə ölçü götürməyi xahiş edirlər. Qeyd edək ki, sözügedən məktəb-lisey barədə internetdə axtarış edərkən təhsil ocağı ilə bir araya sığmayan neqativ xəbərlərlə üzləşdik. Müxtəlif saytlarda məktəbdə şagirdlərdən, müəllimlərdən pul yığılması, təhsil mühitinin olmaması, direktorun özbaşınalıqları və s. barədə onlarla məqalə yazılıb. Ümid edirik ki, aidiyatı qurumlar 62 saylı məktəb-lisey haqda valideynlərin bu şikayəti barədə də araşdırma aparacaqlar.

Valideynlərin şikayəti ilə bağlı 62 saylı məktəb-liseylə əlaqə saxladıq. Bildirildi ki, rəhbərlik hazırda iclasdadır və bir qədər sonra suallarımız cavablandırılacaq. Lakin daha sonra məktəbdən zənglərimizə cavab verilmədi – telefon dəstəyi qaldırılmadı.

Rasim Əliyev
AzPolitika.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:251
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 20 İyun 2025 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri