Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

Məktəb uşaqlarımızın “anasını ağlar qoyub” TƏHLİL

Məktəb uşaqlarımızın “anasını ağlar qoyub” TƏHLİL

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

2-ci sinif şagirdi gecə 2-yə qədər dərs hazırlayır 

Yüksək nəticə göstərən ölkələrdə ibtidai mərhələdə GÜNLÜK ev tapşırığı orta hesabla 12 dəqiqədir

Azərbaycan reallığında isə monitorinqlər göstərir ki, ibtidai siniflərdə şagirdin ev tapşırığına sərf etdiyi vaxt bəzən 90-180 dəqiqəni keçir

“Üzümü tuturam elm və təhsil naziri Emin Əmrullayevə. Qardaş, biz qırılırıq e, uşaqlara dərs öyrətməkdən”. Bu, sosial şəbəkədə dərs yükünün ağırlığından şikayət edən vətəndaşın çağırışıdı. Deyir ki, “3 övladım var. 2-si yuxarı sinifdə təhsil alır, kiçik qızım ibtidai təhsilin 2-ci pilləsindədi. And olsun Allaha, biz gecə saat 3-ə qədər uşaqların dərsləri ilə məşğul oluruq. Bu, əksər ailələrdə belədir. Uşaq çantasını daşıya bilmir, qardaş, siz manqurt, robot yetişdirirsiz?! Belə dərs sistemi ola bilməz. Xanım mənə vaxt ayıra bilmir. Mən arvadı boşayacam! Xörək bişirib yeməyə vaxt tapa bilmirik. Körpə uşaqları bu qədər yükləmək olmaz. Ay Emin müəllim!. Ərlə-arvad arasında soyuqluq yaranır. Gəlirsən, işdən evə, xörək hazır deyil, arvad yorğun, uşaqlar yorğun. Həyat yoldaşım uşaqlara dərs oxuda-oxuda “alim” olub artıq. Nə qədər dərs eləmək olar? Dərs yükünü azaldın, öldülər e bu uşaqlar dərs hazırlamaqdan. Yazıqdılar. Bu nə faciədi yaşadırsız bizə?!”

“Elcin Lemberanski” adıyla paylaşılan video qısa müddətdə 92.282 baxış toplayıb. Bu onu təsdiq edir ki, hazırkı təhsil sistemindən minlərlə insan narazıdır. Bəs mütəxəssis nə deyir? 

Təhsil Xidmətləri Araşdırma Mərkəzinin rəhbəri Kamran Əsədov Sherg.az-a açıqlamassında bildirdi ki, ibtidai sinif dərsliklərində mövcud olan həcm, tapşırıqların sayı və kurikulumun yaş səviyyəsinə uyğunlaşdırılmaması nəticəsində ailələrin üzərinə düşən öyrənmə yükü normanı aşır və bu vəziyyət təhsil sistemində uzun illərdir yığılıb qalmış struktur problemlərin üzə çıxmasını daha da sürətləndirir: 

- Şikayətlərdə yer alan “2-ci sinif şagirdi gecə saat 2-yə qədər dərs hazırlayır” kimi hallar təkcə emosional reaksiya deyil, kurikulum dizaynının, dərslik məzmununun və qiymətləndirmə yükünün sistematik olaraq balansdan çıxdığını sübut edən empirik göstəricidir. Bu problem yalnız valideynlər üçün deyil, həm də pedaqoqlar üçün çətinlik yaradır; çünki kurikulumun fəlsəfəsi – fəaliyyətəsaslı öyrənmə, kompetensiya yanaşması, yaşa uyğun tapşırıq strukturu – real dərsliklərdə və gündəlik tədrisdə lazım olan şəkildə əks olunmur.

K.Əsədov dünya təcrübəsini misal çəkdi: 

- Dünya təcrübəsi göstərir ki, ibtidai təhsildə dərs yükü ən aşağı səviyyədə saxlanılır və əsas məqsəd uşağın oxu-yazı vərdişini, riyazi məntiqini, nitqini və sosial-emosional bacarıqlarını formalaşdırmaqdır. Finlandiyada 1–2-ci siniflər üçün ev tapşırığı ya verilmir, ya da maksimum 10 dəqiqəlik fəaliyyət nəzərdə tutulur. Estoniyada ibtidai sinif üçün ev tapşırığı 15–20 dəqiqəni keçməməlidir. OECD “Education at a Glance” (2023) məlumatına görə, yüksək nəticə göstərən ölkələrdə ibtidai mərhələdə GÜNLÜK ev tapşırığı orta hesabla 12 dəqiqədir. Azərbaycan reallığında isə monitorinqlər göstərir ki, ibtidai siniflərdə şagirdin ev tapşırığına sərf etdiyi vaxt bəzən 90–180 dəqiqəni keçir. Bu göstərici həm psixoloji yüklənməni artırır, həm ailə münasibətlərinə təsir edir, həm də uşağın təhsilə motivasiyasını zəiflədir.

Problemin kökü nədir? 

Ekspert bildirdi ki, problem dərsliklərin hazırlanmasında səhv mexanizmdən istifadədir: 

- Dərsliklərdə məzmunun yaş xüsusiyyətlərinə uyğun olmaması, dilin ağır olması, süni şəkildə çətinləşdirilmiş mətnlər və “kompetensiya” adına həcmli fəaliyyətlər yerləşdirilməsi nəticədə kurikulumdan yayınma yaradır. Halbuki “Ümumi təhsil haqqında" Qanunun 11-ci maddəsi açıq şəkildə bildirir ki, “təhsilalanın yaş inkişafına uyğun təhsil proqramı təmin edilməlidir”. Bu tələb çox zaman nəzərdə yazılsa da, dərslik siyasətində tam şəkildə həyata keçirilmir. Bu, dərslik yazan komandalarda uşaq psixologiyası, yaş inkişafı və ibtidai pedaqogika üzrə ekspertlərin rolunun zəif olması ilə bağlıdır. Müasir dünyada dərslik tərtibi ən azı 5 istiqamətin sintezini tələb edir: psixologiya, metodika, dilçilik, dizayn və qiymətləndirmə. Azərbaycanda isə hələ də ənənəvi müəlliflik yanaşması üstünlük təşkil edir və nəticədə dərslik “elmi baxımdan düzgün”, lakin “uşaq baxımından ağır” olur.

Elm və Təhsil Nazirliyinin son illərdə dərslik siyasətini yeniləməyə başlaması müsbət addımdır. Yeni tender qaydaları, müəllif komandasının genişləndirilməsi, pilot dərsliklərin sınaqdan keçirilməsi, ibtidai sinif müəllimlərinin rəyinə əsaslanan düzəlişlərin aparılması sistemdə hiss olunan irəliləyişdir. Bu siyasət mərhələli şəkildə həyata keçirilərsə, nəticə dünya təcrübəsinə uyğunlaşacaq: çətinlik səviyyəsi tədricən artan, uşağın yaş xüsusiyyətlərini nəzərə alan, tapşırıq sayını balanslaşdıran dərslik modeli yaranacaq.

Müqayisə göstərir ki, inkişaf etmiş təhsil sistemləri ibtidai siniflərdə kəmiyyət deyil, keyfiyyət prinsipinə üstünlük verir. Bizdə isə illərlə “dərslikdə nə qədər çox tapşırıq varsa, bir o qədər yaxşıdır” yanaşması hökm sürüb. Bunun mənfi tərəfləri açıq şəkildə görünür: uşağın sərbəst düşünməsi əvəzinə mexaniki çalışma artıb, ailələrin təhsil yükü normadan artıq olub, müəllimlər isə vaxtının böyük hissəsini tapşırıqları izah etməyə sərf edib. Bu, müəllimin yaradıcı dərs keçmək imkanını da məhdudlaşdırır.

Hesab edirəm ki, dəyişəcək əsas məsələ ondadır ki, dərslik siyasəti yenilənərsə, uşaqların öyrənmə motivasiyası yüksələcək, dərs yükü azalacaq, ailə-məktəb münasibətlərində gərginlik aradan qalxacaq. Dəyişməli olan isə dərslik yazma mexanizminin özüdür: müəlliflərin seçim kriteriyaları, ekspert qiymətləndirmə sistemi, pilotlaşdırma müddəti və keyfiyyət göstəriciləri. Azərbaycanın təhsil sistemi artıq yüksək nəticə tələb edən mərhələyə daxil olub və ibtidai sinifdə yükün azaldılması bu mərhələnin ən vacib addımlarından biridir.

Elm və Təhsil Nazirliyinin son islahat xətti – dərslik siyasətinin beynəlxalq tələblərə uyğun yenilənməsi, ibtidai sinif müəllimlərinin rəyinə xüsusi önəm verilməsi, psixoloji yüklənmənin azaldılması – doğru istiqamətdə atılmış addımlardır. Bu siyasətin davamlılığı təmin edilərsə, valideynlərin bu gün səsləndirdiyi “bitmir, and olsun Allaha, bitmir” narazılığı sistemdən tədricən silinəcək. Azərbaycanın təhsil sistemi üçün əsas hədəf – uşağın xoşbəxt öyrənməsi, ailələrin rahatlığı və müəllimin yaradıcı dərs aparmaq imkanının genişlənməsi – yalnız dərsliklərin köklü şəkildə yenilənməsi ilə reallaşa bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:217
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 Dekabr 2025 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see342

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see334

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see325

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see284

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see256

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see249

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see236

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see211

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see200

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see186

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see185

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see183

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see182

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see180

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see179

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see171

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see167

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see166

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri