Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

“Məktəb ictimai müzakirədə” FOTOLAR

“Məktəb ictimai müzakirədə” FOTOLAR

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Azərbaycan Mətbuat Şurasının (MŞ) təşəbbüsü ilə həyata keçirilən “Məktəb ictimai müzakirədə” layihəsi çərçivəsində növbəti görüş təşkil olunub.

"Cebheinfo.az" xəbər verir ki, 261 nömrəli məktəb-liseydə keçirilən görüşdə millət vəkilləri Zahid Oruc və Vüqar Rəhimzadə, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli, BŞTİ-nin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Xətai Rayon Komitəsinin sədri Sehran Səfərov, məktəb direktorları, təhsil müəssisəsinin pedaqoji kollektivi, şəhid ailələri və valideynlər iştirak ediblər.

Qonaqlar əvvəlcə təhsil ocağının foyesində şagirdlərin əl işlərindən ibarət sərgi və yaradıcılıq nümunələri ilə tanış olub, dəhlizlərdə nümayiş etdirilən STEAM dərsləri çərçivəsində ərsəyə gətirilmiş innovativ layihələrə baxış keçiriblər. 

Qonaqları salamlayan məktəb-liseyin direktoru Könül Məmmədli görüşün məqsədi barədə iştirakçılara ətraflı məlumat verib, bu cür açıq dialoq və qarşılıqlı əməkdaşlıq platformalarının təhsil mühitinin inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb. Direktor daha sonra təhsil ocağının fəaliyyətinə dair təqdimatla çıxış edib, gələcək hədəflər və inkişaf istiqamətləri barədə məlumat verib. 

Millət vəkili Zahid Oruc belə platformaların yalnız fikir mübadiləsi üçün deyil, həm də məktəb mühitinin real ehtiyaclarının daha aydın şəkildə ortaya çıxması baxımından əhəmiyyətindən bəhs edib. Müəllim nüfuzunun qorunmasının vacibliyindən danışan millət vəkili vurğulayıb ki, cəmiyyətin müəllimə verdiyi dəyər gələcəyin necə formalaşacağını müəyyən edən əsas amillərdəndir. 

Millət vəkili Vüqar Rəhimzadə çıxışında məktəblə icma arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin təhsilin daha dayanıqlı inkişafına şərait yaratdığını bildirib. Qeyd edib ki, bu əməkdaşlıq məktəb mühitinin cəmiyyətlə daha sıx inteqrasiyasına və qarşılıqlı etimadın güclənməsinə mühüm töhfə verir. 

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli bildirib ki, media təhsilin inkişaf prosesində yalnız müşahidəçi deyil, eyni zamanda onun yanında olan vacib tərəfdaş kimi çıxış etməlidir. H.Heydərli informasiya məkanında məktəbin və müəllimin nüfuzunun qorunmasını, daim ön planda saxlanılmasını cəmiyyətin təhsilə münasibətinin formalaşmasında mühüm rol kimi dəyərləndirib. 

BŞTİ-nin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov bildirib ki, məktəb-icma əlaqələrinin gücləndirilməsi təhsil mühitinin daha sağlam və dayanıqlı inkişafına xidmət edir və bu əlaqələrin geniş olduğu məktəb modeli tədris5 prosesinə marağı artırır, həmçinin məktəbin sosial mühitdə rolunu daha görünən edir.

Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Xətai Rayon Komitəsinin sədri Sehran Səfərov, müəllimlər və valideynlər uşaqların hərtərəfli yetişdirilməsi istiqamətində qarşılıqlı əməkdaşlığın üstünlüklərindən söz açıblar. 

Çıxışlarda ailə, məktəb və ictimai mühit arasında sağlam əlaqələrin formalaşdırılmasının vacibliyi xüsusi vurğulanıb.

Görüş zamanı şagirdlərin ifasında kompozisiyalar təqdim olunub.  Qeyd edək ki, layihənin əsas məqsədi ümumi təhsil müəssisələrinin fəaliyyətinə dair ictimai hesabatlılığın genişləndirilməsi, ictimaiyyətlə açıq dialoqun qurulması və təhsil mühitində şəffaflığın daha da artırılmasından ibarətdir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 May 2026 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see456

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see425

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see302

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see299

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see293

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see250

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see235

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see233

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see226

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see226

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see213

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see212

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see210

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see208

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see207

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see206

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see192

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see184

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see179

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri