Icma.az
close
up
RU
“Məktəb ictimai müzakirədə”: Yeni görüş keçirilib

“Məktəb ictimai müzakirədə”: Yeni görüş keçirilib

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə həyata keçirilən “Məktəb ictimai müzakirədə” layihəsi çərçivəsində ilk görüş təşkil olunub.

Paytaxtdakı Humanitar Fənlər Təmayüllü liseydə keçirilən görüşdə Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, millət vəkili Vüqar Rəhimzadə, BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Bəhruz Məmmədzadə, millət vəkilləri Ceyhun Məmmədov, Vüqar İsgəndərov, Xətai Rayon İcra Hakimiyyətinin (RİH) İctimai siyasi və humanitar məsələlər sektorunun müdiri Pənah İmanov, Yeni Azərbaycan Partiyası (YAP) Xətai Rayon Təşkilatının sədri Ramil Mirzəyev, Xətai Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Mürvət Əsgərov, məktəb direktorları, media nümayəndələri, liseyin pedaqoji kollektivi və valideynlər iştirak edib.

Qonaqlar əvvəlcə liseyin foyesində şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirib, təhsil müəssisəsinin inklüziv təhsil, “Rəqəmsal bacarıqlar” və STEAM kabinetləri ilə tanış olublar. 

Görüş Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 

Qonaqları salamlayan liseyin direktoru Nəzakət Əsgərova məktəblərin ictimai hesabatlılığının təmin olunması baxımından layihənin mühüm əhəmiyyətindən danışıb. 

Liseyin uğurları, ötən illərin statistik nəticələri və gələcək hədəflərinə dair təqdimatla çıxış edən N.Əsgərova təhsil müəssisəsinin fəaliyyəti, əldə olunan nailiyyətlər, şagirdlərin təhsil göstəriciləri barədə görüş iştirakçılarına ətraflı məlumat verib.

BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə ümumi təhsil müəssisələrində  ictimai müzakirələrin keçirilməsini təhsilin keyfiyyətinin daha da yüksəldilməsinə, məktəb-icma əməkdaşlığının gücləndirilməsinə, təhsil prosesində qarşılıqlı etimad mühitinin möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb. 

Millət vəkili V.İsgəndərov, Xətai RİH İctimai siyasi və humanitar məsələlər sektorunun müdiri P.İmanov, YAP Xətai Rayon Təşkilatının sədri R.Mirzəyev, Xətai rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası M.Əsgərov, müəllimlər, valideynlər və digər çıxış edənlər bu cür təşəbbüslərin təhsil sahəsində sağlam ictimai mühitin formalaşmasına, məktəblərin fəaliyyətinin daha da təkmilləşdirilməsinə və cəmiyyətin təhsilə inamının gücləndirilməsinə töhfə verdiyini diqqətə çatdırıblar. 

Daha sonra məktəblilərin ifasında kompozisiyalar nümayiş olunub, həmçinin lisey şagirdlərinin görüş əsnasında çəkdikləri rəsmlər təqdim edilib.  

Qeyd edək ki, layihənin əsas məqsədi ümumi təhsil müəssisələrinin fəaliyyətinə dair ictimai hesabatlılığın genişləndirilməsi, ictimaiyyətlə açıq dialoqun qurulması və təhsil mühitində şəffaflığın daha da artırılmasından ibarətdir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 Mart 2026 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see514

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see475

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see347

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see335

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see273

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see268

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see258

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see253

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see250

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see235

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see231

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see228

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see227

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see226

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see214

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see205

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see201

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see195

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see169

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri