Icma.az
close
up
RU
“Məktəb ictimai müzakirədə” dialoq mühiti genişləndirilir

“Məktəb ictimai müzakirədə” dialoq mühiti genişləndirilir

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 14 may, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Azərbaycan Mətbuat Şurasının (MŞ) təşəbbüsü ilə həyata keçirilən “Məktəb ictimai müzakirədə” layihəsi çərçivəsində növbəti görüş təşkil olunub.

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, 261 nömrəli məktəb-liseydə keçirilən görüşdə qonaqlar əvvəlcə təhsil ocağının foyesində şagirdlərin əl işlərindən ibarət sərgi və yaradıcılıq nümunələri ilə tanış olub, dəhlizlərdə nümayiş etdirilən STEAM dərsləri çərçivəsində ərsəyə gətirilmiş innovativ layihələrə baxış keçiriblər.

Məktəb-liseyin direktoru Könül Məmmədli görüşün məqsədi barədə ətraflı məlumat verib, bu cür açıq dialoq və qarşılıqlı əməkdaşlıq platformalarının təhsil mühitinin inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb. Direktor daha sonra təhsil ocağının fəaliyyətinə dair təqdimatla çıxış edib, gələcək hədəflər və inkişaf istiqamətləri barədə məlumat verib.

Milli Məclisin deputatı Zahid Oruc belə platformaların yalnız fikir mübadiləsi üçün deyil, həm də məktəb mühitinin real ehtiyaclarının daha aydın şəkildə ortaya çıxması baxımından əhəmiyyətindən bəhs edib. Müəllim nüfuzunun qorunmasının vacibliyindən danışan deputat vurğulayıb ki, cəmiyyətin müəllimə verdiyi dəyər gələcəyin necə formalaşacağını müəyyən edən əsas amillərdəndir.

Deputat Vüqar Rəhimzadə çıxışında məktəblə icma arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin təhsilin daha dayanıqlı inkişafına şərait yaratdığını bildirib. Qeyd edib ki, bu əməkdaşlıq məktəb mühitinin cəmiyyətlə daha sıx inteqrasiyasına və qarşılıqlı etimadın güclənməsinə mühüm töhfə verir.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli bildirib ki, media təhsilin inkişaf prosesində yalnız müşahidəçi deyil, eyni zamanda onun yanında olan vacib tərəfdaş kimi çıxış etməlidir. H.Heydərli informasiya məkanında məktəbin və müəllimin nüfuzunun qorunmasını, daim ön planda saxlanılmasını cəmiyyətin təhsilə münasibətinin formalaşmasında mühüm rol kimi dəyərləndirib.

BŞTİ-nin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov bildirib ki, məktəb-icma əlaqələrinin gücləndirilməsi təhsil mühitinin daha sağlam və dayanıqlı inkişafına xidmət edir və bu əlaqələrin geniş olduğu məktəb modeli tədris prosesinə marağı artırır, həmçinin məktəbin sosial mühitdə rolunu daha görünən edir.

Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Xətai Rayon Komitəsinin sədri Sehran Səfərov, müəllimlər və valideynlər uşaqların hərtərəfli yetişdirilməsi istiqamətində qarşılıqlı əməkdaşlığın üstünlüklərindən söz açıblar. Çıxışlarda ailə, məktəb və ictimai mühit arasında sağlam əlaqələrin formalaşdırılmasının vacibliyi xüsusi vurğulanıb.

Görüş zamanı şagirdlərin ifasında kompozisiyalar təqdim olunub.

Qeyd edək ki, layihənin əsas məqsədi ümumi təhsil müəssisələrinin fəaliyyətinə dair ictimai hesabatlılığın genişləndirilməsi, ictimaiyyətlə açıq dialoqun qurulması və təhsil mühitində şəffaflığın daha da artırılmasından ibarətdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 May 2026 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see329

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see312

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see297

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see256

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see251

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see248

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see243

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see234

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see230

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see218

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see213

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see209

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see207

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see206

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see197

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see183

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see183

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see179

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see177

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri