Icma.az
close
up
RU
Menu

Ceyranbatanda 1 saylı orta məktəbin həyətində bıçaqlanma olub

Tramp Zelenski görüşü sülh danışıqlarına çevrilə bilər? AÇIQLAMA

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

“Dünya dövlətləri avtoritarizmə meyllənməyə davam etsə, uğurla işləyən beynəlxalq təşkilatların qurulması mümkünsüzdür...”

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

Yeni Robotik Reabilitasiya Mərkəzində ağır xəstələr həyata qayıdır VİDEO

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

Elza fərqli tərzi ilə yenidən gündəmdə (Video)

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

Millimiz Kəpəz lə qarşılaşacaq

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

Zelenskiyə təsəlli üçün təşkil edilən “MƏKTƏB SAMMİTİ” TƏHLİL

Zelenskiyə təsəlli üçün təşkil edilən “MƏKTƏB SAMMİTİ” TƏHLİL

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Trampın Avropa İttifaqını yeni hərbi blok yaratmağa sövq etdiyi barədə yazılara son günlər Avropanın bir çox mətbuat səhifələrinin manşetlərində rast gəlindi. Londonda keçirilən görüşün isə çox “bəzədilmiş” şəkildə təqdim edilməsi daha diqqət çəkən oldu. Bu görüşü qəribəliyi ilə fərqləndirənlər az olmadı və iki liderin ümumiyyətlə, küncdə oturması xüsusi ironiya ilə təqdim edildi. Görüşün məhz dövlət başçıları deyil, kənd toplantısının iştirakçılarının “birgə yığışması” kimi göstərilməsi bənzətmələr içərisində ən maraqlısı sayıla bilər. Bütün bunlarla yanaşı, Aİ liderlərinin Zelenskini Trampdan üzr istəməyə məcbur etdikləri barədə də fikirlər var və həmçinin qeyd olunur ki, sammit buna görə də tələsik təşkil edilib. Elə məhz bu səbəbdən də sözügedən toplantını “məktəb sammiti” adlandıranlar da az deyillər.

Sammitə Londonun “Kənd Şurası” adının verilməsi deyəsən, iştirakçıların da ürəyincə olub

Londonda keçirilən Sammit bir çox mətbuat səhifələrində lağ hədəfinə çevrilib. Beləki, məsələn, həmin Sammitə əyalət toyu, kənd məclisində səsvermə, valideyn yığıncağı və bunlara bənzər bir çox adlar verilib. “Kasıb tələbə” və ya “imkansız şagird” ilə nə etmək lazım olduğuna qərar vermək üçün Avropa Birliyi liderlərinin müəllimlər şurasına toplaşdıqlarını qeyd edənlər birmənalı olaraq sammiti ələ salıblar. Məsələ burasındadır ki, edilən lağa heç cavab da verilməyib və deyəsən elə hamı eyni fikirdədir. Daha dəqiq desək, sammiti məhz londondakı kənd şurası adlandıranların fikri ilə, bənzətmə ilə deyəsən, elə iştirakçılar özləri də razılaşıblar və eyni qənaətdə imişlər...

Diqqətə çatdıraq ki, “Lancaster House” Britaniya diplomatiyasının “mərkəzi” kimi tanınır. 1913-cü ildən bəri burada danışıqlar, görüşlər və konfranslar keçirilir və həmişə də “layiqli” şəkildə və layiqli masalar arxasında oturulub. Amma bu dəfə mənzərə tamamilə fərqli olub və buna görə də Sammitə Kənd Şurası deyilməsi heç qətiyyən qıcıq doğurmayıb. Milli Konqreslər Bürosunun direktoru Sagid Zaremukov deyib ki, "Cədvəlin özü belə mahiyyətcə masalardan ibarətdir. Biz ancaq tədbirin adının yazıldığı iki banneri görürük və onlar ən azından masanın bütün perimetri ətrafında yerləşdirilə bilərdi. Deməli, heç də ürəkaçan olmamaqla yanaşı, həm də sankı hansısa qeyri-ciddi tədbir təəssüratı bağlışlayıb.

Köhnə malikanə üçün masalar, qeyd olunana görə, yeni dövrdə alınıb. Həmin masalar ilk dəfə 2012-ci ildə iqlim təhlükəsizliyi konfransını əks etdirən fotoşəkillərdə görünmüşdülər. O vaxt İngiltərənin Xarici İşlər Naziri Uilyam Heyq idi, hansıki London onu, məhz seçki kampaniyası zamanı müşaviri ilə bir otel otağını bölüşən biri kimi kəskin qalmaqalla xatırlayır. “Trumpın önündə başı aşağı sallamaq, onların nə qədər müdrik olduqlarını söyləmək və müqaviləni imzalamaq ağıllı siyasi qərar olardı", deyə İngiltərə Xarici İşlər Naziri Uilyam Heyq bildirib. Bir sözlə, mövcud vəziyyətlə bağlı ironik bənzətmə ilə yanaşı, bir “ağıllı” tövsiyyə də verilib və iştirakçıların ürəyincə olub.

Londondakı görüş “Zelenski fanklubu” kimi təqdim olunur və qətiyyən ciddi bir toplantı kimi nəzərə alınmır

Masaların alınması ilə bağlı sövdələşmənin hansı həcmdə, hansı civarda, hansı məbləğdə olduğu hələlik dəqiq bilinmir. Diqqətə çatdıraq ki, həmin masaların oxşarları indi ofis avadanlığı mağazalarında, eləcə də həftəlik London metro keçidində təxminən çox ucuz qiymətə satılır. Bir çox siyasətçilərin məhz həmin masaların əsas çatışmazlığının kvadrat formada olması kimi təqdim etməsi də qətiyyən təsadüfi sayıla bilməz. Yəqin ki, masaların qeyd olunan formada olması da “xoşagələn” olmayıb və bu reallıq özü də diqqəti cəlb edir...

Londondakı görüş “Zelenski fanklubu” kimi təqdim olunur. Hətta Avropa İttifaqı liderlərinin birinci sinif şagirdləri səviyyəsində olan məktəblilər kimi çiyin-çiyinə parta arxasında oturduqları xüsusi bənzətmə ilə göstərilir və bəlli olur ki, qətiyyən ciddi bir toplantı kimi nəzərə alınmır. Hətta iştirakçıların yerləşdirilməsinin belə əlifba sırası ilə olduğunu qeyd edənlər açıq mətnlə ələ salmış olurlar. "Məntiq tam aydın deyil. Çünki bu düzülüş, ya stajla, ya iştirakçıların əlifba sırası ilə, ya da ölkələrin əlifba sırası ilə oturuşdur. Amma burada görürük ki, bir növ qarışıqlıq var", deyə Milli Konqres Bürosunun direktoru Zaremukov bildirib.

İndi mənzərəni özümüz də təsəvvürümüzdə canlandıranda görürük ki, nə masalarda çiçək, nə də heç mikrofon belə yoxdur. Hətta lövhələr üçün iştirakçıların adları da printerdə çap olunub. Məktəb partalarına oxşayan stolların da əyri şəkildə yığılması görüşün nə dərəcədə dırmaq arası “ciddi olduğunu” göstərir. Belə çıxır ki, Sammit adı verilən bu toplantı gözdən pərdə asmaq üçün olub. Yəqin ki, həmin “pərdəni” asmaq üçün yaman çox tələsiblər.

Avropalıların fikrincə, gərginliyin səbəbi Trampın məhz Avropa ordusuna qarşı çıxış etməsidir

Görüş məhz Britaniya Xarici İşlər Nazirliyi vasitəçiliyi ilə baş tutub. Bu özü də bir vacib məqam kimi diqqəti cəlb edir. Tez-tez eşidilirdi ki, Avropa Birliyində olan xarici işlər nazirləri özlərini çox hərbi ritorika ilə danışanlar kimi aparırlar. Josep Borrelin bir vaxtlar Rusiyanı məhv etməyə çağıraraq rusları necə ələ saldığını da xatırlayırıq. İndi də bəziləri özlərini eyni şəkildə aparırlar. Sanki onlar diplomat deyillər. Əslində, tam olaraq belədir və məhz buna görə də Avropada Borrell və onunla eyni ağılda olanların bu cür sərt bəyanatları heç kəsi təəccübləndirməyib. Çünki onlar həm də Avropa müdafiə birliyinin liderləridirlər. Bu tərz avropalılara eyni vaxtda təşəbbüslər irəli sürməyə, kimsə onları qəbul etməsə, dərhal düşmən elan edilərək, eyni heyətlə hücum etməyə imkan verir. Maraqlıdır ki, bəs bu Avropa müdafiə ittifaqı nədir, ümumiyyətlə, nə olan şeydir?

Xatırladığımız kimi, 2016-cı ildə Tramp ilk dəfə ABŞ prezidenti seçiləndə Avropa hərbi potensial yaratmaq qərarına gəlmişdi. Bəli, NATO mövcud idi, lakin Avropa artıq başa düşürdü ki, nə vaxtsa ABŞ onu tərk edə bilər. Elə bu qorxu ilə dövlətlər çoxlu xərc çəkdilər. Tramp əvvəlcə bütün Avropa İttifaqı ölkələrindən ÜDM-nin iki faizini NATO-ya xərcləmələrini tələb etdi. İndi bu rəqəm artıq dörd faizə çatıb. Avropa İttifaqı ölkələri əlbəttə ki, bu cür, bu şəkildə pul ödəyə bilməzlər. Heç başa da düşmürdülər ki, ABŞ onlardan necə belə bir şey tələb edə bilər? ABŞ-ın diktəsi olmadan özlərinin Avropa qoşunlarını yaratmaq daha asan olmazdımı, deyə düşünmələri də təsadüf deyildi. Yəqin ki, İngiltərə Aİ-dən ayrıldıqdan sonra Makronun bunu 2018-ci ildə açıqlamasını da dünya ictimaiyyəti unutmayıb. Onu məhz Ursula fon der Leyen və Viktor Orban da dəstəkləmişdi. Bu gün də ortada atılıb-düşənlər, “fəaliyyət göstərənlər” də həmin onlardır. Bəli, belə bir struktur yaradıldı və PESCO adlanan struktur Avropa ordularını, donanmalarını və hava qüvvələrini birləşdirir. Bu, əslində NATO deyil, çünki o, yalnız Avropada fəaliyyət göstərir. Üstəlik, avropalılar amerikalılara bildiriblər ki, PESCO hərbi münaqişə zamanı AB-nin ABŞ-a borc verəcəyinə dair güclü “arxa-dayaq” olacaq. Ancaq artıq 2019-cu ildə amerikalılar PESCO-nun səbəbsiz olmadığını başa düşdülər. Çünki Avropa hərbi sənayesi Amerika şirkətlərini öz bazarından sıxışdırmağa başladı. Heç bununla da məsələ bitmədi...

İlk prezidentliyi dövründə belə Tramp Avropa ordusu məsələsini aradan qaldırmağa çalışıb. Məhz onun dövründə Rusiya əvvəlcə ABŞ-ın, buna görə də NATO-nun düşməni elan edildi. Əgər Rusiya düşməndirsə, o zaman Aİ NATO-ya nüvə mühafizəsi üçün pul ödəməlidir. Yəni, başa düşmək çətin deyil ki, nəyə nail olunir. Respublikaçılara tabe olan dövlətlər heç də NATO-nun tərəfdarı deyillər. Onlar təşkilatdan çıxacaqdılar. Avropalılar isə bunu çoxdan başa düşürlər. Problem ondadır ki, avropalılar çox ləng tərpənirlər. Onların “PESCO”-su hələ formalaşmayıb. Onlar birlikdə Rusiyaya zərbə vura bilməzlər. Onlar həm də NATO-nun “məzarına” çevrilə bilməzlər. Ona görə də belə bir gərginlik hökm sürür. Gərginliyin səbəbi isə, avropalıların fikrincə Trampın məhz Avropa ordusuna qarşı çıxış etməsidir. Bu qədər canfəşanlıq da elə məhz buna görə imiş. Hər halda, yaxın zamanda sular durula bilər və yalnız bu zaman daha dəqiq şəkildə hər şey üzə çıxar…

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://sia.az
archiveBu xəbər 11 Mart 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ceyranbatanda 1 saylı orta məktəbin həyətində bıçaqlanma olub

23 Sentyabr 2026 14:40see325

Tramp Zelenski görüşü sülh danışıqlarına çevrilə bilər? AÇIQLAMA

23 Sentyabr 2026 17:37see297

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see277

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

23 Sentyabr 2026 19:47see274

“Dünya dövlətləri avtoritarizmə meyllənməyə davam etsə, uğurla işləyən beynəlxalq təşkilatların qurulması mümkünsüzdür...”

23 Sentyabr 2026 09:24see232

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see228

Yeni Robotik Reabilitasiya Mərkəzində ağır xəstələr həyata qayıdır VİDEO

23 Sentyabr 2026 16:37see206

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see200

Elza fərqli tərzi ilə yenidən gündəmdə (Video)

23 Sentyabr 2026 09:51see199

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see197

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see196

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see195

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see191

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see191

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see189

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see189

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see186

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see173

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see170

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri