Məktəbdə təcrübə zamanı müəllim və şagirdlər yaralandı
Qafqazinfo-dan alınan məlumata görə, Icma.az xəbər verir Məktəbdə təcrübə zamanı müəllim və şagirdlər yaralandı.
Bu gün Şəki şəhər Fizika-riyaziyyat və humanitar təmayüllü liseyin kimya kabinetində 11-ci sinifdə keçirilən dərs zamanı sınaq şüşəsi çatlayaraq sınıb.
“Qafqazinfo”nun məlumatına görə, Şəki-Zaqatala Regional Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nə bildirilib ki, buna səbəb təcrübə aparılarkən kimyəvi reaksiya ilə əlaqədar olaraq yaranan qızma olub.
Bu zaman fənn müəllimi və 4 şagird yüngül xəsarət alıb.
Dərhal təcili tibbi yardıma müraciət olunub, müəllim və şagirdlərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Məktəbdə təcrübə zamanı müəllim və şagirdlər yaralandı
06 Dekabr 2024 22:48
